“Sığorta hovuzu” Azərbaycana gətirilir
05.08.2022 [10:44]
Zərərlilik minimuma endiriləcək
M.FEYİZLİ
Son illərdə Azərbaycanın sığorta sektorunun iştirakçıları dünya sığorta sistemindəki müasir tendensiyaların araşdırılmasına, uğurlu təcrübələrin öyrənilməsinə böyük maraq göstərirlər. Bu, istər beynəlxalq sığorta təşkilatları ilə əməkdaşlığın qurulmasında, istərsə də kadr və təcrübə mübadiləsində özünü göstərir. Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev “Yeni Azərbaycan”a açıqlamasında qeyd edib ki, sığorta sektorunun beynəlxalq əməkdaşlığı istiqamətində dünya sığorta trendlərinin araşdırılması prosesi sürətlə davam etdirilir. İcraçı direktorun sözlərinə görə, bu istiqamətdə yeni bir mexanizmin ətraflı şəkildə araşdırılması və yerli sığorta bazarına uyğunlaşdırılaraq inteqrasiyası nəzərdə tutulur. Fikirlərinə davam edən icraçı direktor vurğulayıb: “Bu gün dünya sığorta bazarlarında “sığorta hovuzu” adlanan unikal bir sistem mövcuddur. Bu, zərərlərin bazar iştirakçıları arasında bölüşdürülməsinə hesablanmış və dünya sığorta bazarlarında uğurla tətbiq olunan bir mexanizmdir.”
İcraçı direktor bildirib ki, sığorta hovuzu mexanizminin Azərbaycan sığorta sektorunda, ilk növbədə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə təşkil və tətbiq edilməsi planlaşdırılır: “Burada əsas istiqamət ən yüksək zərərliliyə malik seqmentin bazarda yaratdığı ümumi zərərliliyin bazar iştirakçıları arasında bölüşdürərək aradan qaldırılmasından ibarətdir. Hovuzun təşkil edilməsi və qaydaların müəyyənləşdirilməsi məqsədi ilə avqustun sonundan etibarən yerli sığorta bazarı iştirakçıları ilə müzakirələrə start veriləcək”, - deyə Elmar Mirsalayev bildirib.
Elmar Mirsalayevin sözlərinə görə, sığorta hovuzunun formalaşdırılması ilə bağlı müzakirələr yekunlaşandan sonra yerli sığorta şirkətləri arasında kollektiv saziş imzalanacaq: “Sığorta hovuzu qaydaları və klirinq şərtləri məhz müzakirə prosesindən sonra müəyyənləşəcək. Hesab edirik ki, bu müzakirə prosesi çox vaxt aparmayacaq. Müzakirələr nəticəsində sığorta hovuzu ilə bağlı qaydalar və klirinq şərtləri müəyyənləşəndən dərhal sonra İcbari Sığorta Bürosu ilə qeyri-həyat sığorta şirkətləri arasında kollektiv saziş imzalanacaq və proseslərin işləkliyinin təmin olunması üçün İT sistem formalaşdırılacaq. Yuxarıda qeyd olunan bütün istiqamətlər yalnız bazar iştirakçıları ilə aparılacaq müzakirələrdən sonra müəyyənləşəcək.”
İcraçı direktor əlavə edib ki, bu mexanizmin tətbiqi sığorta prosesində görünən, xüsusilə də zərərli seqmentin sığortası ilə bağlı müxtəlif zamanlarda ortaya çıxan çətinlikləri aradan qaldırmaqla yanaşı, həm də bazarın sağlamlaşdırılmasına və dayanıqlı inkişafına təkan verəcək.
Xəbər lenti
Hamısına baxDünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59

