Əmək pensiyalarının təyin olunmasında humanist yanaşma...
02.07.2022 [10:15]
Vətəndaşların daha tez pensiyaya çıxma kateqoriyası genişləndirilir
Mübariz ABDULLAYEV
Ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasını və gəlir imkanlarının artırılmasını hədəfləyən məqsədyönlü tədbirlər həyata keçirilir və bu məqsədlə qanunvericilik bazası təkmilləşdirilir. Prezident İlham Əliyevin “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqləməsi bunun növbəti ifadəsidir. Bir qədər bundan əvvəl Milli Məclisdə müzakirəsi aparılan dəyişikliklərin əhatə dairəsi kifayət qədər genişdir. Söhbət Qanunda 11 maddə üzrə edilən 50-dək əlavə və dəyişikliklərdən gedir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, bəhs olunan əlavə və dəyişikliklər pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiya sisteminin əhatə dairəsinin genişləndirilməsi, bu sistemə əlçatanlığın artırılması istiqamətində növbəti irəliləyişi təmin edir.
Kim daha tez pensiyaya çıxa biləcək?
Respublikamızda davamlı şəkildə reallaşdırılan sosial islahatlar bir sıra mühüm məsələlərlə yanaşı, həm də daha tez pensiyaya çıxma kateqoriyasının genişləndirilməsini hədəfləyir. O cümlədən “Əmək pensiyaları haqqında” Qanuna edilən əlavə və dəyişikliklərin bir çoxu ayrı-ayrı kateqoriyalardan olan vətəndaşlar üçün daha tez pensiyaya çıxmaq hüququ yaradır ki, bu da ölkədə aparılan pensiya islahatlarının təməlində humanist yanaşmanın dayandığını bir daha təsdiqləyir. Bu xüsusda fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, dəyişikliklərə görə, beş və daha çox uşaq dünyaya gətirən analar ilə yanaşı, uşaqları övladlığa və ya qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlar da 5 il daha tez pensiyaya çıxa biləcəklər.
Daha tez pensiyaya çıxmaq hüququ, həmçinin bir sıra başqa kateqoriyalardan olan vətəndaşlara da şamil ediləcək. “Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalar da tez pensiyaya çıxmaq hüququ əldə edəcəklər. Digər dəyişikliklərə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ən azı 12 il 6 ay çalışmış kişilər və azı 10 il çalışmış qadınlar da 5 il daha tez pensiyaya çıxmaq hüququ qazancaqlar” - deyə Vüqar Bayramov vurğulayıb.
Deputatın sözlərinə görə, pensiyaya tez çıxmaq hüququ digər bir sıra kateqoriyadan olan şəxslərə münasibətdə də dəyişir. Belə ki, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda onlar 20 il daha tez pensiyaya çıxa biləcəklər. Eyni zamanda, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda pensiyaya çıxma yaşı həddi 15 il azaldılacaq.
Ailə başçısını itirməyə görə
Müvafiq Qanuna edilən dəyişikliklər ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsinə yeni hüquqi əsaslar yaradır. Dəyişikliklərə əsasən, ailə başçısını itirməyə görə pensiyanın bir ailə üzvünə düşən hissəsi onun hüququ yaranan müavinətin məbləğindən az olduqda, həmin şəxsə ailə başçısını itirməyə görə pensiya əvəzinə, əvvəlki müavinəti almaq hüququ verilir. Bu zaman (eləcə də pensiya payını almadığı digər hallarda) sözügedən şəxsin pensiya payı bərabər şəkildə bölünərək digər ailə üzvlərinin pensiyasına əlavə olunacaq. “Bu dəyişikliyin mahiyyəti bundan ibarətdir ki, əvvəlki qanunvericiliyə əsasən, yaşa, yaxud əlilliyə görə pensiya alan şəxs ailə başçısını itirdikdə və ailə başçısını itirməyə görə də pensiya hüququ yarandıqda öz pensiyasını seçirdisə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürülmürdü. Təsdiq edilən dəyişikliklərə əsasən isə, ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs digər növ əmək pensiyasını və ya sosial müavinəti seçdikdə, ona hesablanan pensiya məbləği belə hüququ olan digər ailə üzvləri arasında bölüşdürüləcək və bu da onların gəlirlərinin artmasına səbəb olacaq” - deyə Vüqar Bayramov bildirib.
Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, vəfat edən şəxsin pensiya məbləği onun ailə üzvlərinə sonradan ailə başçısını itirməyə görə pensiya kimi təyin ediləndə ötən illərə uyğun şəkildə indeksasiya edilərək artırılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən redaksiyamıza daxil olan məlumatda bu dəyişikliyin müfəssəl izahı verilib. Məlumatda oxuyuruq: “Məsələn, pensiyası 285 manat olan və 2019-cu ildə vəfat etmiş ailə başçısının həyat yoldaşına 2022-ci ildə ailə başçısını itirməyə görə pensiya təyin edildikdə həmin şəxsə 285 manat deyil, 382,8 manat pensiya təyin ediləcək. Vəfat etmiş pensiyaçının pensiyasının məbləğinin də o, pensiyaya çıxdıqdan sonra vəfat edənədək topladığı pensiya kapitalı nəzərə alınmaqla ailə üzvünə müvafiq pensiya təyinatı zamanı yenidən hesablanması imkanı yaradılır. Tutaq ki, 2017-ci ildə 245 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş şəxs işləməkdə davam edib və 2019-cu ildə dünyasını dəyişib. Artıq həmin iki illik dövr üzrə toplanmış pensiya kapitalının da hesablanaraq nəzərə alınmaqla, ailə başçısını itirməyə görə təyin olunan pensiyanın artırılması mümkün olacaq”.
Bir növ pensiyadan digərinə keçid
Dövlət başçısı tərəfindən təsdiqlənən dəyişikliklərlə vətəndaşın əmək pensiyasının bir növündən digər növünə keçid etmək hüququ da tanınacaq. Müvafiq dəyişikliyi şərh edən Vüqar Bayramov vurğulayıb: “Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və tələb olunan sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailəsi üzvləri üçün isə ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Bu o deməkdir ki, yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçmək istisna olmaqla, digər bütün növ əmək pensiyalarına keçmək mümkündür”.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

