10 illik tarixə malik SOCAR - “Uniper” əməkdaşlığı
06.12.2023 [10:52]
“Uniper” şirkətinin SOCAR-la əməkdaşlığı genişləndirməkdə maraqlı olması ondan xəbər verir ki, Almaniyanın ayrı-ayrı təmsilçiləri Azərbaycanın milli maraqlarına uyğun gəlməyən açıqlamalar versələr də, bütövlükdə bu ölkədə respublikamızın Avropa üçün müstəsna rolu və əhəmiyyəti düzgün dəyərləndirilir
Ardıcıl və xoş mərama əsaslanan uğurlu siyasət sayəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm yer alan, bütövlükdə “qoca qitə”nin enerji xəritəsini yeniləyən dövlətə çevrilib. Bunun nəticəsidir ki, Avropada Azərbaycanla enerji dialoqunu genişləndirmək istəyən ölkələrin və şirkətlərin sayı getdikcə artır. Elə bugünlərdə Almaniyanın Berlin şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Uniper” şirkəti arasında enerji sektorunda davamlı tərəfdaşlığı təşviq edən Əlaqələndirmə komitəsinin 8-ci iclası keçirilib. İclasda tədbirin şirkətlər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, enerji məsələləri və nəzərdə tutulan layihələr üzrə müzakirələrin aparılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Tədbir çərçivəsində SOCAR ilə “Uniper” şirkəti arasında “2024-cü il üzrə Əməkdaşlıq Proqramı” imzalanıb.
Siyasi manipulyasiyalar Almaniyanın Azərbaycana olan ehtiyacını qarşılamır
Təəssüf doğuran haldır ki, indiki geosiyasi gərginliklər fonunda Azərbaycanın “qoca qitə” üçün önəminin artmasına baxmayaraq, Avropa İttifaqı (Aİ) məkanına daxil olan ayrı-ayrı dövlətlər otuz illik işğal dövründə olduğu kimi, postmüharibə mərhələsində də Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə birtərəfli yanaşma sərgiləyirlər. 44 günlük müharibənin və 23 saatlıq antiterror tədbirlərinin nəticəsi olaraq keçmiş Dağlıq Qarabağ münaqişəsi artıq tarixdə qalıb, regionda davamlı sülhə və təhlükəsizliyə nail olmaq üçün əlverişli imkanlar yaranıb. Qalib Azərbaycan müharibə səhifəsini birdəfəlik bağlamaq və gələcəyə baxmaq əzmi nümayiş etdirir. Ermənistan isə yenə də pozuculuq fəaliyyəti ilə məşğuldur. Məğlub ölkənin siyasi rəhbərliyi Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, sülh sazişini imzalamağa, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı razıaşmanın əldə olunmasına tələsmir. Ölkənin rəsmilərindən davamlı olaraq revanşist mahiyyət daşıyan çağırışlar eşidilir. Bütün bunlar ona dəlalət edir ki, Ermənistan rəhbərliyi hələ sülhdən çox uzaqdır və müxtəlif manipulyasiyalarla prosesləri ləngitməyə çalışır.
Belə mövqe kəskin şəkildə qınanmalı və Ermənistan sülhə məcbur edilməlidir. Ancaq biz Avropanın ayrı-ayrı dövlətlərinin yanaşmasında bunun tamam əksini görürük. Erməni lobbisinin girovluğunda qalan Fransa Aİ məkanında Ermənistana dəstək verən koalisiya formalaşdırmağa çalışır. Fransa Ermənistanla hərbi müstəvidə əməkdaşlığı genişləndirir. Prezident Emanuel Makron hər zaman təc?vüzkar dövləti dəstəkləyəcəyini bəyan edib. Bu xorda həmçinin Almaniyanın siyasi dairələrinin də fəallığı artırdıqları müşahidə edilir. Aşağıdakı faktlar da bunu təsdiqləyir. Almaniyanın hərbiləşdirilmiş dəstəsi Fransanın təhriki ilə yaradılan və Ermənistanda yerləşdirilən Aİ missiyasının tərkibində xidmət aparır. Qeyd edək ki, bu missiyanın fəaliyyətində çoxlu şübhəli məqamlar var. Almaniyanın xarici işlər naziri Annalena Berbok cari il noyabrın əvvəlində regiona səfəri çərçivəsində Ermənistanda və Azərbaycanda olarkən fərqli baxış bucaqlarından diqqət çəkən açıqlamaları ilə yadda qaldı. Nazirin Ermənistana səfəri zamanı Arazdəyən kəndinə gedib sərhəd ərazilərimizi müşahidə etməsi, Qarabağ erməniləri ilə görüşərək ölkəmizin əleyhinə bəyanatlar səsləndirməsi suallar yaradır. Ermənistandan sonra Azərbaycana gələn Annalena Berbok nəinki azərbaycanlı qaçqınlarla görüşmədi, hətta yalan bəyanat səsləndirməkdən də çəkinmədi. Bugünlərdə isə fransız-alman Arte kanalının hazırladığı reportajda Ermənistanın güclənib “Qarabağı geri alacağı” və ermənilərin “bütün türkləri öldürəcəkləri” barədə məqamlar yer alıb. Bütün bu kimi faktlar Almaniyadakı müəyyən dairələrin erməni dəyirmanına su tökdüklərindən xəbər verir.
Ancaq reallıq ondan ibarətdir ki, bəlli məzmunlu siyasi manipulyasiyalar Almaniyanın ehtiyaclarını qarşılamır. Bir sıra digər Avropa dövlətləri kimi, bu ölkənin də enerji daşıyıcılarına, o cümlədən də mavi yanacağa böyük ehtiyacı var. Bir neçə il bundan əvvəl qaz böhranının soyuq qış aylarında Almaniyada necə ciddi fəsadlara yol açdığı hələ də yaddaşlardan silinməyib. Qaz təchizatı ilə bağlı indiki kritik dönəmdə də bu ölkənin mavi yanacaq istehlakını şaxələndirməyə böyük ehtiyacı var. Azərbaycan bu ehtiyacı müəyyən həcmlərdə qarşılamağa hazır və qadir ölkədir. “Uniper” şirkətinin SOCAR-la əməkdaşlığı genişləndirməkdə maraqlı olması ondan xəbər verir ki, Almaniyanın ayrı-ayrı təmsilçiləri Azərbaycanın milli maraqlarına uyğun gəlməyən açıqlamalar versələr də, bütövlükdə bu ölkədə respublikamızın Avropa üçün müstəsna rolu və əhəmiyyəti düzgün dəyərləndirilir.
Gələcək üçün yaxşı perspektivlər açan əməkdaşlıq
Beynəlxalq enerji şirkəti olan “Uniper” qlobal müstəvidə çevik və aşağı karbonlu enerji həlləri üzrə ixtisaslaşıb. Şirkət dünya üzrə 12 min işçisi heyətə malikdir. “Uniper” Avropa və Rusiyada əsasən qaz, kömür və su elektrik stansiyalarından ibarət olan təxminən 36 qiqavatt elektrik enerjisi istehsal edir. Öz tarazlaşdırılmış əməliyyat portfeli, texniki və kommersiya təcrübəsinə əsaslanan “Uniper” yüksək keyfiyyətli məhsullar və rəqabət qabiliyyətli xidmətlər təklif edir. “Uniper” ticarət sahəsindəki fəaliyyəti ilə qlobal enerji bazarları arasında əlaqələr yaradır. Bu fəaliyyət elektrik enerji, təbii qaz, maye qaz (LNG), kömür və emissiya sertifikatlarının ticarəti ilə enerji daşıyıcıları bazarının bütün spektrini əhatə edir. Bundan əlavə, şirkət enerji istehsal edən qurğuların idarə olunması və servisi sahəsindəki təcrübəsi və dünya üzrə enerji daşıyıcılarının ticarət həcmi sayəsində geniş xidmət paketləri təklif edə bilir. “Uniper” elektrik stansiyalarının layihələndirilməsi, işə salınması və idarə olunması ilə yanaşı, onların enerji daşıyıcıları ilə təchizatını da həyata keçirir.
“Uniper”ın Azərbaycanın beynəlxalq səviyyəli şirkətinə çevrilən SOCAR-la əməkdaşlığı 10 illik tarixə malikdir. Hər iki şirkət Azərbaycanın neft və qaz istehsalında enerji səmərəliliyinin artırılması üçün müxtəlif layihələrdə birgə çalışırlar. Əməkdaşlıq əlaqələri həmçinin texnologiya və enerji təsərrüfatı sahəsində təcrübə mübadiləsinin aparılması, menecment və sosial məsuliyyət sahəsində təlimlərin keçirilməsini əhatə edir. 2013-cü ildə Avropanın enerji təchizatının təhlükəsizliyinin və şaxələndirilməsinin gücləndirilməsi məqsədilə “Uniper” və SOCAR şirkətləri arasında uzunmüddətli qaz tədarükünə dair müqavilə imzalanıb. 2016-cı ildə enerji səmərəliliyinin inkişafı məqsədilə yaradılmış müəssisə bu əməkdaşlığın inkişafına xidmət edir. “Uniper”ın mütəxəssislərinin bildirdikləri kimi, bəhs olunan layihə bölgədə istixana qazları tullantılarının azaldılmasına və ölkənin təbii resurslarına qənaət olunmasına yardım göstərmək məqsədilə reallaşdırılır.
Berlində baş tutan iclasda 10 illik əməkdaşlıq dövründə əldə olunan təcrübə xatırlanmaqla yanaşı, əməkdaşlığın perspektivlərinə xüsusi diqqət çəkilib. “Uniper” şirkətinin rəhbər şəxslərdən ibarət nümayəndə heyətlərinin iştirak etdiyi iclasda Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində atılan addımlar, SOCAR-da insan resurslarının inkişafı sahəsində əldə olunan nailiyyətlər, “Uniper”in yeni strategiyası və biznes maraqları müzakirə olunub. Eyni zamanda, Azərbaycanda enerji keçidi ilə bağlı görülən işlər və SOCAR-ın gələcək layihələri ilə bağlı təqdimat edilib. Tədbirdə Azərbaycanın Almaniyadakı səfirinin, SOCAR və “Uniper” şirkətlərinin rəhbər şəxslərinin çıxışları dinlənilib, enerji sənayesinin inkişafına dair fikir və təcrübə mübadiləsi aparılıb. “Uniper” və SOCAR arasındakı əməkdaşlıq hər iki tərəf üçün mənfəət kəsb edir və gələcək üçün yaxşı perspektivlər açır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59

