Pul siyasətimız necə dəyişir?
02.09.2022 [10:38]
Nicat
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə Prezidentinin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı rəhbər tutulmaqla pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi istiqamətində işləri intensivləşdirib. Bu barədə məlumatı Mərkəzi Bank yayıb.
Pul siyasəti alətləri yeni konfiqurasiyada
Məlumatda Mərkəzi Bankın İdarə Heyətinin cari ilin avqust ayında qəbul etdiyi müvafiq qərarlarla 01.09.2022-ci il tarixindən pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılacağı bildirilir: “Belə ki, daimi imkanlar (bankların təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) alətləri işə salınmış və açıq bazar əməliyyatlarının (Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) çeşidi genişləndirilib. Pul siyasətinin əməliyyat çərçivəsi üzrə edilmiş dəyişikliklər beynəlxalq təcrübənin və ölkənin yerli xüsusiyyətlərinin təhlili əsasında həyata keçirilib”.
AMB-nin pul siyasəti üzrə yeni alət konfiqurasiyası tətbiq etməsi və banklararası bazarda əməliyyatların aktivləşməsi imkan verəcək ki, banklar zərurət yarandığı təqdirdə qısamüddətli dövrə vəsait cəlb etsinlər. Bu da, eyni zamanda banklarda hesablaşmaların fasiləsizliyini və dayanıqlılığını dəstəkləməklə onlarda müxtəlif likvidlik normativlərinin vaxtlı-vaxtında təmin olunmasına şərait yaradacaq.
Yeni əməliyyat çərçivəsinin tətbiqi istiqamətində görülən tədbirlər pul siyasətinin alternativ lövbərinin formalaşmasına, pul siyasətinin transmissiyasında faiz kanalının gücləndirilməsinə xidmət edir. Yeni əməliyyat çərçivəsi perspektivdə inflyasiya proseslərinin və məzənnə risklərinin faiz dərəcələri vasitəsilə effektiv idarə edilməsinə imkan verəcək.
Xəbər lenti
Hamısına baxDünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25

