Uğurlu əməkdaşlıq üçün möhkəm zəmin
28.02.2023 [10:25]
MÜBARİZ
Bu günlərdə İslam İnkişaf Bankı (İİB) qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycanda səfərdə olub. Prezident İlham
Əliyev fevralın 26-da Məhəmməd Süleyman Əl-Casiri qəbul edib. Görüşdə qarşılıqlı əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Dövlətimizin başçısı dünyada yeni çağırışların mövcud olduğu bir dövrdə bundan sonra da əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Dünyada Azərbaycana artan inam
Qısa müstəqillik tarixində böyük uğurlara imza atan Azərbaycan ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət sayəsində beynəlxalq birliyə sıx inteqrasiya edib. Bu gün respublikamız uğurla inkişaf edən ölkə olaraq yüksək investisiya cəlbediciliyinə malikdir. İnvestorlar, beynəlxalq maliyyə qurumları ölkəmizdəki sabitliyi, ardıcıllıqla aparılan islahatları, hüquqi bazanın möhkəmləndirilməsini, şəffaflığın artırılması istiqamətində həyata keçirilən tədbirləri, o cümlədən elektron idarəçiliyin, “bir pəncərə” sisteminin əhatə dairəsinin genişləndirilməsini, biznes mühitinin optimallaşdırılmasını yüksək dəyərləndirirlər. Bunun nəticəsidir ki, nüfuzlu beynəlxalq maliyyə qurumları, o cümlədən də donor təşkilatları Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. İndiyədək beynəlxalq donor təşkilatlarından Asiya İnkişaf Bankı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digərləri ilə Azərbaycanın sıx əməkdaşlıq münasibətləri formalaşıb. Qeyd olunan qurumlar ölkəmizdə müxtəlif infrastruktur layihələrinin icrasına məmnuniyyətlə maliyyə vəsaiti ayırırlar ki, bu da ölkəmizə, Liderimizə olan böyük inamın və hörmətin ifadəsidir.
İslam İnkişaf Bankı ilə genişlənən əməkdaşlıq
Dünyanın ən nüfuzlu maliyyə təsisatlarından biri olan İslam İnkişaf Bankının formalaşması ötən əsrin yetmişinci illərinə təsadüf edir. Həmin ərəfədə qlobal miqyasda faizsiz maliyyə sisteminin fəaliyyəti genişləndikcə bu sahədə işləyən institutların formalaşması və yaranması prosesi də sürətləndi. Nəhayət, 1973-cü ilin dekabrında Ciddədə keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) daxil olan ölkələrin Maliyyə Nazirlərinin Konfransında imzalanan Niyyət Bəyannaməsinin əsasında İslam İnkişaf Bankı təsis edildi. Bu bank faizsiz maliyyə sistemi sahəsində fəaliyyətə başlayan ilk beynəlxalq qurumlardan biridir. Bankın məqsədi quruma üzv olan ölkələrin (onun təsisçiliyində və üzvlüyündə təmsil olunan müsəlman ölkələri) və fərdi müsəlman cəmiyyətlərinin iqtisadi inkişafını və sosial tərəqqisini İslam hüququ əsasında təmin etməkdir. Bankın əsas funksiyası iqtisadi və sosial inkişaf üçün layihələrin maliyyələşdirilməsi, müəssisələrin xüsusi kapitalında iştirak və ya investisiya qoyuluşu, qrantların və ssudaların verilməsi şəklində üzv dövlətlərə maliyyə yardımını təmin etməkdən ibarətdir.
Ölkəmizin İİB ilə yaxından əməkdaşlığı Azərbaycanın bu quruma rəsmi şəkildə üzv qəbul edilməsi ilə daha da dərinləşməyə başlayıb. Azərbaycanda İİB üzrə ölkə rəhbəri (governor) iqtisadiyyat naziri M.Cabbarov, alternativ rəhbər isə (alternate governor) maliyyə naziri S.Şərifovdur. Azərbaycan Albaniya, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğız Respublikası və Qazaxıstanın da daxil olduğu ölkələr qrupunun üzvüdür. İİB tərəfindən Azərbaycanda, ümumilikdə, 938.4 milyon ABŞ dolları məbləğində 21 layihə həyata keçirilib. 8 dekabr 2016-cı ildə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında Anlaşma Memorandumu imzalanıb. Ötən dövr ərzində respublikamızda İİB tərəfindən maliyyələşdirilən aşağıdakı bir sıra layihələri sadalamaq mümkündür:
1.Bakı bərk məişət tullantılarının yandırılması zavodunun tikintisi;
2.Yevlax-Gəncə avtomobil yolunun yenidənqurulması;
3. Mingəçevir SES-in yenidənqurulması;
4. Vəlvələçay-Taxtakörpü kanalının tikintisi;
5. Cənub istilik elektrik stansiyasının tikintisi və s.
Bəhs olunan qəbulda Prezident İlham Əliyev Azərbaycanla İslam İnkişaf Bankı arasında çox uğurlu və səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq bunu yüksək qiymətləndirib. Ölkəmizin həyata keçirdiyi layihələrə bankın verdiyi dəstəyə görə minnətdarlığını bildirən dövlətimizin başçısı həm regional səviyyədə inkişaf prosesləri, həm də artıq ölkəmizdə icra olunmağa başlanan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” baxımından əməkdaşlığın gələcək formatının müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb. Söhbət əsnasında “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə bir daha toxunan dövlətimizin başçısı bu baxımdan Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma layihələrinin bizim üçün ən prioritet sahələrdən biri olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev Şərq-Qərb nəqliyyat dəhlizi, rəqəmsal transformasiya və bərpaolunan enerji sahələrinin də ölkəmizin iqtisadi inkişafında mühüm yer tutduğunu bildirib və qeyd edib ki, bütün bunlarla bağlı həyata keçirdiyimiz layihələrə xeyli sayda tərəfdaş və investor cəlb edilib və ediləcək. Dövlətimizin başçısı deyib ki, ölkəmizin uğurlu coğrafi mövqedə yerləşməsi və yaradılan əlverişli biznes mühiti, zəngin iqtisadi potensialımız gələcək əməkdaşlıq və inkişaf prosesləri üçün yaxşı zəmin yaradır.
Eyni zamanda, Azərbaycan da İslam İnkişaf Bankının fəaliyyətinə öz töhfələrini verir. Qəbulda Məhəmməd Süleyman Əl-Casir bunu xüsusi vurğulayaraq İslam İnkişaf Bankının Azərbaycanın bu təşkilata üzvlüyündən fəxr hissi keçirirdiyini diqqətə çatdırıb. İİB-nın yüksəksəviyyəli rəsmisi əməkdaşlığın perspektivlərindən də söhbət açıb. Məhəmməd Süleyman Əl-Casir gələcəkdə ticarət və investisiya sahələrində əməkdaşlığın həyata keçirilməsinin mümkün olduğunu bildirib. O, Azərbaycanın müxtəlif sahələrdə, o cümlədən “Elektron hökumət” sahəsində əldə etdiyi uğurlu təcrübənin bank tərəfindən digər ölkələrdə də tətbiq oluna biləcəyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

