Bank sektorunun inkişaf tendensiyası
20.02.2024 [10:50]
“Fitch” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
Günel ABBAS
İqtisadiyyatın inkişafı həm də əhalinin pul gəlirlərinin artması ilə müşahidə olunur. Pul vəsaiti artdıqca onun necə yerləşdirilməsi daha çox gündəmdə olur. Əhalinin banklara qoyduğu vəsaitlərin həcminin artması ümumi iqtisadi inkişaf göstəriciləri, inflyasiyanın aşağı səviyyədə olması, Mərkəzi Bankın ölkədə həyata keçirdiyi pul siyasəti, milli valyutanın sabit və dayanıqlı olması kimi amillərlə əlaqəlidir. İlk növbədə, böhranla əlaqədar dünyanın əksər bankları ciddi problemlərlə üzləşsə də, ölkəmizdəki banklar vəziyyətdən uğurla çıxmağı bacarıblar.
Yeri gəlmişkən, “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyinin Azərbaycanla bağlı apardığı qiymətləndirmədə bildirilib ki, Azərbaycanın bank sektorundakı vəziyyət yaxşılaşıb.Fitch qeyd edib ki, Azərbaycanın bank sektorunda vaxtı keçmiş borc əmsalı 2023-cü ildə rekord minimum səviyyəyə enərək ümumi kredit portfelinin 1,8 faizini (2022-ci ilin sonunda 2,9 faiz) təşkil edib, buna isə kreditləşmənin güclü artımı, kreditlərin qaytarılması və silinməsi dəstəkləyib.
Bildirilib ki, Azərbaycan banklarının kapitallaşması azalıb, lakin adekvatlıq əmsalına uyğun səviyyədə qalır: sektorun 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı 2023-cü ildə 13,5 faiz (2022-ci ilin sonunda 15,2 ????) təşkil edib. Depozit bazasında cari hesabların üstünlük təşkil etməsi səbəbindən aktivlərin yüksək gəlirliyi və orta maliyyələşdirmə dəyəri ilə dəstəklənən sektorun mənfəətliyi güclü olaraq qalıb.
Agentlik həmçinin əlavə edib ki, depozitlərin dollarlaşması 2023-cü ildə 40 faizdən aşağı düşərək, 35 faizlik tarixi orta səviyyəyə yaxınlaşıb, 2023-cü ilin sonunda xarici valyutada olan kreditlər ümumi portfelin 19 faizinə (2022-ci ilin sonunda 20 faiz düşüb.Bununla yanaşı, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi bu il də Azərbaycanda iqtisadi artımın olacağını proqnozlaşdırıb.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycan bank sektorunda iqtisadi göstəricilərə nəzər yetirdikdə problemli kreditlərin həcmində azalmaların olduğunu müşahidə edirik: “Buna uyğun olaraq depozit portfeli artır. Eləcə də kredit portfelinin strukturunun da keyfiyyət baxımından yenilənməsi müşahidə edilir. Nəticə etibarilə real sektora yönəldilən kreditlərin sayında artımlar var. Mərkəzi Bank tərəfindən yeni strategiyanın qəbul edilməsi növbəti illərdə də bank sektorunun inkişafına daha sistemli və ünvanlı yanaşmadan xəbər verir. Bu baxımdan bank sektorunda həyata keçirilən islahatlar və bu islahatların həm struktur, həm də institusional tərəfdən dərinləşməsi bütövlükdə sektorun dayanıqlılığını artırır.
Eyni zamanda sektorda əks təməl gücləşmə prosesini də sürətləndirir. Bu da rəqabətin müdafiəsi baxımından çox vacibdir. Ona görə də 2023-cü ilin yekunları bank sektorunda islahatlarla yadda qaldı. Düzdür, iki bankın müflisləşməsini qeydə aldıq, ancaq buna baxmayaraq həmin vəziyyət bank sektorundakı tarazlığa xüsusi təsir göstərmədi. Çünki aktivlərin öhdəlikləri bank sektoru üçün hansısa bir təhdid yaratmır. Amma növbəti dövr üçün bankların sağlamlaşdırılması, gücləndirilməsi və islahatların davam etdirilməsi ilə bağlı işlərin genişlənəcəyi gözlənilir. Bununla yanaşı yeni strategiyanın da hazırlanıb təsdiq edilməsi bir daha sübut edir ki, bu sektorda sistemli yanaşma müşahidə olunmaqdadır”.
Xəbər lenti
Hamısına baxGündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20

