8 rayonda inzibati ərazi dəyişikliyi
25.11.2023 [10:21]
Mübariz FEYİZLİ
Qarabağ və Şərqi Zəngəzurda 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi nəzərdə tutulur. Bununla bağlı “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsinin Milli Məclisə daxil olduğu bildirilir. Sənədin parlamentin Regional məsələlər komitəsinin yaxın günlərdə keçiriləcək iclasında müzakirəyə çıxarılacağı gözlənilir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları
Qalib Azərbaycan 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərə dövlət və cəmiyyət olaraq böyük bağlılıq nümayiş etdirir. Təxminən 30 ili əhatə edən işğal illərində bu ərazilərdə erməni vandalları ağlasığmaz vəhşiliklər törədiblər, o cümlədən buradakı iqtisadi və mədəni sərvətlərimiz talan edilib, ölkəmizin digər regionları ilə ənənəvi əlaqələri pozulub. Postmüharibə mərhələsində bəhs edilən ərazilərdə işğalın kədərli izlərinın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixində imzaladığı iqtisadi rayonların yeni bölgüsü haqqında müvafiq Fərmana uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması da bu məqsədlə atılan çox mühüm addımdır. Fərmana uyğun olaraq ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları nəzərə alınmaqla Xankəndi şəhərinin, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarının daxil edildiyi Qarabağ iqtisadi rayonu yaradılıb. Eləcə də Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları Şərqi Zəngəzur iqtisadi rayonunda birləşdirilib.
Bəhs olunan iqtisadi rayonlların formalaşdırılması bir tərəfdən işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından daha səmərəli istifadə olunmasına, digər tərəfdən isə Qarabağ və Şərqi Zəngəzurun ölkənin digər bölgələrinə reinteqrasiyasını təmin etməyə hesablanıb. İşğaldan azad edilmiş ərazilər 11 min kvadratkilometri əhatə edir. Bu, kifayət qədər geniş coğrafiyadır. Sözügedən ərazilərin perspektiv iqtisadi inkişafı barədə danışarkən burada müxtəlif sahələrin, o cümlədən kənd təsərrüfatının, sənayenin, turizmin inkişafı üçün mövcud olan böyük imkanları xüsusi qeyd etmək lazımdır. İşğaldan əvvəlki dövrdə bölgədə heyvandarlıq, taxılçılıq, baramaçılıq, pambıqçılıq, üzümçülük kimi gəlirli sahələr uğurla inkişaf etdirilirdi. Artıq sözügedən ərazilərdə ənənəvi sahələr üzrə yeni təsərrüfatların yaradılmasına start verilib. Bölgədə ayrı-ayrı istiqamətlər üzrə bir neçə aqroparkın yaradılması nəzərdə tutulub və artıq ilk aqropark fəaliyyət göstərir.
İşğaldan azad edilmiş ərazilərdə ənənəvi sahələrin dirçəldilməsi ilə yanaşı, yeni istiqamətlər də inkişaf etdiriləcək. Burada həm aqrar sektorda, həm də sənayedə müasir yanaşmalara, innovativ texnologiyaların tətbiqinə geniş meydan veriləcək. Bütövlükdə, işğaldan azad edilmiş ərazilər “ağıllı kənd” və “ağıllı şəhər” konsepti əsasında inkişaf etdirilir. Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərdə müasir texnologiyaların tətbiqi ilə yeni istehsal sahələrinin yaradılmasına xarici şirkətlər də böyük maraq göstərirlər. Onların iştirakı ilə artıq ilk belə layihələrin icrası təmin edilib. İnzibati ərazi bölgüsünün optimallaşdırılması həm də işğaldan azad edilmiş ərazilərdə idarəetmədə çevikliyi artırır, layihələrin icrasını sürətləndirir.
İnzibati ərazi bölgüsü təkmilləşdirilir
Yeni reallıqlar inzibati ərazi bölgüsünün təkmilləşdirilməsini diqtə edir. Milli Məclisə göndərilən qanun layihəsində 8 rayonun inzibati ərazi bölgüsündə dəyişikliklər edilləcək . Layihəyə əsasən,
- Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Malıbəyli kənd inzibati dairəsi tərkibindəki Malıbəyli kəndinin, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndlərinin Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi,
- Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli və Ağbaşlı kəndlərinin, Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sarıcalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndinin və Laçın rayonunun inzibati ərazi bölgüsünə daxil olan Köhnəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Alıcan kəndinin ləğv edilərək ərazilərinin bütövlükdə Xocavənd rayonunun inzibati ərazisinə verilməsi,
- Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Qacar kənd inzibati ərazi dairəsi tərkibindəki Divanalılar kəndinin 139 ha ərazinin Xocavənd rayonunun inzibati ərazisinə verilməsi,
- Xocalı rayonunun inzibati ərazisinə aid dövlət mülkiyyətində olan 186 ha torpaq sahəsinin Ağdam rayonunun inzibati ərazisinə verilməsi,
- Xocavənd rayonunun inzibati ərazisinə aid dövlət mülkiyyətində olan 481 ha torpaq sahəsinin Qubadlı rayonunun inzibati ərazisinə verilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

