Azərbaycan regionun nəqliyyat və logistika mərkəzidir
10.09.2022 [10:23]
Azərbaycan, Rusiya, İran rəsmiləri arasında görüş keçirilib
N.BAYRAMLI
Azərbaycanın yerləşdiyi coğrafi məkan onun tranzit ölkə kimi imkanlarını artırır. Şərqlə Qərbin, Şimalla Cənubun qovuşağında yerləşən ölkəmiz bu baxımdan beynəlxalq birliyin diqqətini cəlb edir. Tranzit imkanları ölkəmizə əhəmiyyətli dərəcədə iqtisadi dividen?lər qazandırır. Hazırda ən aktual mövzulardan biri də “Şimal-Cənub” nəqliyyat dəhlizinin tam reallığa çevrilməsidir. Bu baxımdan, dünən Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə Azərbaycan, Rusiya, İran rəsmiləri arasında görüşün keçirilməsi böyük önəm kəsb edir.
İclasda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Baş nazirinin müavini Aleksandr Novak və İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi iştirak ediblər. Görüşdə Şahin Mustafayev bildirib ki, Azərbaycan regionun nəqliyyat və logistika mərkəzində yerləşir. “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən Azərbaycan hazırda regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib. Onun sözlərinə görə, bu ilin 8 ayında dəhlizlər üzrə tranzit yükdaşımaları 47 faiz artıb.
Bundan əlavə, regiondakı proseslərə toxunan Ş.Mustafayev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşmasında maraqlı olduğunu diqqətə çatdırıb: “Bölgədəki vəziyyətin normallaşdırılması üçün sülhdən başqa heç bir alternativ yoxdur və bu, ilk növbədə, Azərbaycanla Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması, hörmət edilməsi əsasında dövlətlərarası münasibətlərin təsis edilməsi çərçivəsində əldə edilə bilər”. O bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatları regionda sülhün, sabitliyin və təhlükəsizliyin, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə əsaslanan qarşılıqlı hörmət və birmənalı dəstəkdən çıxış edərək 44 günlük Vətən müharibəsi nəticəsində yaranmış reallıqların möhkəmləndirilməsi, sülh və sabitliyin inkişafına yönəlmiş səylərin birləşdirilməsinə töhfə verəcək. Baş nazirin müavini qeyd edib ki, yeni reallıqlara xidmət edəcək “3+3” əməkdaşlıq formatı perspektivdə regionun təhlükəsizliyinə töhfə verəcək.
Baş nazirin müavini qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli ?əyanatın 9-cu bəndi regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, Azərbaycanın qərb rayonları və Naxçıvanla nəqliyyat əlaqəsinin yaradılması məqsədilə kommunikasiyaların açılmasını və inşasını nəzərdə tutur: “Göstərilən işlərin icrası məqsədilə üç ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi komissiyalar fəaliyyət göstərir. İqtisadi əlaqələrin və kommunikasiyaların, yeni yolların və dəhlizlərin açılması region ölkələrinə geniş əməkdaşlıq və beynəlxalq tranzit üçün yeni imkanlar yaradacaq. Hazırda Azərbaycanın azad edilmiş ərazilərində, o cümlədən Şərqi-Zəngəzur bölgəsində bərpa-yenidənqurma və abadlıq işləri sürətlə davam etdirilir. Avtomobil və dəmiryolu infrastrukturunun yaradılması istiqamətində sürətli işlər görülür”.
O, diqqətə çatdırıb ki, nəqliyyat və kommunikasiya bağlantıların gerçəkləşdirilməsində əməkdaşlığın digər nümunəsi 2022-ci il 11 mart tarixində imzalanmış Azərbaycan-İran arasında imzalanan memorandumdur: “Azərbaycanın Şərqi Zəngəzur bölgəsi ilə Naxçıvan arasında avtomobil və dəmir yollarının, enerji xətlərinin tikilməsi bütün region ölkələri üçün yeni imkanlar yaradacaq və ölkələrimiz arasında əlaqələrin inkişafına töhfələr verəcək”.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak isə bildirib ki, beynəlxalq nəqliyyat dəhlizinin yaradılması Rusiya, İran və Azərbaycan arasında üçtərəfli əməkdaşlığın çox mühüm sahəsidir. Onun sözlərinə görə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə daşınmalar üçün logistika xidmətinin yaradılması imkanlarının nəzərdən keçirilməsi təklif edilir. “Moskva “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması üçün Bakı və Tehranla səmərəli əməkdaşlığa hazırdır. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması malların Rusiyadan İran limanlarına maneəsiz daşınmasını təmin edəcək”, - deyə A.Novak vurğulayıb. A.Novakın sözlərinə görə, Rusiya artıq beynəlxalq nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi üçün infrastrukturun yaradılması üzrə tədbirlərin siyahısını hazırlayıb: “Moskva beynəlxalq nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi üçün normativ bazanın doldurulması üçün təkliflər hazırlayıb. İki-üç ay ərzində beynəlxalq nəqliyyat dəhlizinin yaradılması layihəsi çərçivəsində, o maliyyə mənbələri ilə bağlı konkret təkliflər hazırlanmalıdır”.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində daimi katiblik sisteminin yaradılması məsələsi diqqətdə saxlanılmalıdır”. Bu sözləri isə İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi deyib. Onun sözlərinə görə, “Şimal-Cənub” dəhlizi çərçivəsində İran ərazisində “Rəşt-Astara” dəmir yolunun yaradılması məsələsi vacibdir. İranlı nazir əlavə edib ki, sərhədlər vasitəsilə gediş-gəlişin və vizaların verilməsinin asanlaşdırılması da vacib məsələlər sırasındadır.
Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair Azərbaycan, İran İslam Respublikası və Rusiya Federasiyası arasında birinci üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb. Bəyannaməni Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, İran İslam Respublikasının yollar və şəhərsalma naziri Rüstəm Qasemi və Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak imzalayıblar. Bəyannamədə tərəflər dəhlizdən tam potensialı ilə istifadə etmək üçün infrastrukturun və nəqliyyat imkanlarının qiymətləndirilməsi və təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildiriblər, həmçinin 2030-cu ilə qədər tərəflərin əraziləri arasında 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alırlar. Tərəflər dəhlizin inkişafı kontekstində öz əraziləri vasitəsilə nəqliyyat və tranzit əməliyyatlarının və prosedurlarının asanlaşdırılması məsələləri ilə məşğul olmaq üçün Birgə İşçi Qrupun yaradılmasının əhəmiyyətini və bir ay ərzində ilk iclası keçirmək niyyətlərini vurğulayıblar.
Bundan əlavə, tərəflər bir ay ərzində Rəşt-Astara dəmir yolu layihəsi üzrə saziş layihəsini hazırlamaq və 2022-ci ilin sonunadək danışıqlara başlamaq niyyətində olduqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22

