Ölkəmiz bu il taxıl ehtiyacını daxili istehsal hesabına tam ödəyəcək
10.08.2011 [10:35]
Artıq Azərbaycanda taxıl biçini mövsümü başa çatmaq üzrədir. Bu il istehsalçılar taxıl zəmilərindən bol məhsul toplamaqdadırlar. Məlum olduğu kimi, ötən il təbii fəlakətin baş verməsi səbəbindən ölkəmizdə taxıl istehsalı azalmışdı. Ona görə də, 2009-cu il ilə müqayisədə ötən il məhsul istehsalı xeyli aşağı düşmüşdü. Amma cari ildə kənd təsərrüfatı istehsalçıları bu məsələyə xüsusi diqqət yetiriblər. Bunun nəticəsində bu mövsüm ötən il ilə müqayisədə 25 faiz çox taxıl yığımı gözlənilir.
Qeyd edək ki, may ayının sonlarından başlayan biçin işləri artıq bir sıra taxılçılıq rayonlarında yekunlaşıb. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) məlumatına görə, yaxın günlərdə bütün zəmilərdə taxıl biçini tam başa çatacaq. İyulun son günlərinə qədər ölkə üzrə 850 min hektardan artıq sahədə biçin aparılıb. Bu, isə respublikada mövcud olan payızlıq və yazlıq dənli-paxlalı bitkilər əkininin təxminən 92 faizi deməkdir. İndiyədək Azərbaycanda 2 milyon 100 min tondan artıq arpa və buğda tədarük olunub. Bu isə keçən ilin müvafiq dövründəkindən 350 min ton çoxdur. Tədarük olunan taxılın 1,4 milyon tondan çoxu isə buğda məhsuludur.
ümumilikdə, bu il Azərbaycanda 945 min hektar sahədə taxıl əkilib ki, bunun da 660 min hektarı buğda, qalanı arpadır. ölkə üzrə hər hektardan yığılan taxılın məhsuldarlığı isə 24,8 sentner təşkil edir. Biçin mövsümünü itkisiz və vaxtında başa çatdırmaq üçün bütün aqrotexservislər - kombayn, taxıl təmizləyən, presləyici və yığım texnikaları, yük maşınları və traktorlarla tam təchiz edilib. Hazırda “Aqrolizinq” ASC-nin balansında olan texnika parkında 3110-dan çox taxılyığan kombayn və 1000-dən çox digər texnika mövcuddur. Bu isə aqrar bölmədə nəzərdə tutulan tədbirləri yerinə yetirməyə imkan verir.
KTN biçinin davam etdirildiyi zəmilərdən daha 350-400 min ton taxıl əldə olunacağını proqnozlaşdırır. ölkədə hələ biçilməmiş 100 min hektara yaxın buğda sahəsi var ki, buradan tədarük olunacaq məhsulun həcmi 200 min tondan çox olacaq. Hesablamalara görə, bu il ölkədə 1,6 - 1,7 milyon tondan çox buğda istehsal ediləcək. Bu isə tələbatı 100 faiz ödəməyə imkan verəcək. ümumi taxıl məhsullarının həcmi isə 2,5 milyon ton proqnozlaşdırılır. Yəni, Azərbaycan tam yerli resurslar hesabına daxili tələbatı ödəyə biləcək. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyevin sözlərinə görə ki, Azərbaycanda istehsal olunan taxıl xaricdən gətirilən taxılla müqayisədə daha keyfiyyətlidir. S.Vəliyev bildirib ki, yerli məhsulun təxminən 80 faizi çörəkbişirmə sənayesində istifadə etməyə tam yararlıdır. Onun sözlərinə görə, bunu laboratoriya şəraitində aparılan yoxlamalar da sübut edir. “Azərbaycanda istehsal olunan taxıl yüksək keyfiyyətlidir və bütün standartlara cavab verir. Ola bilsin ki, bunun 10-15 faizinin yağışla, sellə bağlı keyfiyyəti aşağı olsun. Amma əksər rayonlarda taxıl yüksək keyfiyyətlidir. Biz gözləyirik ki, 2 milyon 500 min ton çox taxıl, 1 milyon 700 min ton buğda istehsal olunacaq”, - deyə şöbə müdiri qeyd edib.
Göründüyü kimi, hökumət ölkəmizin etibarlı şəkildə taxıl məhsulları ilə təminatı üçün davamlı və məqsədyönlü işlər görür, həm də daxili istehsalın stimullaşdırılması ilə əlaqədar sistemli tədbirlər həyata keçirir. Azərbaycan hökumətinin iqtisadiyyatın aparıcı sahəsinə çevrilən kənd təsərrüfatına olan diqqət və qayğısı öz mühüm nəticələrini göstərməkdədir. Aqrar sahədə müşahidə olunan hazırkı artım dinamikası bütövlükdə 2011-ci ildə bütün növ kənd təsərrüfatı məhsullarının yüksək istehsalının olacağını deməyə əsas verir. Bu il ölkəmizin taxıl məhsulları ilə təminatı yerli istehsal hesabına ödəniləcək. ölkəmizdə ərzaq təhlükəsizliyi ilə bağlı həyata keçirilən strateji plana uyğun olaraq illik taxıl ehtiyatının toplanması ilə bağlı davamlı tədbirlər həyata keçiriləcək. Əhalinin kənd təsərrüfatı məhsulları, o cümlədən, əsas strateji məhsul olan buğda ilə etibarlı təminatı üçün bütün lazımi tədbirlər görüləcək. Bu il, həmçinin, taxıl anbarlarının tikilməsi və istifadəyə verilməsi ilə bağlı tədbirlər də reallaşdırılacaq.
Azərbaycan hökuməti respublikamızın ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün güclü iqtisadi imkanlara malikdir. Hökumət daxili bazarın qorunması, istehlakçıların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi və qiymətlərin sabit şəkildə qorunub saxlanması üçün möhkəm iradəyə, güclü idarəçilik təcrübəsinə və potensial iqtisadi resurslara malik olmaqla yanaşı, iqtisadiyyatın dinamikasının yüksəlməsinə zəmin yaradan davamlı islahatlar həyata keçirməkdədir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

