Sahibkarlara dövlət dəstəyi davam edir
04.04.2023 [10:21]
Biznes kreditlərinin şərtləri asanlaşır
Nicat Dilqəmli
Ölkəmizdə aparılan dövlət siyasətinin prioritet istiqamətlərindən biri də sahibkarlığın inkişafının təmin edilməsidir. Başqa sözlə, respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Dövlət bu sahənin inkişafına həm siyasi, həm də maddi dəstək verir. Son bir neçə il ərzində sahibkarlığın inkişafına davamlı olaraq dəstəyin göstərilməsi, yeni-yeni mexanizmlərin hazırlanması, kiçik, orta və iri sahibkarlara müvafiq güzəştlərin tətbiq edilməsi deyilənlərin əyani göstəricilərindən biridir.
Sahibkarlığın inkişafı istiqamətində əldə olunan müsbət nəticələrdən biri də 2022-ci ilin IV rübündə banklar tərəfindən verilən biznes kreditləri üzrə standartlarda yumşalmaların baş verməsidir. Yumşalma əsasən qısamüddətli və milli valyutada olan biznes kreditləri üzrə olsa da, uzunmüddətli kreditlərin verilmə şərtlərində də yumşalmalar müşahidə edilib. Ümumiyyətlə, qeyd edilməlidir ki, pandemiyadan sonra iqtisadi sferada risklərin artması bankların kredit siyasətinə də təsir göstərib. Bir sıra karantin qadağalarının aradan qalxması Azərbaycan daxilində müəyyən sektorlarda fəaliyyətlərin canlanmasına səbəb olub. Bu, bankların kredit siyasətində də özünü göstərir.
Ekspertlərin məlumatına görə, biznes kreditlərinin həcmi ötən illə müqayisədə bir milyarda yaxın artıb. Sektorlar arasında yaranan bu fərq isə biznes kreditlərinə bəzi sahələrdə daha çox ehtiyac olduğunu göstərir. İnşaat, iaşə, nəqliyyat və ticarət xidmətlərinin təşkili kimi sahələrdə kreditləşmə nisbətən daha sürətlə genişlənməyə başlayıb. Buna görə də bu növ kreditlərin daha sərfəli şərtlərlə verilə biləcəyi gündəmdədir.
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, güzəştli kreditlərin həcminin artırılması hazırda prioritetdir. İqtisadçı xüsusən kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün güzəştli, aşağı faizli kreditlərin payının artırılmasına ehtiyac olduğunu da diqqətə çatdırıb: “Bu kontekstdən, təbii ki, yeni güzəştli kreditlərin verilməsi ilə bağlı həm paketin genişləndirilməsi, həm mexanizmin (buraya həm də girov mexanizminin təkmilləşdirilməsi daxildir) təkmilləşdirilməsi, ümumilikdə yeniliklərin tətbiq olunması nəticədə biznesin inkişafı baxımından vacibdir”.
V.Bayramov deyir ki, güzəştli kreditlərin həcmindəki artım davam edəcək: “Bunun üçün yeni mexanizmlər hazırlanır. Girov mexanizmlərin təkmilləşməsi ilə bağlı işlər sürətlənir. Bu da kiçik və orta sahibkarlığın inkişafı və daha çox sahibkarların dövlət tərəfindən dəstəklənməsinə imkan yaradacaq. 2023-cü il və növbəti illərdə, xüsusən də 2026-dək olan milli prioritetlər və strategiya çərçivəsində kiçik və orta sahibkarların daha yaxından dəstəklənməsi həyata keçiriləcək ki, bu da mikro, kiçik və orta sahibkarların ümumi iqtisadiyyatdakı payının artması, onların maliyyə resurslarına çıxış imkanlarının genişlənməsinə gətirib çıxaracaq”.
Heç şübhəsiz, əldə olunan nailiyyətlər, həyata keçirilməsi planlaşdırılan genişmiqyaslı layihələr qarşıdakı dövrlərdə kiçik, orta və iri biznesin inkişafından xəbər verir. Bu da təbii ki, sahibkarlar tərəfindən yeni istehsal müəssisələrinin yaranması, sahibkarların səmərəli fəaliyyətinin təşkili, ümumilikdə isə biznes mühitinin inkişafı ilə nəticələnəcək.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

