Dollar niyə bahalaşır?
24.02.2023 [10:19]
Dünya ölkələrində pul siyasətinin müəyyənləşməsində bir sıra digər amillərlə yanaşı, dolların məzənnəsi də mühüm rol oynayır. Bu da ilk növbədə onunla bağlıdır ki, ABŞ valyutası qlobal tədavül vasitəsi qismində çıxış edir. Düzdür, son vaxtlarda bir sıra dövlətlərdə siyasi amillər önə çəkilməklə beynəlxalq ticarətdə dollardan imtina çağırışları artıb. Ancaq belə çağırışlar çox da dəstək qazanmır, hətta dollarla ticarəti qadağan etmək istəyən ölkələrdə belə yığımlar əsasən “yaşıl valyuta” ilə edilir. Dollara olan belə inam isə onun kursunun getdikcə yüksəlməsini şərtləndirir.
2023-cü ildə dolların kursu hansı istiqamətə dəyişəcək?
Dolların bahalaşmasında iqtisadi amillər və ona olan inamla yanaşı, siyasi məqsədlər də az rol oynamır. Deyə bilərik ki, hazırda dollar ABŞ və iri maliyyə institutları tərəfindən həmçinin rəqiblərə qarşı təzyiq vasitəsi qismində istifadə olunur. Bir sıra hallarda dolların kursu siyasi qərarların arxasınca dəyişir.
Ötən il biz məlum geosiyasi reallıqlar fonunda qlobal iqtisadiyyat üçün şərtlərin ağırlaşdığının şahidi olduq. Rusiya-Ukrayna müharibəsi səbəbindən ölkələrarası təchizat-satış zənciri qırıldı və üzərində təzyiqlər hiss edən qlobal iqtisadiyyat kiçildi. Bu kimi reallıqlar fonunda dollar ilboyu bahalaşdı. ABŞ mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyatlar Sistemi (FED) sonuncu dəfə dekabr ayında uçot dərəcəsini 50 baza bəndi artırmağa qərar verdi. Qərara əsasən, uçot dərəcəsi son 15 ilin ən yüksək səviyyəsi olan 4,25-4.50-ə yüksəldildi. FED 2022-ci ilin əvvəlindən yeddinci dəfə idi ki, uçot dərəcəsinin artırılması ilə bağlı qərara verirdi.
Bəs 2023-cü ildə dolların kursu ilə bağlı proqnozlar necədir? İlk növbədə onu vurğulayaq ki, hələlik qlobal iqtisadiyyat üçün şərtlər 2022-ci ildəki kimi ağır olaraq qalır. Bu reallıqdan çıxış edən analitiklər ötən ildəki arzuolunmaz iqtisadi proseslərin 2023-cü ildə də səngiməyəcəyini bildirirlər. O cümlədən də cari ildə də dolların kursunun artacağı və yaxud artırılacağı proqnozlaşdırılır. Ötən il FED son 40 ildə ən sərt monetar siyasət həyata keçirdi. Cari ildə də müharibənin davam etməsi, səngiməyən enerji böhranı, həmçinin Avropadan ABŞ-a kapital axını fonunda dolların bahalaşdırılması siyasətinin davam etdiriləcəyi gözlənilir. 2023-cü ildə də qlobal iqtisadi böhran, daha da gərginləşən geosiyasi qarşıdurmalar, yüksək inflyasiya təzyiqləri, artan borclar, enerji və ərzaq çatışmazlığı dolların kursunun yüksəlməsini dəstəkləyən amillər qismində çıxış edəcək. Bildirilir ki, dollara dəstək, həmçinin FED-in qərarlarından gələcək. ABŞ-da və qlobal miqyasda 2022-ci və əvvəlki illərin miraslarının qalacağı təqdirdə dolların kursunun artıma doğru dəyişdirilməsi qaçılmaz olacaq.
Qlobal məkanda vəziyyət: Kataklizmlər və dolların kursu
FED öz iclaslarında dolları bahalaşdırmaq siyasətini yüksək inflyasiyanı cilovlamaq üçün həyata keçirildiyini bəyan edir. Bu fəlsəfə belədir: Dollar bahalaşdıqca alıcılıq qabiliyyəti aşağı düşür, mal və xidmətlərə tələbat azalır və prosesin məntiqi nəticəsi olaraq əmtəələrə yüksək qiymətlərin tətbiqi mümkünsüz hala gəlir. Ancaq dolların ardıcıl bahalaşmasının yüksək qiymətlərin sonunu gətirdiyini hələlik söyləmək mümkün deyil. Qlobal bazarlarda ərzağın, enerji daşıyıcılarının qiymətləri yüksək səviyyədə qalmaqda davam edir. Elə ABŞ-ın özündə də qiymətlər, necə deyərlər, od tutub yanır.
Biz, həmçinin kataklizmlər yaşanan ölkələrdə dolların daha sürətlə bahalaşdığının şahidi oluruq. Məsələn, müharibə tərəfi olan Rusiyada 2023-cü ilin əvvəlindən dollar bahalaşmaqda davam edir. Verilən məlumatlara görə, bu ölkədə dolların məzənnəsi 2023-cü ildə ilk dəfə olaraq 74 rubldan yuxarı qalxıb. Bu, 2022-ci ilin aprelindən bəri şimal qonşumuzda dolların ən yüksək qiymətidir. Yanvarın sonlarında baş verən dəhşətli zəlzələlər qardaş Türkiyədə də oxşar proseslərə rəvac verib. İkin dəyərləndirmələrə əsasən, zəlzələnin Türkiyəyə vurduğu iqtisadi zərər təxminən 100 milyard dollar dəyərindədir. Bu da qardaş ölkənin ümumi daxili məhsulunun təxminən 10-12 faizini əhatə edir. Bu kimi reallıqlar fonunda Türkiyə valyutası lirə dollar qarşısında dəyər itirməkdə davam edir.
Dolların bahalaşması, təbii ki, qlobal əmtəə və istehlak bazarına da təsirsiz ötüşmür. Ancaq dünya bazarında əsas əmtəələrin-neftin, qazın, bərk yanacağın qiymətləri əsasən tələb əsasında formalaşır. Böyük iqtisadiyyatlara malik ölkələrdə iqtisadi fəallıq artarsa, enerji daşıyıcılarının qiymətlərində də artımları müşahidə edə bilərik.
Azərbaycanın pul siyasəti: Manatın məzənnəsi qorunacaqmı?
Dolların bahalaşması fonunda respublikamızda yaranan əsas narahatçılıqlardan biri manatın taleyi ilə bağlıdır. Xatırlatmaq yerinə düşər ki, Mərkəzi Bankın qərarı ilə fevralın əvvəlində milli pul siyasətində dəyişiklik edilib. Belə ki, milli valyutamızın uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 6.75%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 9.5%-ə qaldırılıb. Bu qərar 2 fevral 2023-cü il tarixindən qüvvəyə minib. Pul siyasəti ilə bağlı növbəti qərar barədə məlumat 2023-cü il mart ayının 29-da ictimaiyyətə açıqlanacaq.
Bəs pul siyasətinin sərtləşdirilməsi, eyni zamanda, ölkədə dollara tələbatın azalmasının müşahidə edilməsi milli valyutamızın məzənnəsinə necə təsir göstərəcək? Ölkəmizdə yeni pul siyasətinə keçid edilməsindən sonra ötən günlərdə Mərkəzi Bank manatın dollara nəzərən məzənnəsində hər hansı bir dəyişiklik etməyib və əvvəlki kurs yenə də stabil saxlanılıb. 1 USD - 1.7000. AZN.
Sərt pul siyasəti fonunda manatın məzənnəsinin sabit saxlanılması Mərkəzi Bankın hədəflərinə uyğundur. Belə ki, Mərkəzi Bankın məzənnə siyasəti üçün manatın güclənməsi deyil, mövcud kursun qorunub saxlanılması daha prioritetdir. Azərbaycanda hələlik üzən məzənnə siyasətinə keçid edilməyib. Bu səbəbdən də Mərkəzi Bank milli valyutanın kursuna intervensiya alətləri ilə birbaşa təsir edə bilir. İndiki halda, Mərkəzi Bank üçün mövcud kursu qorumaq daha prioritet hədəf olaraq qalmaqdadır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59

