40 min ailə - 173 min insan...
11.08.2022 [10:05]
Ünvanlı dövlət sosial yardım proqramı ilə əhatə olunub
MÜBARİZ
Azərbaycanın ardıcıl siyasətində sosial sferanın prioritetliyi təmin olunur. Ölkədə daim vətəndaşların rifah halının yaxşılaşdırılmasına, gəlir imkanlarının artırılmasına hesablanan təşəbbüslər irəli sürülərək onların operativ qaydada icrası təmin edilir. Bu baxımdan ölkə üzrə ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsinin genişləndirilməsi və bu proqram çərçivəsində dövlət dəstəyindən yararlanan ailələrə ödənilən vəsaitin məbləğinin mütəmadi qaydada artırılması də diqqət çəkir.
Ədalətli resurs bölgüsü
Azərbaycanın dərinməzmunlu sosial siyasətini səciyyələndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkədə ədalətli resurs bölgüsü təmin edilir və qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Respublikamızda Prezident İlham Əliyevin təşəbbüsü ilə belə bir qayda formalaşıb: İqtisadiyyat böyüdükcə, gəlirlər artdıqca sosial sferaya daha artıq həcmlərdə vəsaitlər yönəldilir. Bunun təsdiqi olaraq qeyd edək ki, son illərdə sosial ödənişlərdə ciddi artımlar qeydə alınıb. O cümlədən dövlət başçısının imzaladığı müvafiq Fərman və sərəncamlar əsasında son 3 il yarım ərzində respublikamızda 4 milyon vətəndaşı əhatə edən 3 sosial islahat paketinin icrası yüksək səviyyədə təmin olunub. Bunun üçün dövlət büdcəsindən əlavə olaraq 6 milyard manat, yəni ölkənin icmal büdcəsinin 20 faizindən çox vəsait ayrılıb. Bəhs olunan dövrdə minimum əməkhaqqı 2,3 dəfə, əməkhaqqı fondu 2,2 dəfə artıb və əməkhaqqı fonduna əlavə 8 milyard manat vəsait yönəldilib. Eləcə də median əməkhaqqıda 86 faiz, minimum pensiyada 2,2 dəfə, orta aylıq pensiyada 75 faiz artım baş verib. Müvafiq kateqoriyadan olan vətəndaşlara ödənilən sosial müavinət və təqaüdlərdə də 3,5 dəfə artım qeydə alınıb. Müavinət və təqaüd istiqaməti üzrə ayrılan illik vəsaitin həcmi 2018-ci ilə nisbətən 400 milyon manatdan 1 milyard manatadək artaraq 1,4 milyard manata çatıb.
Ünvanlı sosial yardımlarda artımlar
Respublikamızda sosial ədalət pinsipi əsasında reallaşdırılan layihələrdən biri də aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardım proqramıdır. Azərbaycan hətta çətin keçən pandemiya dövründə də ünvanlı dövlət sosial yardım proqramında hansısa bir ixtisarlara yol vermədi. Prezident İlham Əliyev bu proqramın icrasını şəxsi nəzarətində saxlayır. Dövlət başçısı öz çıxışlarında ünvanlı sosial yardımların təyinatında və ödənilməsində şəffaflığın təmin edilməsi ilə bağlı mesajlarını dəfələrlə diqqətə çatdırıb. Prezident İlham Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən bir daha bildirib ki, hələ də dövlət dəstəyinə ehtiyacı olan vətəndaşların dövlət təminatı təmin edilsin və bu vətəndaşların sayı artırılsın.
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkə üzrə ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsinin genişləndirilməsi məqsədilə müvafiq tədbirlər görülür. Ünvanlı sosial yardımın təyinatı şərtlərinin yumşaldılması, aztəminatlı ailələrin sosial yardım proqramına əlçatanlığının artırılması, tələb olunan sənədlərin sayının azaldılması belə tədbirlərin tam olmayan siyahısını təşkil edir. Qaydalara əsasən, müvafiq kateqoriyadan olan vətəndaşlara ünvanlı sosial yardımlar ehtiyac meyarına uyğun müəyyənləşdirilir. Respublikamızda bu il üçün ehtiyac meyarı artırılaraq 200 manata çatdırılıb. Ehtiyac meyarı artdıqca yardımın məbləğinin də artması baş verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, sosial yardım sisteminin təkmilləşdirilməsi işləri qarşıdakı dövrdə də davam edəcək.
Reallaşdırılan tədbirlərin məntiqi nəticəsi olaraq ünvanlı sosial yardımların məbləği əhəmiyyətli dərəcədə artıb. Ölkəmizdə digər sosial ödənişlər kimi, ünvanlı sosial yardımların məbləği də artmaqda davam edir. 2022-ci ilin iyul ayında 1 ailəyə ödənilən ÜDSY-nin məbləği artaraq, 260,2 manatdan 360,0 manata çatıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,3 faiz artım deməkdir. Qeyd edək ki, hazırda ölkəmizdə 40 min ailə üzrə 173 min nəfər ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunur.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

