Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Avtobuslarda gediş haqqı artırılır?

Avtobuslarda gediş haqqı artırılır?

28.09.2022 [10:13]

Nicat DİLQƏMLİ

Bir neçə gündür ki, ölkəmizdə marşrut avtobuslarında gediş haqqının artırılacağı ilə bağlı xəbərlər yayılır. Daha dəqiq desək, sərnişindaşıma sektorunda fəaliyyət göstərən şirkətlər tariflərin artırılmasını istəyirlər. Bununla bağlı İqtisadiyyat Nazirliyinə kollektiv müraciət ünvanlanıb. Müraciətdə qeyd olunub ki, hazırda sərnişindaşımada mövcud olan gediş haqqı maliyyə xərclərinin qarşılanması üçün yetərli deyil. Vurğulanıb ki, ötən il dizel yanacağının qiyməti 33% artırılaraq 80 qəpik müəyyən edilib. Bu növ yanacağın bahalaşmasının sahibkarlara təsirinin neytrallaşdırılması üçün ayrılan subsidiyanın məbləği isə yanacağın bahalaşması səbəbindən yaranan əlavə vəsait itkisinin cüzi hissəsini əhatə edir.

Bundan başqa, şirkətlər daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “Bakıkart”a ödədiklərini və bunun kifayət qədər böyük faiz olduğunu vurğulayıblar.

Keçirilən sorğuların nəticələrinə nəzər yetirdikdə aydın olur ki, sürücülər avtobus üçün zəruri olan ehtiyat hissələrinin bahalaşmasını əsas gətirərək bu təklifi müsbət qiymətləndirirlər. Onların sözlərinə görə, sürtgü yağları, şin və digər bütün növ ehtiyat hissələrinin qiyməti artıb. Bu səbəbdən mövcud gediş haqqı çəkilən xərcləri ödəmir. Sərnişinlər isə gündəlik istifadə etdikləri avtobuslarda qiymət artımının olacağı xəbərindən narazıdırlar.

Deyilənlərdə həqiqət payı varmı? Qiymətlərin artımına şahidlik edə bilərikmi?

Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, burada mövzu konkret olaraq gediş haqqının artırılması deyil. Ekspert daşıyıcı şirkətlərin iki xahişlə hökumətə müraciət etdiklərini diqqətə çatdırıb: “Onlar xahiş ediblər ki, ya gediş haqqı artırılsın, ya da dövlət tərəfindən dotasiyalar verilsin, pul ayrılsın. Hesab edirəm ki, çox yox, müəyyən miqdarda gediş haqqının artırılmasına da getmək olar. Və daşıyıcı şirkətlərin özlərini dirçəldə bilmələri üçün digər xərclərin də bir hissəsi dövlət tərəfindən qarşılanmaqla bunu həyata keçirmək olar”.

Pandemiya səbəbindən daşıyıcı şirkətlərin ciddi çətinliklərlə üzləşdiklərini deyən ekspert göstərilən xidmətlərin və ehtiyat hissələrinin qiymətlərinin artdığını da diqqətə çatdırıb: “Pandemiya onları bərbad vəziyyətə saldı. Bundan başqa, avtobusların, ehtiyat hissələrinin qiymətləri bahalaşdı, işçi qüvvəsinin zəhmət haqları artdı. Biz daşıyıcı şirkətlərin qarşısına ən yaxşı xidmətin göstərilməsi üçün tələblər qoyuruq. Amma 30 qəpiyə... 300-400 min manatlıq avtobus alırlar və bu qiymətə sərnişin daşıyırlar. Dünya təcrübəsinə də nəzər yetirdikdə görürük ki, ictimai nəqliyyat sahəsində qazanc çox deyil. Bu sahə özəl şirkətlərin əlində ola bilər, amma dövlətin də dəstəyi lazımdır. Bu, dünyada baş verən prosesdir, dövlət tərəfindən nəzarət olunmalıdır. İstənilən halda nəzarətsiz iş yaxşı nəticə vermir”.

“Düşünürəm ki, bu müraciəti dövlət qurumları obyektiv şəkildə araşdıracaqlar və obyektiv də qərar qəbul edəcəklər. Bundan dolayı atılacaq hansısa bir addım ictimai nəqliyyatın ziyanına ola bilər, çətin bir dönəm yarada bilər. Hesab edirəm ki, bu məsələnin detalları konkret araşdırılmalıdır və əldə olunan nəticələrə əsasən də iş görülməlidir. Əks halda, yaxşı heç nə gözləmək olmur. Çünki daşıyıcı şirkətlərin əksəriyyəti borc içindədir”, - deyə ekspert fikirlərinə yekun vurub.

Qeyd edək ki, gediş haqqının artırılması ilə bağlı hələlik rəsmi qərar verilməyib. İqtisadiyyat Nazirliyindən mətbuata bildirilib ki, sözügedən müraciətə baxılır və çox yaxın zamanda ictimaiyyətə bu barədə məlumat veriləcək.

Paylaş:
Baxılıb: 214 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

MEDİA

Analitik

Prezident bu gün

Prezident bu gün

30 Noyabr 10:22

İqtisadiyyat

Xəbər lenti

Neftin qiyməti artıb

30 Noyabr 09:40

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31