Möhtəşəm layihə...
28.12.2023 [10:50]
Oğuz-Qəbələ suyu Bakıya necə gətirildi?
Ölkəmizdə sürətli inkişaf davam etmiş, çoxsaylı sosial və infrastruktur layihələri, ümummilli proqramlar həyata keçirilib. Müxtəlif zamanlarda dövlət başçısının iştirakı ilə paytaxt Bakıda, eləcə də ayrı-ayrı şəhər və rayonlarımızda yeni sosial obyektlər istifadəyə verilir. Ölkəmiz, xalqımız üçün mühüm əhəmiyyət kəsb edən həmin obyektlər, yeni infrastruktur layihələri vətəndaşların dərin rəğbətinə səbəb olur. Bütün bunlar ölkə vətəndaşlarında sabaha inamı artırır.
Bunlardan biri Oğuz-Qəbələ-Bakı su kəməri layihəsidir. Bu gün Azərbaycanda ən böyük infrastruktur layihələrindən olan Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsindən 13 il ötür. Paytaxt sakinləri su kəmərinin istifadəyə verildiyi tarixi böyük sevinc və iftixar hissi ilə qeyd edirlər. Bu da təsadüfi deyil. Çünki o zamanlar Bakı şəhərində içməli su qıtlığı sakinləri ən çox narahat edən problemlərdən sayılırdı. Problemin kökü isə çox-çox əvvəllərə gedib çıxır. Belə ki, bir neçə əsr bundan əvvəl qədim Bakının su təchizatı, əsasən artezian quyularının hesabına həyata keçirilirdisə, sonradan şəhərin inkişafı, əhalinin artması ilə əlaqədar suya tələbat da xeyli dərəcədə çoxalır. Ötən əsrin əvvəllərində Bakıda içməli su ilə bağlı problem Şollar su kəmərinin tikilməsi ilə aradan qaldırılmışdı. Əsrin ortalarından etibarən həyata keçirilən quruculuq işləri Heydər Əliyevin respublikamıza rəhbər təyin olunması ilə əlaqədar xeyli intensivləşdi. Belə bir şəraitdə paytaxtın içməli suya olan tələbatı daha da artmışdı. 1970-ci illərdə Bakının suya tələbatı Ulu Öndərin rəhbərliyi ilə Kür və Ceyranbatan su kəmərinin tikilib istifadəyə verilməsi nəticəsində həll edilmişdi. Lakin illər ötdükcə Bakıda yenidən içməli su qıtılığı yarandı, yalnız Heydər Əliyevin səyi ilə Dünya Bankından alınan güzəştli kredit hesabına həmin təhlükə aradan qaldırılmışdı.
Oğuz-Qəbələ-Bakı su kəməri Abşeron yarımadasının içməli su təchizatı sahəsində həyata keçirilən ən iri və möhtəşəm layihədir. 2010-cu il dekabrın 28-də istifadəyə verilən Oğuz-Qəbələ-Bakı su kəmərinin açılış mərasimində Prezident İlham Əliyev iştirak edib. Uzunluğu 262 kilometrdən çox olan su kəmərinin istifadəyə verilməsi nəticəsində Bakı əhalisinin 75 faizinin təmiz, keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun su ilə fasiləsiz təmin edilməsi mümkün olub.
Ən böyük dəyər Azərbaycan vətəndaşıdır...
Prezident İlham Əliyev bu layihənin Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirildiyini bildirərək deyib: “Əgər vaxtilə Azərbaycanda uğurlu neft siyasəti aparılmasaydı, bu layihə elə layihə kimi qalacaqdı. Bu layihənin Dövlət Neft Fondunun vəsaiti ilə həyata keçirilməsi digər tərəfdən rəmzi xarakter daşıyır. Neft hasilatından, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismarından əldə edilmiş gəlirlər Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə yönəldilib. Bu, doğrudan da çox rəmzi xarakter daşıyan bir məsələdir, bir daha Azərbaycanın uğurlu siyasətini göstərir. Bir də onu göstərir ki, bizim üçün ən böyük sərvət, ən böyük dəyər Azərbaycan vətəndaşıdır. Bizim təbii sərvətlərimiz, artıq güclü iqtisadiyyatımız var. Ancaq ölkəmizi gücləndirən, gələcəyə aparan və ölkəmizdə bütün prosesləri müsbət istiqamətdə inkişaf etdirən Azərbaycan vətəndaşlarıdır. Biz bu uğurlara Azərbaycan vətəndaşlarının zəhməti hesabına nail ola bilmişik”.
Saniyədə 3 kubmetr su...
Su kəmərinə nəzarəti həyata keçirən Ceyranbatan Su Təchizatı İdarəsinin məlumatına görə, Oğuz-Qəbələ-Bakı su kəmərinin uzunluğu 262,5 kilometr, boruların diametri isə 2000 millimetrdir. Su kəməri özaxımlıdır, təzyiqlidir və şüşəlifli borulardan çəkilib. Kəmərin təzyiqi 20 atmosferdən yuxarı olan, çay və yol keçidləri də daxil olmaqla 55 kilometrlik hissəsi polad borulardan tikilib. Kəməri su ilə təmin etmək üçün Oğuz rayonu ərazisində 80 istismar və 20 müşahidə quyusu qazılıb. Hazırda quyuların məhsuldarlığı saniyədə 40-80 litrə qədərdir. Magistral kəmərlə Bakı şəhərinə saniyədə 3 kubmetr su verilir. Su kəməri 8 rayonun ərazisindən keçir. Kəmər boyunca 25 metr enində sanitar-mühafizə zonası yaradılıb.
5 rayonun qəsəbə və kəndlərinə içməli su verilir
Qeyd edək ki, qazılmış quyuların bəzilərindən su öz axını ilə 65 quyudan isə nasosların köməyi ilə çıxarılır. Nasosları enerji ilə təmin etmək üçün 110/35/10 kV-lıq elektrik yarımstansiyası tikilib. Quyulardan çıxan suların öz axını ilə toplanması üçün ümumi uzunluğu 70 kilometr olan sutoplayıcı şəbəkə tikilib. Quyulardan çıxan sular bu şəbəkə ilə magistral su kəmərinin başlanğıcında tikilmiş suqəbuledici kameraya daxil olur və xlorlanaraq hər birinin həcmi 10 min kubmetr olan iki su anbarına, oradan isə magistral kəmərə ötürülür. Eyni zamanda, kəmər vasitəsilə Bakı şəhəri istiqamətində Ağsu, Şamaxı, Hacıqabul və Abşeron rayonlarının kəndləri və Qaradağ rayonunun Çeyildağ (Umbakı) qəsəbəsi də daxil olmaqla, ümumilikdə 10 yaşayış məntəqəsinə də içməli su verilir.
Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi Azərbaycanın sosial-iqtisadi həyatı üçün tarixi əhəmiyyət kəsb edən çox möhtəşəm layihələrdən biridir. Su kəməri 13 ildir ki, ölkə əhalisinin, xüsusən paytaxt sakinlərinin içməli suya olan tələbatının ödənilməsinə öz töhfəsini verir. İnsanlar təmiz, saf və keyfiyyətli sudan doyunca bəhrələnirlər.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMaraqlı
29 Aprel 18:30
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40

