Dollar bahalaşır?
12.04.2023 [10:57]
Nicat Dilqəmli
Ötən ayın son günlərində Amerikanın iri bankları bir-birinin ardınca iflas etdi. Bu, Federal Ehtiyatlar Sistemi - FED-in sərt pul-kredit siyasəti nəticəsində qiymətli kağızların dəyərdən düşməsi ilə izah edildi. Bundan sonra isə dünyada növbəti iqtisadi böhranın başlaması ehtimalının qorxusu yaşanmağa başladı. Birdən-birə 3 bankın müflisləşməsi dünyanın əksər ölkələrində özünü hiss etdirdi.
Bəs, baş verənlərin Azərbaycana hansısa mənfi təsiri ola bilərmi? Proseslərin gedişatı nədən xəbər verir? ABŞ dollarının ölkəmizdə bahalaşması ehtimalı nə qədərdir?
Ekspertlərin fikrincə, manatın tədiyyə balansında ciddi şəkildə müsbətin olması, rezervlərin ciddi şəkildə artması kimi bir sıra faktorlar manatın dollar qarşısında dəyər dəyişməsini istisna edir.
Mövzu ilə bağlı suallarımızı cavablandıran birjalar üzrə ekspert Cəfər İbrahimli “Yeni Azərbaycan” qəzetinə açıqlamasında əvvəlcə ötən il ərzində dolların kursundakı dəyişikliklərdən söz açıb: “2022-ci il ərzində dollar mütəmadi dəyər qazandı. Dolların indeksinə baxdığımız zaman tarixi zirvələrə yüksəldiyini, bütün valyutalar qarşısında dəyər qazandığını, avronun, funt sterlinqin haralara düşdüyü görmüşdük. Bu da dünyada inflyasiya ilə mübarizə çərçivəsində Amerika Mərkəzi Bankının qərarları idi. Bu qərarlar dolları daha cəlbedici valyuta edirdi. Ona görə də digər valyutaların əksəriyyəti dəyər itirirdi.
Azərbaycanda manat-dollar stabil olduğu üçün hansısa bir dəyişiklik olmadı. Əslində, manat dəyər itirsə idi, bu, keçən ilki iqtisadi proseslər fonunda baş verə bilərdi, lakin biz dəyişikliklər müşahidə etmədik”.
Ekspertin sözlərinə görə, cari il ərzində dollar təxminən 2.5 faiz dəyər itirib: “Yəni artıq dollar dəyər itirir, digər aparıcı valyutalar isə dünya bazarında dəyər qazanmağa başlayıb. Bu da həmin ölkələrlə mərkəzi bankların, FED-in və Amerikanın iqtisadiyyatının ola biləcək gözləntiləri ilə bağlıdır”.
C.İbrahimlinin qənaətinə görə, bu il ərzində manatın dollar qarşısında dəyər itirməsi ümumiyyətlə real görünmür: “Azərbaycanın tədiyyə balansında ciddi şəkildə müsbətin olması, keçən il rezervlərin ciddi şəkildə artması kimi bütün bu parametrlərlə manatın dollar qarşısında dəyər dəyişməsini gözləmirik. Bu il ümumiyyətlə belə bir şey gözlənilmir. Hökumətin də siyasəti bu yöndədir. Dollar-manat kursunun 1.70 olaraq davam edəcəyi açıqlanıb. Digər rəsmi qurumların da açıqlamalarında bu mövqeyin qorunub saxlanacağı bildirilib. İqtisadi rəqəmlər də bunu dəstəkləyir. Bu səbəbdən də manatın bu il ərzində dəyər itirməsi gözlənilmir”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

