Vətəndaşın xeyrinə...
04.10.2022 [10:34]
Artıq ödənilmiş vəsaitin tutulmasında təklif edilən dəyişiklik nədən ibarətdir?
Nicat PAŞA
Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından hansı hallarda məhkəmə qaydasında tutulacağı müəyyənləşir. Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısından yalnız aşağıdakı hallarda məhkəmə qaydasında tutulur:
- rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;
- qəsdən təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;
- inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından tutulduğu hallar istisna olmaqla, digər hallarda vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği həmin vəzifəli şəxsdən onun razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında tutulacaq.
“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsini zəruri edən amillər hansılardır? Yeni dəyişiklik özündə nəyi ehtiva edir?
Hazırda müzakirə olunan layihə ilə bağlı fikirlərini “Yeni Azərbaycan”la bölüşən Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, bu, vəzifəli şəxslərin məsuliyyətinin artırılması və hesabatlılığın genişlənməsinə imkan verəcək: “Təklif edilən yeni layihəyə əsasən, artıq ödənilmiş əmək pensiyaları ilə bağlı yanaşmanın dəyişilməsi təklif olunur. Bu, hazırda müzakirə olunur. Parlament təsdiq etdikdən sonra qüvvəyə minəcək. Belə ki, əgər həmin məbləğin ödənilməsi vəzifəli şəxsin günahı səbəbindən baş veribsə, bu halda həmin məbləğ vəzifəli şəxsdən çıxılacaq. Xüsusilə qeyd etmək istərdim ki, bu, əvvəlki dövrdə vəzifəli şəxsdən deyil, vətəndaşdan tutulurdu. Eyni zamanda, artıq ödənilmiş vəsaitin vətəndaşdan alınması üçün məhkəmə qərarının olması təklif olunur. Bu baxımdan, təklif edilən dəyişikliklər birmənalı şəkildə vətəndaşlarımızın xeyrinədir, çünki vətəndaşımızın günahı olmadığı halda artıq ödənilmiş vəsaitin vəzifəli şəxsdən geri alınmasını nəzərdə tutur. Bu da təbii ki, vəzifəli şəxslərin məsuliyyətinin artırılması və hesabatlılığın genişlənməsinə imkan verəcək. Bu baxımdan təkliflər vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi, eyni zamanda, onların hüquqlarının daha geniş səviyyədə qorunmasına xidmət edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22

