Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı informasiya sistemi yaradılıb
17.11.2023 [13:01]
Prezident İlham Əliyev noyabrın 17-də “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması haqqında” Fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, Fərmana əsasən, daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahələrində idarəetmə sisteminin təkmilləşdirilməsi, şəffaflığın və operativliyin artırılması, biznes mühitinin yaxşılaşdırılması baxımından əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin elektronlaşdırılması və keyfiyyətinin yüksəldilməsi, nəzarət mexanizmlərinin, habelə elektron sənəd dövriyyəsinin genişləndirilməsi məqsədilə “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılıb.
Sistem aşağıdakıları təmin edir:
- ərizəçinin daşınmaz əmlakın dövlət reyestrini və kadastrını tərtib edən və aparan quruma müraciətinin və ona əlavə edilən sənədlərin (məlumatların) qəbulu, emalı və nəticələrinə dair elektron sənədlərin, habelə məlumatların elektron qaydada verilməsini, eləcə də ərizəçilər tərəfindən müraciətlərin icra vəziyyətinin izlənilməsini;
- “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrində nəzərdə tutulmuş sənədlərin (məlumatların), həmçinin daşınmaz əmlakın tarix və mədəniyyət abidəsi olması barədə məlumatın Sistemə daxil edilməsini və həmin sənədlərdən (məlumatlardan) istifadə edilməsini;
- daşınmaz əmlak üzərində hüquq əldə edən, onun tərəfindən vəkil edilmiş şəxs tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin, habelə notariuslar və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş hallarda notariat hərəkətinin aparılması üçün zəruri olan məlumatların elektron qaydada Sistemdən yoxlanılmasını və əldə edilməsini;
- daşınmaz əmlakın dövlət reyestrinin və kadastrının aparılması üçün əsas olan hüquqi və texniki sənədlərin, habelə məlumatların əldə edilməsini;
- qanunla nəzərdə tutulan ödənişlərin elektron qaydada həyata keçirilməsi imkanının yaradılmasını.
Nazirlər Kabinetinə altı ay müddətində Sistem haqqında əsasnamənin layihəsini, Sistemin yaradılması ilə əlaqədar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarə edilməsi sahələrində normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Xəbər lenti
Hamısına baxİdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17

