Azərbaycanın rolu artır...
18.06.2022 [11:33]
Avropanın qaz təchizatında
MÜBARİZ
Rusiya-Ukrayna müharibəsinin qlobal iqtisadiyyata mənfi təsirləri Avropanın enerji təchizatında daha qabarıq şəkildə hiss olunur. Müharibə davam etdikcə “qoca qitə”nin enerji təhlükəsizliyinə təhdidlər də artır. Avropa İttifaqı (Aİ) məkanına daxil olan ölkələrin “mavi yanacaq” təchizatında vəziyyət daha ağırdır. Verilən məlumatlara görə, Avropanın illik qaz tələbatı 552 milyard kubmetrə bərabərdir. İndiyədək bu həcmin təxminən 40 faizi Rusiyadan idxal hesabına ödənilib. Rusiya-Ukrayna müharibəsi fonunda istehsalçı və istehlakçı ölkələrin enerji amilindən siyasi təzyiq vasitəsi kimi istifadə etdikləri daha aydın şəkildə müşahidə edilir. Aİ dövlətləri enerji daşıyıcılarının idxalının məhdudlaşdırılması da daxil olmaqla, Rusiyaya qarşı sanksiyalar tətbiq edərək, bu ölkənin müharibə aparmaq imkanlarını tükətməyə çalışırlar. Öz növbəsində Rusiya da sanksiyalara qarşı müxtəlif cavab tədbirləri görür. Ekspertlərin də bildirdikləri kimi, belə tədbirlərin ən təsirlisi Rusiyanın “dost olmayan ölkələrə” satılan qazın dəyərinin rublla ödənilməsi tələbi oldu. Xatırladaq ki, rublla ödənişlər aparmaq iqtidarında olmayan ayrı-ayrı Avropa ölkələrinə şimal qonşumuzdan qaz tədarükü dayandırılıb.
Ölkələrin seçimi Azərbaycanla bağlıdır
Heç də adi olmayan belə bir şəraitdə çətinliklərlə üzləşən Aİ ölkələrinin və bu qurumda təmsil olunmayan ayrı-ayrı dövlətlərin seçimi Azərbaycanla bağlıdır. Onlar ölkəmizdən daha çox həcmlərdə “mavi yanacaq” almaq istəklərini bildirirlər. Sual yaranır: Nə üçün ölkələr özlərinin enerji təhlükəsizliyinə yaranan təhdidləri Azərbaycan vasitəsilə aradan qaldırmağa çalışırlar. Burada respublikamızın etibarlı tərəfdaş imici xüsusi rol oynayır. Dünyada qaz istehsalçısı olan çoxsaylı ölkələr var. Ancaq onların heç də hamısı enerji siyasətində səmimi deyillər və bir sıra hallarda öz üstünlüklərindən sui-istifadə etməyə çalışırlar. Azərbaycan isə Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, enerji siyasətində ardıcıldır, imzalanan müqavilələrin şərtlərini heç vaxt pozmur. Digər bir tərəfdən, dünya qaz bazarına nisbətən yeni daxil olan respublikamız çox müasir nəql marşrutuna malikdir. Azərbaycanın zəngin “Şahdəniz” və digər yataqları istehlakçılar üçün yeni mənbədir. Eyni zamanda, ölkəmiz “mavi yanacaq” istehlakçılarına Cənub Qaz Dəhlizinin timsalında alternativ nəql marşrutu təklif edir. Xəzər sahillərindən 3500 kilometr məsafədə uzanmaqla Avropanın mərkəzinədək çatan bu kəmər heç bir halda manipulyasiyalar predmetinə çevrilə bilməz. Çünki bu dəhliz Azərbaycanın səylərinə qoşulan tərəfdaş dövlətlərin qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı sayəsində ərsəyə gəlib və onun funksionallığının təmin olunması çoxlu sayda ölkənin maraq dairəsindədir.
Bütün bu kimi amillər də enerji təchizatında çətinliklərlə üzləşən ölkələrin öz seçimlərini Azərbaycanla bağlamalarını şərtləndirir. Getdikcə daha çox sayda ölkə Azərbaycandan “mavi yanacaq” almaqda maraqlı olduğunu bildirir. İndiyədək Cənub Qaz Dəhlizi vasitəsilə ixrac olunan Azərbaycan qazının əsas tədarükçüləri qismində Türkiyə, İtaliya, Bolqarıstan və Gürcüstan çıxış ediblər. Siyahının uzanması ehtimalı kifayət qədər böyükdür. İtaliya və Bolqarıstan tədarük həcmlərinin artırılmasında maraqlı olduqlarını bildiriblər. Eyni zamanda, Almaniya, Niderland, İsveçrə və Avstriya kimi ölkələr də respublikamızdan “mavi yanacaq” idxalı ilə bağlı niyyətlərini ifadə ediblər.
Moldova da bu siyahıda yer alır. Xatırladaq ki, ötən ilin ikinci yarısında bu ölkədə sözün əsl mənasında ciddi qaz böhranı yaşandı. Azərbaycan Moldova Prezidentinin köməklə bağlı müraciətini nəzərə alaraq dost ölkəyə yardım əlini uzatdı. Həmin dəstəyə görə Moldova Prezidenti Brüsseldə Azərbaycan Prezidenti ilə görüşdə özünün dərin təşəkkürünü ifadə edib. Son vaxtlarda isə bu ölkənin rəsmiləri perspektivdə Azərbaycanla enerji sektorunda əməkdaşlıqla bağlı ölkələrinin niyyətini bildiriblər. O cümlədən Azərbaycandan Moldovaya TANAP vasitəsilə qaz tədarükü ilə bağlı müzakirələr aparılır.
Bütövlükdə, Azərbaycandan qaz ixracının artırılması və bu məqsədlə Cənub Qaz Dəhlizinin ayrı-ayrı seqmentləri üzrə genişləndirmənin həyata keçirilməsi kimi aktual məsələlər Avropa İttifaqı səviyyəsində intensiv müzakirə olunur. Bu günlərdə Avropa İttifaqının Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varhelyi ilə SOCAR rəsmiləri arasında görüş keçirilib. Əsas müzakirə mövzusu yenə də “qoca qitə”yə qaz tədarükünün artırılması olub. Bu barədə avropalı diplomat öz “Twitter” hesabında yazıb. “Qaz təchizatı marşrutlarımızın şaxələndirilməsini genişləndirmək üçün fərqli mənbələrdən Avropaya daha çox qaz gətirilməsi ilə bağlı müzakirələr apardıq”, - deyə paylaşımda vurğulanıb.
Artan ixrac həcmləri
Azərbaycan Avropanın artan tələbatını qarşılamaq iqtidarında olan ölkədir. Prezident İlham Əliyev IX Qlobal Bakı Forumundakı çıxışında Azərbaycanın bu istiqamətdə səylərini artırdığını diqqətə çatdırıb. “Biz bir çox ölkənin artan tələbatını təmin etmək üçün əlimizdən gələni edirik. Son bir neçə ay ərzində bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı bizə müraciətlər daxil olub. Əlbəttə, bu, asan məsələ deyil. Çünki əvvəlcə həmin qaz hasil edilməlidir və biz qaz hasilatını artırmağı planlaşdırmırdıq. Hazırda bu məsələ ilə bağlı biz Avropa Komissiyası ilə çalışırıq”, - deyə dövlətimizin başçısı vurğula?ıb.
Respublikamız cari ilin beş ayında hasil edilmiş 19,6 milyard kubmetr qazın 9,4 milyard kubmetrini ixraca yönəldib. Energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata əsasən, hasilatın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 % çoxdur. Nazir əlavə edib ki, yanvar-may aylarında ötən ilin eyni dövrünə nisbətən qaz ixracı 27 % çox olub. İxracın 48 %-i Avropanın, 38 %-i Türkiyənin, 14 %-i Gürcüstanın payına düşüb.
Xəbər lenti
Hamısına baxDünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59

