Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Laçının Zabux və Sus kəndləri yenidən inşa ediləcək

Laçının Zabux və Sus kəndləri yenidən inşa ediləcək

20.09.2022 [14:50]

Prezident İlham Əliyev sentyabrın 20-də “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad edilmiş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 800 min manat ayrılıb. 

Xatırladaq ki, Azərbaycan Ordusu Ermənistanın işğal etdiyi Laçın şəhərinə 2022-ci il avqustun 26-da daxil olub, Zabux və Sus kəndləri nəzarətə götürülüb.

Paylaş:
Baxılıb: 452 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31