Avtomobil sənayesində...
04.05.2023 [10:20]
Beynəlxalq əməkdaşlıq genişləndirilir
Nicat Dilqəmli
Avtomobil sənayesinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələrin intensivliyi son illər daha da artıb. Burada beynəlxalq təcrübənin, qabaqcıl, müasir texnologiyaların ölkəmizdə tətbiq edilməsi ilə bərabər avtomobil sənayesi sahəsində xarici şirkətlərlə əməkdaşlıq mühüm yer tutur. Hələ 2018-ci ilin martında açılışı baş tutan, investisiya dəyəri 25 milyon manat olan “Xəzər” avtomobil zavodunu genişmiqyaslı tədbirlərin başlanğıc nöqtəsi hesab etmək olar. Zavod “AZƏRMAŞ” ASC ilə “Iran Khodro” ASC arasında 2016-cı il aprelin 21-də imzalanan əməkdaşlıq memorandumunun əsasında yaradılıb. 10 hektar ərazidə tikilmiş avtomobil zavodunda Avropanın aparıcı ölkələrinin və İran İslam Respublikasının müasir texnologiyaları və avadanlıqları quraşdırılıb. Hazırda ölkəmizdə minik avtomobillərinin yeganə istehsalçısı olan Neftçala avtomobil zavodunda müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal olunur. Ümumi dəyəri 15 milyon dollar olan zavodun illik istehsal gücü 10 min avtomobildir.
Avtomobil sənayesinin daha da modernləşdirilməsi, yüksək keyfiyyət göstəricilərinə uyğunlaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi bu gün də uğurla davam etdirilir. Bugünlərdə təməli qoyulan Azərbaycan-Özbəkistan birgə avtomobil zavodu ölkəmizdə qeyri-neft sektorunun inkişafı, istehsalın lokallaşdırılması və bir çox digər istiqamətlərin inkişafı üçün yeni bir mərhələ sayıla bilər. “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edərkən Prezident İlham Əliyevin də bu barədə danışması təsadüfi deyildir. Dövlətimizin başçısı Özbəkistan Prezidenti ilə keçirilən görüşlər zamanı əldə olunmuş razılaşmaların, o cümlədən avtomobil istehsalı sahəsində həyata keçirilən işlərin də əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğulayıb.
Şübhəsiz ki, Hacıqabul Sənaye Məhəlləsində inşa edilən müəssisə avtomobil sənayesi ilə bərabər digər bir çox sahələrə də öz müsbət təsirlərini göstərəcək. Məsələn, zavod yaxın gələcəkdə məşğulluğun təminatına da güclü təkan verəcək. Belə ki, müəssisənin işə düşməsi 1200-dən çox iş yerinin yaradılması deməkdir. Bu isə kifayət qədər yüksək bir göstəricidir. Başqa sözlə, bu müəssisə əhalinin işlə təmin olunması baxımından olduqca əhəmiyyətlidir. Təbii ki, birgə avtomobil istehsalı həm də hər iki ölkənin gəlirlərinin artırılması baxımından da vacibdir.
Avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun yaradılması, eyni zamanda, ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli mühitdən xəbər verir. Bu yerdə rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına xidmət edən layihələrin icrasını sürətləndirmək üçün ölkəmizdə biznes və investisiya mühitinin qlobal çağırışlara uyğunlaşdırıldığını da qeyd etmək yerinə düşər.
İnvestisiya dəyəri 88 milyon manat olan layihə əsasında inşa edilən müəssisədə “Chevrolet”, “Cobalt”, “Malibu”, “Tracker” və “Equinox” markalı avtomobillərin istehsal olunacağı gözlənilir. ABŞ, İtaliya, Çin, Cənubi Koreya və Özbəkistan texnologiyaları əsasında fəaliyyət göstərəcək zavodun illik istehsal gücünün 30 min ədəd avtomobil olacağı nəzərdə tutulur. İstehsal xəttinin 2025-ci ildə açılması planlaşdırılır. Qarşıdakı mərhələlərdə Azərbaycan-Özbəkistan birgə avtomobil istehsalı müəssisəsində ehtiyat hissələrinin istehsal olunacağı da gözlənilir.
Məsələ ilə bağlı fikirlərini bölüşən nəqliyyat eksperti Eldəniz Cəfərov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında ölkəmizdə nəqliyyata tələbin artması nəticəsində Azərbaycanın milli avtomobil sənayesinin qurulmasına və inkişaf etdirilməsinə böyük ehtiyacın yarandığını diqqətə çatdırıb: “Görünür ki, ilkin mərhələdə ölkəmizdə Özbəkistanın istehsal etdiyi avtomobillər üçün müəyyən ehtiyat hissələri istehsal ediləcək. Sonrakı mərhələdə isə artıq həmin nəqliyyat vasitələri bizim ölkədə də tam istehsal olunacaq”.
Son illər Özbəkistanda avtomobil sənayesinin əhəmiyyətli dərəcədə inkişaf etdiyini deyən E.Cəfərov Azərbaycanla memorandum imzalayan şirkət barədə də məlumat verib. O bildirib ki, bu şirkətin bir neçə avtomobil zavodu fəaliyyət göstərir: “Həmin şirkətin illik dövriyyəsi təqribən 4 milyard dollara yaxındır. Vurğulamaq istərdim ki, Özbəkistan şirkəti kifayət qədər sanballı və istehsal etdiyi maşınları dünyanın bir sıra ölkələrinə satan tanınmış avtomobil istehsalçısıdır”.
Bir neçə gün öncə təməli qoyulan müəssisə daxili tələbatın ödənilməsi ilə bərabər ölkəmizdə avtomobil parkının yenilənməsinə də öz töhfəsini verəcək. Birgə avtomobil müəssisəsi həm də iki ölkə arasında münasibətlərin dərinləşməsinə səbəb olacaq. Bu isə təbii ki, investisiya qoyuluşu imkanlarını genişləndirməklə bərabər hər iki ölkə üçün həm də əlavə vəsaitin əldə edilməsi deməkdir.
Xəbər lenti
Hamısına baxDünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31

