Bakı yenə görüş yeri seçildi...
02.12.2023 [11:14]
Dünya şəhərlərinin problemləri və inkişaf məsələləri paytaxtımızda müzakirə olunacaq
Son illərdə Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi və aktual müzakirələr aparılaraq mühüm qərarların qəbul edildiyi bir məkana çevrilib. Bu tədbirlərdə ölkəmiz bir qayda olaraq xoş məram və özünün yüksək standartlarını nümayiş etdirir. Görüş yeri kimi Azərbaycanın seçilməsi isə beynəlxalq səviyyədə respublikamıza artan hörmət və inamın ifadəsidir.
Bakı Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək
Respublikamızın paytaxtı növbəti beynəlxalq tədbirin - 2026-cı ildə 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçiriləcəyi məkan kimi müəyyənləşdirilib. Bununla bağlı qərar BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında elan olunub. İki ildən bir dünya şəhərlərindən birində keçirilən bu forum sürətli urbanizasiya və onun şəhərlərin inkişafına təsirini araşdırmaq məqsədilə ən böyük qlobal platformadır. Forum şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malikdir.
Ümumdünya Şəhərsalma Forumu keçən il “Daha yaxşı gələcək üçün şəhərlərimizi dəyişdirək” mövzusu altında Polşanın Katovitse şəhərində (WUF11) 17 min nəfərin iştirakı ilə baş tutub. Daha öncə müxtəlif illərdə Forum Barselona, Rio-de-Janeyro, Vankuver, Əbu-Dabi, Kuala-Lumpur və bir sıra digər şəhərlərdə təşkil edilib. Verilən məlumata əsasən, növbəti forum (WUF12) 2024-cü il noyabrın 4-dən 8-dək Misirin paytaxtı Qahirə şəhərində keçiriləcək.
Nə üçün Bakı?
Paytaxtımızın 2026-cı ildə 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçiriləcəyi məkan kimi seçilməsi isə heç də təsadüfi deyil. Belə bir qərar verilərkən Azərbaycan hökumətinin şəhərsalma sahəsində apardığı dərin islahatlar, ölkədə uğurla həyata keçirilən genişmiqyaslı layihələr və əldə edilən nailiyyətlər, habelə ölkəmizin bu sahədə qlobal gündəliyə verdiyi töhfələr nəzərə alınıb.
Digər tərəfdən, respublikamız otuz illik işğal dövründə ciddi urbisid problem ilə üzləşən ölkədir. Həmin dövrdə erməni vandalları tərəfindən məqsədli şəkildə viran qoyulan şəhər və kəndlərimizin siyahısı çox uzundur. Bu siyahıda 9 Azərbaycan şəhərinin adı var. Ermənistan eyni zamanda Azərbaycanın yüzlərlə kəndini qəsdən dağıdıb, bütün mədəni və dini abidələrimizi viran qoyaraq, talayaraq, onları əsl urbisid (şəhərlərə qarşı genosid) və kultursid (mədəniyyətə qarşı genosid) nümunələrinə çevirib. Sözsüz ki, İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, xarici mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhəri işğaldan azad olunanda Azərbaycan Ordusu orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb.
Şübhəsiz ki, 2026-cı ildə Bakının ev sahibliyi edəcək tədbir ölkəmizin həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün növbəti bir fürsət olacaq. Qeyd edək ki, respublikamız BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) çərçivəsində əməkdaşlığı getdikcə genişləndirir. Bu əməkdaşlığın nəticəsində Azərbaycanda ilk dəfə olaraq 2022-ci il oktyabrın 5-6-da BMT-nin Məskunlaşma Proqramı ilə birgə Ağdam və Bakı şəhərlərində 44 ölkədən ümumilikdə 400 nəfər iştirakçının qatıldığı 1-ci Milli Şəhərsalma Forumu təşkil edilib. 2023-cü il sentyabrın 29-da isə BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi baş tutub. Açılış mərasiminə qatılan Prezident İlham Əliyev tədbirdə çıxış edib. Dövlətimizin başçısı çıxışında Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə şəhər və kəndlərin ardıcıllıqla bərpa olunduğunu diqqətə çatdırıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49

