"AAC" Müasir Tikinti Materialları Zavodu müasir standartlara cavab verir
18.01.2012 [23:10]
Məlum olduğu kimi, son illər Azərbaycan iqtisadi sahədə böyük uğurlar qazanıb. ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar nəticəsində bütün sahələr kimi tikinti sektoru da sürətlə inkişaf edir və burada ən müasir texnologiyalar tətbiq olunur. Belə istehsal sahələrindən bir də “AAC” Müasir Tikinti Materialları Zavodudur. 26 dekabr 2011-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə bu zavodun açılışı keçirilib.
Bunu zavodun Marketinq və satış şöbəsinin müdiri Vüqar Həmidov deyib. Onun sözlərinə görə, dövlət başçısı istehsalat prosesini şəxsən işə saldıqdan sonra, istehsal və hazır məhsulla yaxından tanış olub: “ümumiyyətlə, dövlət başçısının qeyri-neft sektorunda sənayeləşmə siyasətinə uyğun olaraq tikilmiş “AAC” Müasir Tikinti Materialları Zavodu da innovasiya texnologiyası əsasında qurulan, tam müasir standartlara cavab verən bir müəssisədir. Yüksək texnologiyalı bu müəssisə Qafqaz regionunda yalnız Azərbaycanda fəaliyyət göstərir. Bakı-Salyan şosesi, 47-ci km ünvanında 10 hektar sahədə yerləşən zavod Almaniyanın məşhur “Wehrhahn” şirkətinin yüksək texnologiyalı istehsal avadanlığı ilə təchiz edilib”.
Zavodun mediaya tanıtımı məqsədilə keçirilən mətbuat konfransından öncə hər bir istehsal sahəsi barədə KİV təmsilçilərinə geniş məlumat verən şöbə müdiri bildirib ki, burada 12 min m2 qapalı istehsal sahəsi olan məsaməli beton istehsalı zavodu, 6 min m2 qapalı istehsal sahəsi olan yandırılmış və sönmüş əhəng istehsalı zavodu, Böyük Britaniyanın “CDE” şirkətinin ən son texnoloji avadanlığı ilə təchiz edilmiş 3600 m2 istehsal sahəsi olan kvars qumu yuma zavodu, 8800 m2 sahəsi olan hazır məhsul və 4500 m2 sahəsi olan xammal anbarları, həmçinin, 1200 m2 sahəsi olan ofis binası, 1500 m3 su anbarı, 300 m dəmiryolu xətti, 5400 m2 nəqliyyat vasitələrinin saxlanılma və texniki xidməti sahəsi və 2500 m2 digər təsərrüfat obyektləri yerləşir. Zavodun sahəsinə 15 min m2 -lik inkişaf ərazisi də daxildir. Zavodun tikintisinə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə 10 milyon manat dövlətin güzəştli krediti ayrılıb.
Daha sonra keçirilən mətbuat konfransında zavodun ölkə və region üçün mühüm əhəmiyyət kəsb etdiyini, burada istehsal olunan məsaməli betonların xüsusilə əlverişli olduğunu deyən V.Həmidov əlavə edib ki, məsaməli betonun istehsalında yerli xammaldan istifadə olunur: “Bu əsasən kvars qumu və əhəng daşıdır. Qum Abşeron rayonunda Umbakı kvars qumu yatağından birbaşa zavoda gətirilir. Əhəng daşı isə Qazax rayonunda yerləşən əhəng daşı karxanasından hasil və emal olunduqdan sonra dəmiryolu vasitəsilə zavoda çatdırılır. Yüksək keyfiyyətli xammal və Almaniyanın “Wehrhahn” şirkətinin məsaməli beton istehsalı üzrə müasir texnoloji avadanlığının istifadəsi nəticəsində keyfiyyətli və tikinti sahəsində öz yerini layiqincə tutacaq “gobustone” brendi ilə məsaməli beton blokları istehsal edilir. Hazırda zavodun istehsal gücü gündə 600 m3-dir. Bundan əlavə, “AAC” Müasir Tikinti Materialları Zavodu gündə 100 ton yandırılmış və 120 ton sönmüş əhəng istehsal edir. Yandırılmış və sönmüş əhəng istehsalı “Wehrhahn” şirkətinin qabaqcıl texnologiyası əsasında qurulub. Almaniyanın müasir tələblərə cavab verən avadanlığı ilə təchiz edilmiş laboratoriya vasitəsilə xammalın və hazır məhsulun keyfiyyətinə tam nəzarət edilir. Bu da məhsulun müasir standartlara uyğun istehsalına və keyfiyyətinə təminat yaradır”.
Qeyd olunub ki, müasir texnologiya ilə təchiz olunmaqla yanaşı, “AAC” Müasir Tikinti Materialları Zavodu həm də “yaşıl” zavoddur. Belə ki, ərazinin 20 faizini yaşıllıq təşkil edir. Həmçinin, buradakı istehsalat tamamilə tullantısızdır. İstehsalat qalıqları yenidən emal olunur, zavodun məişət və texniki suları isə təmizlənib təkrarən istifadəyə verilir. Bundan başqa, zavodda peşəkar işçi heyəti formalaşıb: “Bu məqsədlə, əməkdaşlarımız üçün Almaniyanın “Wehrhahn” şirkətində, Türkiyənin analoji zavodlarında treninqlər təşkil edilib. Burada işçilər üçün ayrıca yeməkxana, xüsusi iş geyimləri təminatı, tibbi və icbari sığorta, əmək təhlükəsizliyinə xüsusi nəzarət və əməkdaşların daşınması üçün nəqliyyat vasitələri mövcuddur. Hazırda zavodda 130 nəfər işçi çalışır. Orta aylıq əməkhaqqı 760 manatdır”.
Texnoloji proses üzrə baş mühəndis Nail Abbasov isə öncə ümumiyyətlə, məsaməli beton bloklar barədə məlumat verib: “Məsaməli beton bloklar bu gün ən məşhur tikinti materiallarından birinə çevrilib. Bu, özündə uzunömürlülük və möhkəmlilik, kiçik ölçü, tikintinin olduqca sadə texnologiyası və əla ekoloji keyfiyyətlər kimi unikal xüsusiyyətləri birləşdirən inqilabi materialdır. Məsaməli beton məhsulları Avropada hələ ötən yüzilliyin əvvəllərində uğurla tətbiq edilməyə başlanıb və hazırda, MDB ölkələri daxil olmaqla Avropada divar tikintisi materiallarının ən çox yayılmış növlərindən biridir. Onun bazarı həmçinin Asiyada, Yaxın Şərqdə, son vaxtlar isə Amerikada da sürətlə genişlənməkdədir. Məsaməli beton bloklar istənilən iqlim şəraiti üçün yararlı olan əla tikinti materialıdır”.
Daha sonra zavodda istehsal edilən “gobustone” məsaməli beton bloklarının xüsusiyyətləri barədə danışan N.Abbasovun sözlərinə görə, bu betonun termoizolyasiyalı-istilik keçirməmək xüsusiyyəti kərpicdən 6 dəfə üstündür: “Ekoloji baxımdan təhlükəsiz, yanğına və zəlzələyə davamlıdır. Yüngül çəki və dəqiq ölçüləri olan bu beton bloklar iqtisadi cəhətdən daha qənaətlidir. Belə ki, enerjiyə 30-40 faiz, bünövrənin inşası zamanı məsrəflərə 20-30 faiz qənaət edilir”.
Mətbuat konfransında çıxış edən tikinti üzrə menecer Luts Vahhe isə deyib ki, “AAC” Müasir Tikinti Materialları Zavodu komplektasiya baxımından nümunəvi hesab olunur. Belə olduğu halda, Azərbaycanın inşaat sahəsində yeni bir dövr başlayır və bu cür zavodun tikilməsi barədə qərarın qəbulu çox təqdirəlayiqdir.
Onu da vurğulamaq yerinə düşər ki, zavod ölkənin daxili tikinti bazarını təmin etməklə yanaşı, gələcəkdə məhsullarının ixracını planlaşdırır. Daha doğrusu, şirkətin məqsədi nəinki Azərbaycanın tikinti bazarını təmin etmək, həmçinin, gələcəkdə qonşu dövlətlər- Rusiya, İran və Gürcüstana məhsulun ixracını həyata keçirməkdir. çünki məsaməli beton məhsullarına tələbat böyükdür və getdikcə də artır. Azərbaycanda isə daha geniş çeşidli məhsul istehsal edəcək bu cür 2-ci zavodun tikilişi nəzərdə tutulur. Bir sözlə, əminliklə demək olar ki, Azərbaycanda inşa edilmiş bu müəssisə dünyada mövcud olan, eyni prinsiplə fəaliyyət göstərən istənilən zavodla müqayisə edilə biləcək səviyyəyə malikdir.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

