Azərbaycan-Türkiyə birliyinin daha bir uğuru
05.08.2022 [10:26]
Sadələşmiş gömrük dəhlizinin yaradılması yekunlaşır
Nicat PAŞA
Dünya iqtisadiyyatının hazırkı dövründə hər bir ölkənin xarici ölkələrlə iqtisadi əlaqələrinin olması onun inkişaf etməsi və uğur qazanması üçün ən mühüm şərtlərdəndir. Prezident İlham Əliyevin apardığı məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan hazırda bütün dünyada etibarlı tərəfdaş kimi tanınır. Bu kontekstdə Türkiyə ilə Azərbaycan münasibətlərini xüsusi qeyd etmək lazımdır. Ölkələrimiz arasında münasibəti ən gözəl şəkildə ifadə edən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu “Bir millət, iki dövlət” fəlsəfəsi ilə dərin köklərə sahib olan Azərbaycan-Türkiyə əlaqələri yüksək səviyyədə inkişaf edir.
İki ölkə arasında tarixən mövcud olan çoxtərəfli sıx əlaqələrin nəticəsi olaraq bu gün Türkiyə-Azərbaycan münasibətləri dostluğun, qardaşlığın zirvəsi sayılır. İki dost, qardaş ölkə arasında münasibətlər müxtəlif istiqamətləri əhatə edir. O cümlədən liderlər arasında bərqərar olan siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da uğurla inkişaf etməkdədir.
Yeri gəlmişkən, sadələşdirilmiş gömrük dəhlizinin yaradılması artıq yekunlaşır. İki qardaş ölkə arasında iqtisadi əlaqələrin inkişafında böyük əhəmiyyətə malik olan Türkiyə və Azərbaycan sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasının son mərhələsindədir. Türkiyənin yerli mediası xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Mehmet Muş çərşənbə axşamı Türkiyə, Özbəkistan və Azərbaycan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin Daşkənddə keçirilən üçtərəfli görüşündə deyib.
“Biz bu layihəni Azərbaycanla pilot rejimdə həyata keçirməyə başlamaq üçün texniki baza yaradırıq. Türkiyə Özbəkistanla da analoji gömrük dəhlizini həyata keçirməyə hazırdır”, - Mehmet Muş qeyd edib.
Nazirin sözlərinə görə, Türkiyə, Azərbaycan və Özbəkistanın ümumi ÜDM-i 1 trilyon dollara çatır, üç ölkənin əhalisinin sayı isə 130 milyon nəfər təşkil edir ki, bu da böyük potensialın göstəricisidir.
Mehmet Muş qeyd edib ki, Azərbaycan və Özbəkistanla imzalanan güzəştli ticarət sazişləri Türkiyənin bu potensialın reallaşdırılmasına verdiyi önəmdən xəbər verir: “İnanıram ki, bu sazişlərin əhatə dairəsinin genişlənməsi ilə dövlətlərarası münasibətlərin yeni dövrü gələcək. Bundan əlavə, gömrükdə bürokratiyanın azaldılması istiqamətində tədbirlərin görülməsi ticarəti asanlaşdıracaq və ticarətə müsbət təsir edəcək”.
O, Ankaranın gömrük prosedurlarının sadələşdirilməsinə önəm verdiyini qeyd edib.
“Azərbaycan və Özbəkistan Türkiyənin Mərkəzi Asiya ilə ticarətində mühüm rol oynayır, Türkiyə isə öz növbəsində Azərbaycan və Özbəkistanın Avropa, Yaxın Şərq və Afrika ilə ticarətində körpü rolunu oynayır”, - nazir əlavə edib.
“Türkiyə ilə Azərbaycan arasında 15 mal qrupu üzrə preferensial ticarət rejimi tətbiq olunur. Bu, ötən ilin mart ayından qüvvəyə minib. Bu da iki ölkə arasında ticarət dövriyyəsinə birbaşa təsir göstərir. 2022-ci ildə Türkiyənin Azərbaycanın qeyri-neft ixracatında təxminən 35 faizlə ilk yerə çıxmasını müşahidə etdik”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov səsləndirib. Azərbaycanın əvvəlki illərdə qeyri-neft ixracatında aparıcı ölkənin, əsas tərəfdaşının Rusiya olduğunu xatırladan iqtisadçı-ekspert artıq əsas tərəfdaşımızın Türkiyə olduğunu vurğulayıb: “Eyni zamanda, Türkiyə Azərbaycanın İtaliyadan sonra ikinci ən böyük ticarət tərəfdaşıdır. Əslində, bu, ondan xəbər verir ki, son dövrlər ticarət rejiminin yumşaldılması ilə bağlı aparılan işlər iki ölkə arasındakı ticari əlaqələrin genişlənməsinə imkan yaradır”.
V.Bayramov sadələşdirilmiş gömrük rejiminin mal və xidmətlərin daha sadə formada, xüsusən də rəsmiləşdirmənin daha az prosedurlarla həyata keçirilməsi anlamına gəldiyini diqqətə çatdırıb. Deputat iki ölkə arasındakı ticarət rejimində güzəştlərin dairəsinin qarşılıqlı olaraq genişlənməsinin mümkünlüyünü də istisna etməyib: “Qarşılıqlı idxal-ixracda rüsumlarla bağlı güzəştlərin dairəsinin də genişlənəcəyi istisna deyil. Sadələşdirilmiş ticarət rejimi xüsusən də qeyri-neft ixracatındakı əməkdaşlığın güclənməsinə gətirib çıxaracaq. Bu isə hər iki ölkə üçün ixrac baxımından yeni imkanlardır”.
O, qeyd edib ki, idxalın daha çox Türkiyənin hesabına ödəniləcəyi gözlənilir: “Çünki əvvəlki illərdə Azərbaycanın idxalda ən böyük tərəfdaşı Rusiya idi. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 3.1 milyard dollar idi, onun 2 milyard dollardan artığı Rusiyadan idxal idi. Həmin məhsulların bir qisminin gələcəkdə Türkiyədən idxal edilməsi mümkündür. Hətta 2022-ci və 2023-cü ildə də Türkiyədən oxşar məhsulların idxal edilməsi və əvəzlənməsi mümkündür”.
“Ümumiyyətlə, ticarət rejiminin sadələşdirilməsi də məhz bu imkanları genişləndirəcək. Bu, həm də Azərbaycan üçün Türkiyə bazarına daha çox məhsul çıxarmaq baxımından vacibdir. İxracatın artırılmasına imkan verəcək. Nəticə etibarı ilə tərəflər belə bir rejimin tətbiq edilməsindən iqtisadi baxımdan faydalanacaqlar”, - deyə V.Bayramov fikirlərinə yekun verib.
Həyata keçirilən iqtisadi-ticari layihələrin inkişaf dinamikasına nəzər yetirdikdə gələcək perspektivdə ölkələrimiz arasında istər iqtisadi, ticari, istərsə də digər - bütün sahələrdə əldə olunacaq uğurların miqyası, başqa sözlə, qarşıda duran hədəf və planların uğurlu nəticələri aydın şəkildə görünür.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
14 Avqust 16:11

Dünya
14 Avqust 15:36

Xəbər lenti
14 Avqust 11:59

Xəbər lenti
14 Avqust 11:55

İdman
14 Avqust 11:53

İdman
13 Avqust 21:25

Xəbər lenti
13 Avqust 18:25

İdman
13 Avqust 17:48

Xəbər lenti
13 Avqust 15:40

Xəbər lenti
13 Avqust 13:57

Xəbər lenti
13 Avqust 12:27

Maraqlı
13 Avqust 12:00

Xəbər lenti
13 Avqust 11:47

Xəbər lenti
13 Avqust 11:31

MEDİA
13 Avqust 11:29
Ədəbiyyat
13 Avqust 11:28
.jpg&width=120)
Xəbər lenti
13 Avqust 11:15

Sosial
13 Avqust 11:05

Sosial
13 Avqust 10:37

Analitik
13 Avqust 10:32

Prezident bu gün
13 Avqust 10:25

Xəbər lenti
13 Avqust 10:25

Siyasət
13 Avqust 10:21

Sosial
13 Avqust 10:20

Xəbər lenti
13 Avqust 10:18

Gündəm
13 Avqust 10:03

Xəbər lenti
12 Avqust 20:12

Xəbər lenti
12 Avqust 20:10

Gündəm
12 Avqust 19:43

İqtisadiyyat
12 Avqust 19:41

İqtisadiyyat
12 Avqust 19:35

Siyasət
12 Avqust 19:33

Gündəm
12 Avqust 19:32

Gündəm
12 Avqust 19:28

Xəbər lenti
12 Avqust 19:27

Xəbər lenti
12 Avqust 19:20

Xəbər lenti
12 Avqust 17:01

Xəbər lenti
12 Avqust 16:38

Xəbər lenti
12 Avqust 16:04

Xəbər lenti
12 Avqust 15:44

Xəbər lenti
12 Avqust 15:13

Xəbər lenti
12 Avqust 15:12

Gündəm
12 Avqust 13:59

Siyasət
12 Avqust 13:53

Xəbər lenti
12 Avqust 13:45

Xəbər lenti
12 Avqust 13:20

Siyasət
12 Avqust 13:11

Gündəm
12 Avqust 13:10

Xəbər lenti
12 Avqust 12:25

Xəbər lenti
12 Avqust 11:38

Xəbər lenti
12 Avqust 11:30

Xəbər lenti
12 Avqust 11:25

Gündəm
12 Avqust 11:11

Gündəm
12 Avqust 11:03

Xəbər lenti
12 Avqust 10:57

Sosial
12 Avqust 10:54

Sosial
12 Avqust 10:39

İqtisadiyyat
12 Avqust 10:35

Xəbər lenti
12 Avqust 10:29

Prezident bu gün
12 Avqust 10:29

İqtisadiyyat
12 Avqust 10:27

MEDİA
12 Avqust 10:21

Yeni texnologiyalar
12 Avqust 10:18

Xəbər lenti
12 Avqust 10:16

Siyasət
12 Avqust 10:13

Siyasət
12 Avqust 10:10

Gündəm
12 Avqust 10:01

İdman
12 Avqust 09:24

Xəbər lenti
12 Avqust 09:21

Siyasət
11 Avqust 22:21
