Pensiya təminatında yeni model...
08.02.2023 [10:07]
Mübariz FEYİZLİ
Azərbaycanın pensiya təminatı sistemində dəyişikliklər gözlənilir. Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Sosial sığorta haqqında” Qanununda yeni dəyişikliklər müzakirə edilib və plenar iclasa tövsiyə olunub. Nəzərdə tutulan dəyişiklik Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsinə imkan verəcək. Layihəyə əsasən, DSMF-nin büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müsbət qalıq müəyyən edildikdə həmin vəsait müvafiq icra hakimiyyəti qurumunun müəyyən etdiyi orqan tərəfindən investisiyaya yönəldilə bilər.
Pensiya təminatı üçün artan imkanlar
Dünyanın ayrı-ayrı ölkələrində təqaüd yaşına çatan insanların pensiya təminatını həyata keçirmək üçün yaradılan fondlar fərqli prinsiplər üzrə fəaliyyət göstərirlər. Qabaqcıl ölkələrdə pensiya fondlarının sərbəst vəsaitlərinin investisiyalar kimi istifadə olunması praktikası geniş yayılıb. Burada müxtəlif məqsədlər güdülür:
1. Pensiya fondlarının müstəqilliyinin artırılması,
2. Sərbəst vəsaitlərin dövriyyəyə cəlb edilməsi yolu ilə onların hərəkətliliyinin təmin olunması və bu hərəkətlilikdən əlavə vəsaitlərin qazanılması,
3. Sərbəst vəsaitlərin artırılmasının stimullaşdırlması,
4. Vəsaitlərdən səmərəli istifadə olunması.
Pensiya kapitalı əsasında formalaşan fondların sərbəst vəsaitlərinin müxtəlif sahələrə investisiya kimi yönəldilməsində hədəflənn ən mühüm məqsəd isə vətəndaşların pensiya təminatı imkanlarının yüksəldilməsindən ibarətdir. Müxtəlif layihələrə yönəldilən vəsaitlər fondlara əlavə gəlirlər qazandırır. Bununla da fondlar vətəndaşların pensiya kapitalını inflyasiyanın mənfi təsirindən qorumaq imkanı əldə edirlər. Sərbəst vəsaitləri investisiyalara cəlb olunmayan fondların təcrübəsində inflyasiyanın pensiya kapitalına vurduğu zərər əsasən dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına qarşılanır. Bu da öz növbəsində fondların asılılığını artırır.
Respublikamızda Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərindən investisiya məqsədilə istifadə olunması vaxtaşırı müxtəlif səviyyələrdə müzakirələrə çıxardılırdı. Bu istiqamətdə hazırlıqlara isə 2021-ci ildən başlanıb. Həmin il əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirmişdi ki, 2020-ci ildə DSMF 250 milyon manatlıq ehtiyat vəsait yarada bilib: “Bu vəsait pensiyaların vaxtından tez ödənilməsinə imkan verir. Gələcəkdə həmin vəsaitin 400-500 milyon manata çatdırılması və bir hissəsindən investisiya qoyuluşu üçün istifadə edilməsi nəzərdə tutulur. Amma bunun üçün lazımi mexanizmin hazırlanmasına ehtiyac var və bu barədə gələcəkdə ətraflı məlumat veriləcək”.
DSMF-nin sədri Himalay Məmişovun 2022-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında verdiyi məlumata əsasən, ötən il fondun gəlirləri əvvəlki ilə nisbətən 548,8 milyon manat və ya 10,6 faiz çox olmaqla 5 milyard 726,4 milyon manat təşkil edib. Fondun xərcləri isə əvvəlki ilə nisbətən 8,4 faiz və ya 407,8 milyon manat artaraq 5 milyard 250,3 milyon manat təşkil edib. Bu isə o deməkdir ki, 2022-ci ilin yekununda DSMF-nin 476,1 milyon manat xərclənməmiş vəsaiti qalıb. Xatırladaq ki, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirlərinin 5 306 770 072,0 manat, xərclərinin 5 306 770 072,0 manat olması nəzərdə tutulurdu.
Fondun gəlir mənbələri şaxələndiriləcək
“Yeni Azərbaycan”a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov ölkəmizdə sosial sferanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini bildirib. Onun sözlərinə görə Prezident İlham Əliyevin imzaladığı sənədlər əsasında bir neçə mərhələdə reallaşdırılan sosial islahat paketləri ilk növbədə həssas qruplardan olan insanların rifah halının yaxşılaşdırılmasını hədəfləyib. Pensiyaçılar da bu sırada yer alırlar. Ölkəmizdə pensiyaların davamlı olaraq artırılması ənənəsi 2023-cü ildə də davam etdirilib. Fikirlərinə davam edən Vüqar Bayramov vurğulayıb: “Dəyişikliyin ümumi mahiyyəti ondan ibarətdir ki, fond sərbəst vəsaitini az riskli sahələrə investisiya edərək öz gəlirlərini artıra biləcək. Fond bununla gəlir mənbələrini şaxələndirərək yalnız büdcə transferləri və yığımlardan asılı olmayacaq. Bu isə fonda imkan verəcək ki, pensiya artımları daxil olmaqla fərqli istiqamətlərə daha çox vəsait ayıra bilsin. Riskləri sığortalamaq üçün sərbəst vəsait hər hansı kommersiya bankında deyil, yalnız Mərkəzi Bankda saxlanılacaq” .
Xəbər lenti
Hamısına baxDünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10

