Milli ixrac strategiyası...
10.02.2024 [10:40]
Hansı hədəflər nəzərdə tutulur?
2024-cü ilin birinci yarısına qədər Azərbaycanın yeni iqtisadi konsepsiya sənədlərindən biri olan Milli ixrac strategiyasının təsdiqlənməsi nəzərdə tutulur. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən hazırlanmış sənəd ixracla bağlı stimullaşdırıcı iqtisadi rejimi nəzərdə tutur. Sənəddə Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, yeni bazarların araşdırılması, ixracın stimullaşdırılması və təşviqi istiqamətində sistemli və kompleks tədbirlər, həmçinin yeni xarici ölkə bazarlarının tapılması və ixrac istiqamətlərinin coğrafi hüdudları müəyyən edilib.
Strategiyada prinsipial olaraq 3 əsas istiqamət hədəf seçilib. Bunlar yeni ixrac təşviqi və mədəniyyətinin artırılması, yerli məhsulların ixracının dövlət tərəfindən dəstəklənməsi və ixrac coğrafiyasının genişləndirilməsi, xarici bazarlara rəqabətqabiliyyətli məhsulların ixracının artırılması, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində işlərin həyata keçirilməsi və xarici ölkələrdə “Azərbaycan Ticarət Evi”nin sayının artırılmasından ibarətdir.
“Milli ixrac strategiyası” 15-dən çox hədəf bazarını və 120 çeşid ixrac məhsulunu müəyyən edir. Strategiyaya əsasən, Azərbaycanın qeyri-neft ixracını 2025-ci ilədək ötən illə müqayisədə iki dəfə artırmaq və 3,7 milyard dollara çatdırmaq planlaşdırılır. Adambaşına düşən qeyri-neft ixracının 2025-ci ildə 450 dollar hədəfinə çatdırılması nəzərdə tutulur. Həmçinin, xarici ölkələrə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan sahibkarların fəaliyyətinin daha da təşviq edilməsi, “Made in Azerbaijan” və “İnvest in Azerbaijan” ixrac portalları üzrə sifarişlərin daha qlobal ticarət şəbəkələrinə inteqrasiyasının təkmilləşdirilməsi, iri investorların Azərbaycana gətirilməsi və qeyri-neft istehsalı sahələrinə cəlbi məqsədilə yeni iqtisadi alətlərin tətbiqi strategiya sənədinin əsas prioritetləri sırasında yer alır.
İxrac strategiyasında əsas stimullardan biri vergi-gömrük güzəştlərindən ibarətdir. Belə ki, hökumətin qərarı əsasında sənaye, kənd təsərrüfatı, logistika və turizm sahələri ilə məşğul olan hüquqi şəxs və fərdi sahibkarlara vergi və gömrük güzəştlərindən yararlanmaq imkanı yaradan investisiya təşviqi sənədi verilir. Təşviq sənədinə əsasən, yerli ixracatçı icmasına xarici ölkələrə qeyri-neft məhsullarının ixracının artırılması müqabilində onların ödədiyi vergilərin bir hissəsi pul şəklində geri qaytarılır. Vergi Məcəlləsinin 199.1.1-ci maddəsinə əsasən, investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır. Həmçinin həmin təşviqi sənədi almış sahibkar 7 il müddətinə torpaq vergisini ödəməkdən azad olunub. Bununla yanaşı, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə 7 il müddətinə ƏDV-dən və gömrük rüsumundan tam azaddır. İndiyə qədər hökumət investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara təxminən 762 milyon dollar dəyərində vergi və s. güzəşt edib.
İxrac siyasətində vergi güzəştləri ilə yanaşı, institusional islahatlar çərçivəsində müxtəlif iqtisadi-maliyyə stimulları da mühüm yer tutur. Hazırda yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə əldə etdiyi sertifikat və patentin almasına, ixrac layihələrinin hazırlanmasına çəkilən xərclər dövlət büdcəsi hesabına ödənilir. İxracda xüsusi təşviqedici zəmanət verən “Made in Azerbaijan” brendi ilə xarici bazarlara mal satan ixracatçıların xərclərinin daha da optimallaşdırılması nəzərdə tutulur. Həmçinin ixracatçıların xarici valyuta ilə çəkilmiş xərclərinin Mərkəzi Bank tərəfindən müəyyən olunmuş valyuta məzənnəsinə uyğun hesablanması siyasəti davam etdiriləcək ki, bu da Avropa və digər regional bazarlarda dolların, avronun bahalaşması zamanı sahibkarların xərcə düşməsinin qarşısını alacaq.
Milli ixracın stimullaşdırılması məqsədilə sahibkarlıq subyektlərinin idxal və ixrac əməliyyatında tələb olunan sənəd və prosedurların sayının azaldılması, ixracdakı hesablamaların daha da sadələşdirilməsi, ixracatçılar üçün daha münasib şəraitin yaradılması siyasətinin də davam etdirilməsi nəzərdə tutulur.
Son illərin ixrac statistikasını təhlil edən hökumət bu sahədə əhəmiyyətli dinamikanı nəzərə alaraq qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi qaydasını sadələşdirməyi də nəzərdə tutur. İndiyə qədər beynəlxalq bazarlardakı vəziyyət və sahibkarlardan daxil olan müraciətlər əsasında ixrac təşviqinin ödənilməsi proseduru sadələşdirilib. Ancaq qlobal bazarlarda baş verən son hadisələr, daşınma və logistika xərclərinin artması, Rusiya və Ukrayna arasında davam edən müharibənin tranzit coğrafiyalarına mənfi təsirləri ixrac prosedurlarının daha da təkmilləşdirilməsinə ehtiyac yaradıb. Bu məqsədlə daşınma, nəqliyyat və ixrac təşviqində nəzərdə tutulan bəzi qayda və mexanizmlərin yenidən sadələşdirilməsi gözlənilir.
Elbrus
Xəbər lenti
Hamısına baxDünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17

