Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib
28.11.2023 [15:17]
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkmənistana səfəri çərçivəsində Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.
Nazirlikdən bildirilib ki, iclasda Azərbaycan və Türkmənistan arasında güclü dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. İkitərəfli münasibətlərdə mühüm rol oynayan iqtisadi-ticarət sahəsində intensiv inkişaf müşahidə olunur. Ötən il Türkmənistanla ticarət dövriyyəsi 5 dəfədən çox artıb, 2023-cü ildə də artım tendensiyası davam edib. Tədarük olunan məhsulların çeşidini genişləndirməklə ticarət dövriyyəsini daha da artırmaq üçün böyük potensial var. Ölkələrimiz arasında azad ticarət rejimi ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərir. Ticarət sahəsində uğurlu əməkdaşlıq qarşılıqlı investisiyalar üçün stimul ola bilər. Türkmənistanla sənayenin müxtəlif sahələri, investisiya, enerji, gömrük, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s. üzrə əməkdaşlıq imkanları böyükdür.
İclasda Azərbaycanın artan iqtisadi göstəriciləri, əlverişli işgüzar mühiti, o cümlədən, azad edilmiş ərazilərimizin biznes potensialı, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib, yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından işgüzar tədbirlərin davamlı keçirilməsinin önəmi bildirilib, Türkmənistan investorları fəal əməkdaşlığa dəvət olunub.
Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Batır Atdayev vurğulayıb ki, ölkələrimiz arasında müxtəlif sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı üçün yaxşı perspektivlər var və Türkmənistan əlaqələrin dərinləşməsinə önəm verir.
İclasda ölkələrimizin iqtisadi müstəvidə ortaq maraqlarına xidmət edən təşəbbüslər, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri barədə müzakirə aparılıb.
İclasın sonunda Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev imzalayıblar. Sənəddə ticarət, sənaye, energetika, nəqliyyat, aqrar və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Türkmənistana işgüzar səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Agro Pack Turkmenistan 2023” beynəlxalq sərgisinin açılış mərasimində iştirak edib. Nümayəndə heyəti innovativ istehsal mexanizmlərinin təqdim edildiyi sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlərin təqdim etdiyi xidmətlər, həmçinin iqtisadi səmərəliliyin artırılmasını, resurslardan effektiv istifadəni və iqtisadiyyatın müxtəlif sahələri üçün müasir həlləri təmin edən yeniliklərlə tanış olub.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

