Pul nişanları yeni qaydada dəyişdiriləcək
06.06.2023 [10:40]
MÜBARİZ
Zaman ötdükcə qarşıya çıxan yeni çağırışlara uyğun olaraq qanunvericilik bazası da mütəmadi qaydada təkmilləşdirilir. Hazırda “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna da dəyişikliklər təklif olunur. Bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub. Yeni layihədə əksini tapan müddəalardan biri də milli pul nişanlarının yeni qaydada dəyişdirilməsini əhatə edir.
Milli pul nişanları
Mərkəzi Bankdan “Yeni Azərbaycan”a bildirilib ki, Azərbaycan Prezidentinin 7 fevral 2005-ci il tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına uyğun olaraq 2006-cı ildən etibarən 1 yeni manat 5000 manata bərabər tutulmaqla denominasiya həyata keçirilib və tədavülə yeni nəsil pul nişanları (AZN) buraxılıb.
Yeni nümuməli pul nişanlarının nominal strukturu 7 ədəd kağız pul nişanından (1, 5, 10, 20, 50, 100, 200 manat) və 6 ədəd metal pul nişanından (1, 3, 5, 10, 20, 50 qəpik) ibarətdir. Bir manat 100 (yüz) qəpikdən ibarətdir. Azərbaycan manatının simvolu - beynəxalq ISO kodu 994-dür.
Mərkəzi Bankın məlumatında bildirilir ki, yeni pul nişanlarının dizaynı vahid konsepsiya əsasında hazırlanıb. Dizayn mövzusu qismində “Müstəqil Azərbaycan” müəyyən edilib. Bu dizayn Azərbaycanın bütün sahələrdə müstəqilliyini, inkişafını və Avropa ailəsinə inteqrasiyasını təzahür etdirir.
Milli valyutada kağız pul nişanlarının mühafizə sistemi qəbul edilmiş ümumi mühafizə fəlsəfəsi əsasında hazırlanıb. Milli valyuta kağız pul nişanlarının mühafizə sistemi 4 pilləli (I, II, III və IV dərəcəli) yaradılıb. Hər nominallı kağız pul nişanlarının əsas fon rəngi mövcuddur və mühafizə elementləri bütün nominallı kağız pul nişanlarında eyni yerlərdə yerləşdirilib.
- I dərəcəli mühafizə elementləri xüsusi avadanlıq tələb olunmadan müəyyən edilir və əhali üçün nəzərdə tutulub.
- II dərəcəli mühafizə elementləri sadə alətlərlə (böyüdücü şüşə və UB lampa) müəyyən edilir. Əsasən ticarət müəssisələri üçün nəzərdə tutulub.
- III dərəcəli mühafizə elementləri yüksək texnologiyalar əsasında hazırlanmış, əsasən bank mütəxəssisləri tərəfindən xüsusi avadanlıqlarla müəyyən edilmək üçün nəzərdə tutulub.
- IV dərəcəli mühafizə elementləri yalnız Mərkəzi Bank tərəfindən müəyyən edilir.
Metal pul nişanlarının mühafizə sistemi pul nişanlarının yan tərəfində yerləşdirilmiş xüsusi təhlükəsizlik elementindən, dizayn elementlərinin dəqiq cizgilərindən, zərb olunmuş qabarıq səthdən, pul nişanı üçün müəyyən olunmuş texniki göstəricilərdən, o cümlədən diametr, çəki və metal tərkibdən ibarətdir.
Yeni qaydalar
Milli Məclisin komitəsində müzakirəsi aparılan qanun layihəsində zərurət yarandığı hallarda milli pul nişanlarının dəyişdirilməsində bir sıra yeni qaydaların tətbiqi nəzərdə tutulur. Sənədə əsasən, Mərkəzi Bank:
- tədavülə yararlı pul nişanlarını məhdudiyyətsiz dəyişdirir.
- bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 %-dən az olmayan hissəsini və üzərindəki 2 seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyərini ödəyir.
- bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanının nominal dəyərini ödəyir.
- təqdim olunan pul nişanının saxta olması müəyyən edildikdə həmin pul nişanını dəyişdirmir və onun nominal dəyərini ödəmir, saxta pul nişanını geri qaytarmır və qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) göndərir.
- xarici valyutada olan pul nişanlarını dəyişdirmir.
Bundan başqa, qanun layihəsində deyilir ki, pul nişanlarının reproduksiyası (bənzədilmiş surətdə hazırlanması) AMB-nin müəyyən etdiyi qaydada həyata keçirilir. Reproduksiya qaydalarını pozmaqla hazırlanmış pul nişanları saxta hesab olunurlar.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

