İnhisarçılığa qırmızı işıq
06.12.2022 [09:54]
İlham Əliyev: İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə - bütün bunlar gündəlikdə duran məsələlərdir
Mübariz FEYİZLİ
Daxili bazarın qorunması, inhisarçılığa qarşı mübarizə ölkələr üçün bütün zamanlarda aktual olub. Geosiyasi gərginliklər fonunda qlobal miqyasda ərzaq təhlükəsizliyi üçün ciddi təhdidlər yarandığı indiki dövrdə isə qeyd olunan məsələlər daha həssas və ciddi yanaşma tələb edir. Möhtəkirlər, inhisarçılar sanki pusquda dayanıblar və hansısa bir məhsulun təchizatında çətinliklər yarandıqda dərhal hərəkətə keçirlər- qiymətləri artırırlar, keyfiyyəti aşağı salırlar. Bütün bunların ziyanı isə son nəticədə istehlakçılara dəyir.
Azərbaycanın niyyəti
İstehlakçıların maraqlarının və daxili bazarın qorunması Azərbaycanın sosial-iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu sahədə dövlətin siyasi iradəsi birmənalıdır: Ölkədə kölgə iqtisadiyyatının, inhisarçılığın əhatə dairəsi maksimum dərəcədə azaldılmalı və belə təzahürlərin kökü tamam kəsilməlidir. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında ölkənin sosial-iqtisadi siyasəti ilə bağlı bir sıra vacib məsələlərə diqqət çəkərək vurğulayıb: “Əlbəttə ki, bu gün hələ də görüləsi işlər çoxdur. İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə - bütün bunlar gündəlikdə duran məsələlərdir”.
Respublikamızda daxili bazarın qorunması və inhisarçılığa qarşı mübarizə sistemli və ardıcıl səciyyə daşıyır. Səmərəliliyi artırmaq üçün həm qanunvericilik bazası mütəmadi qaydada təkmilləşdirilir, həm də müvafiq icra qurumunun fəaliyyəti yeni çağırışlara və qabaqcıl dünya təcrübəsinə uyğun qurulur. Prezident İlham Əliyevin 2020-ci il 23 oktyabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yaradılıb. Eyni zamanda, respublikamızda müxtəlif illərdə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında” və “Təbii inhisarlar haqqında” qanunlar qəbul edilib. Bütövlükdə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti iqtisadiyyatda sərbəst rəqabətə şərait yaratmaq, rəqabət prinsiplərini və sahibkarlığı effektiv qorumaq məqsədilə:
- təsərrüfat subyektlərinin bazara sərbəst daxil olmasına şərait yaradılmasını, bazara girişlə bağlı inzibati, hüquqi və ayrıseçkilik maneələrinin aşkar edilməsini, qarşısının alınmasını və aradan qaldırılmasını təmin edir;
- rəqabəti məhdudlaşdıran sazişlərin (o c?mlədən, kartellərin), razılaşdırılmış fəaliyyət və ya müəssisə birliklərinin qərarlarının və hərəkətlərin, hökmran mövqedən sui-istifadənin aşkar edilməsi, qarşısının alınması və aradan qaldırılması, nisbətən iri həcmli birləşmələrə və payların (səhmlərin) satınalınmasına (təmərküzləşmələrə) nəzarət etməklə yeni inhisarların yaranmasına yol verilməməsi ilə bağlı tədbirlər görür;
- haqsız rəqabətin qarşısının alınması və aradan qaldırılması sahəsində tədbirlər həyata keçirir;
- bazarlarda rəqabət şəraitinin üstünlük təşkil etməsini təmin etmək məqsədilə rəqabətə mənfi təsir göstərə və ya məhdudlaşdıra bilən müxtəlif qanun və qaydalarla əlaqədar aidiyyəti dövlət qurumlarına və təşkilatlara rəylər təqdim etmək üçün nazirliyin rəhbərliyinə təkliflər verir və s.
Perspektivdə ölkəmizdə daxili bazarın və istehlakçı hüquqlarının daha dolğun şəkildə qorunması hədəflənib. Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında da ölkəmizdə daxili bazarın qorunması və inhisarçılığın aradan qaldır?lması ilə bağlı mühüm müddəalar yer alıb. Gələcəkdə ölkənin ərzaq bazarının tənzimlənməsində dövlətin rolunun artırılması nəzərdə tutulur. Bununla bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik edilir. Belə ki, qanuna yeni “Ərzaq bazarının dövlət tənzimlənməsi” adlı maddə əlavə olunur. Yeni maddəyə əsasən, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin hazırlanıb həyata keçirilməsi məqsədilə müvafiq qaydada ərzaq balansının tərtib olunması nəzərdə tutulub. Vurğulandığı kimi, ərzaq bazarının dövlət tənzimlənməsi iqtisadi yollarla həyata keçiriləcək. Qanuna ediləcək dəyişikliyə əsasən, tənzimləmə mexanizminə həmçinin ərzaq bazarında azad rəqabətin inkişaf etdirilməsi, haqsız rəqabətə yol verilməməsi, yerli istehsalçıların hüquq və mənafelərinin qorunması da daxildir.
Yerli istehsalın genişləndirilməsi
Əlbəttə, yalnız inzibati vasitələrlə və inhisarçılığa qarşı mübarizəni gücləndirməklə daxili bazarı effektiv şəkildə qorumaq mümkün deyil. Biz indiki reallıqlar fonunda ayrı-ayrı ölkələrdə daxili bazarın təchizatında bir sıra çətinliklər yaşandığını müşahidə edirik. Azərbaycanda isə istehlak bazarında hər hansı bir məhsulun qıtlığı hiss olunmur. Bu, ilk növbədə, respublikamızda aparılan islahatlar çərçivəsində yerli istehsalın genişləndirilməsi ilə bağlıdır. Ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə hüquqi bazanın möhkəmləndirilməsi, səmərəli təşviq mexanizmlərinin işə salınması və digər siyasi dəstək tədbirləri ilə yanaşı, maddi dəstəyin də miqyası mütəmadi qaydada artırılır. Son illərdə ölkəmizdə yerli istehsalın genişləndirilməsi məqsədilə sahibkarların maliyyə mənbələrinə çıxış imkanları genişləndirilib. Onlara geniş vergi güzəştləri tətbiq edilib. Bir sıra məhsullar üzrə gömrük idxal rüsumları aşağı salınıb. Eyni zamanda, Nazirlər Kabinetinin qərarı əsasında ayrı-ayrı yerli istehsal məhsullarının ixracı tənzimlənir. Bu gün bütün ölkə üzrə aqrar sektor çoxşaxəli dövlət dəstəyi tədbirləri ilə əhatə olunub. Regionlarda böyük təsərrüfatların, aqroparkların yaradılması, yeni torpaqların əkin dövriyyəsinə cəlb olunması geniş vüsət alıb. Subsidiyalaşdırma mexanizminin tətbiqi fermerlərin bir sıra əmək tutumu böyük, gəlir imkanları çox olan sahələrə marağını artırıb.
Ölkəmizdə daxili istehsalın genişləndirilməsinə yönələn məqsədyönlü tədbirlər kifayət qədər yaxşı nəticələr verməkdədir. Artıq respublikamızda bir sıra ərzaq məhsullarına olan tələbatın 100 faiz həcmində daxili istehsal hesabına ödənilməsi böyük nailiyyətdir. Ölkəmizdə aqrar sektorun intensiv metodlarla inkişaf etdirilməsi heyvandarlıq və quş əti ilə özünütəminat səviyyəsində dönüş yaradıb. Statistik məlumatlara əsasən, hazırda ölkəmizdə quş əti və quş əti məhsullarının istehsal həcmi yerli tələbatın 99,7 , yumurta üzrə istehsal yerli tələbatın 99,7 faizini təşkil edir. Heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi 100 faizə çatmaq üzrədir. Respublikamızın meyvə-tərəvəzə olan daxili tələbatı ödəmək imkanları 100 faizdən yuxarıdır. Bundan başqa, meyvə-tərəvəz şirələrinin istehsal həcmi yerli tələbatın 114 faizini təşkil edir. Spirtli içkilərə olan tələbatı da 100 faiz həcmində daxili istehsal hesabına ödəmək imkanı var.
Sahibkarlar da öz məsuliyyətlərini artırmalıdırlar
Müvafiq qanuna nəzərdə tutulan dəyişiklik indiki şəraitdə daxili bazarın qorunmasında sahibkarların da məsuliyyətini artırır. Bəhs olunan reallıqlar fonunda sahibkarlar da öz məsuliyyətlərini tam mənası ilə dərk etməlidirlər. Aydın məsələdir ki, xaricdən gətirilən bəzi mallara gömrük idxal rüsumlarının artırılması ilə daxili istehlak bazarında yerli mallara tələbat artıb. Ancaq Prezident İlham Əliyevin xüsusi olaraq vurğuladığı kimi, daxili istehsalçı bundan sui-istifadə etməməlidir. Daxildə istehsal edilən məhsullar xaricdən ölkəmizə gətirilən oxşar mallardan əhəmiyyətli dərəcədə ucuz olmalıdır və dövlətdən hər cür dəstək alan sahibkarlar bu məsələdə özlərinin sosial məsuliyyətlərini artırmalıdırlar.
Daxili bazarın qorunmasında nəzarət tədbirlərinin gücləndirilməsi də mühüm önəm daşıyır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanuna müvafiq tədbirlər həyata keçirir. Əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır. Bu monitorinqlər əsasında da istehlakçı hüquqlarını pozan sahibkarlara qarşı müvafiq tədbirlər görülür.
Xəbər lenti
Hamısına bax
Dünya
30 Yanvar 23:31

Xəbər lenti
30 Yanvar 21:45

Xəbər lenti
30 Yanvar 20:54

Xəbər lenti
30 Yanvar 20:20

Xəbər lenti
30 Yanvar 20:03

İqtisadiyyat
30 Yanvar 19:40

Siyasət
30 Yanvar 19:38

Siyasət
30 Yanvar 19:36

İqtisadiyyat
30 Yanvar 19:32

Siyasət
30 Yanvar 19:30

Gündəm
30 Yanvar 19:29

Xəbər lenti
30 Yanvar 19:27

Siyasət
30 Yanvar 19:23

Xəbər lenti
30 Yanvar 19:04

YAP xəbərləri
30 Yanvar 18:38

YAP xəbərləri
30 Yanvar 18:36

Xəbər lenti
30 Yanvar 18:18

Xəbər lenti
30 Yanvar 18:06

Xəbər lenti
30 Yanvar 17:35
.jpg&width=120)
Xəbər lenti
30 Yanvar 16:52

İqtisadiyyat
30 Yanvar 16:34

Xəbər lenti
30 Yanvar 16:26

Siyasət
30 Yanvar 16:00

Xəbər lenti
30 Yanvar 15:45

Xəbər lenti
30 Yanvar 15:33

Xəbər lenti
30 Yanvar 15:31

Xəbər lenti
30 Yanvar 15:25

Dünya
30 Yanvar 14:45

Xəbər lenti
30 Yanvar 14:24

Siyasət
30 Yanvar 13:11

Gündəm
30 Yanvar 13:08

Xəbər lenti
30 Yanvar 12:59

Xəbər lenti
30 Yanvar 12:50

Xəbər lenti
30 Yanvar 12:35

Xəbər lenti
30 Yanvar 12:08

Dünya
30 Yanvar 11:53

Xəbər lenti
30 Yanvar 11:38

Xəbər lenti
30 Yanvar 11:32

Maraqlı
30 Yanvar 11:16

Xəbər lenti
30 Yanvar 11:13

Xəbər lenti
30 Yanvar 11:03

Dünya
30 Yanvar 10:46

Xəbər lenti
30 Yanvar 10:25

Xəbər lenti
30 Yanvar 10:03

Dünya
30 Yanvar 09:51

Xəbər lenti
30 Yanvar 09:45

Xəbər lenti
29 Yanvar 23:19

Xəbər lenti
29 Yanvar 22:37

Xəbər lenti
29 Yanvar 22:33

Xəbər lenti
29 Yanvar 20:14

Xəbər lenti
29 Yanvar 18:16

Xəbər lenti
29 Yanvar 17:41

Siyasət
29 Yanvar 17:38

Xəbər lenti
29 Yanvar 15:57

Dünya
29 Yanvar 15:25

Siyasət
29 Yanvar 13:23

Xəbər lenti
29 Yanvar 12:58

Xəbər lenti
29 Yanvar 11:52

Xəbər lenti
29 Yanvar 11:41

Xəbər lenti
29 Yanvar 11:37

Dünya
29 Yanvar 11:34

Gündəm
28 Yanvar 22:53

Gündəm
28 Yanvar 22:22

Dünya
28 Yanvar 19:40

Xəbər lenti
28 Yanvar 17:20

Xəbər lenti
28 Yanvar 16:20

Xəbər lenti
28 Yanvar 16:18

Xəbər lenti
28 Yanvar 16:15

Xəbər lenti
28 Yanvar 16:14

Xəbər lenti
28 Yanvar 16:11
