Avropanın ümid yeri
25.05.2022 [10:11]
Mübariz ABDULLAYEV
Azərbaycanın Avropa İttifaqına (Aİ) üzv dövlətlərlə neft və qaz təchizatına dair müqavilələri yüksək səviyyədə yerinə yetirməsi, heç bir fors-major halına yol verməməsi, ədalətli enerji siyasəti həyata keçirməsi “qoca qitə”də ölkəmizə qarşı böyük inam formalaşdırıb. Təsadüfi deyildir ki, hazırda Rusiya-Ukrayna müharibəsi səbəbindən özünün enerji təhlükəsizliyinə, ələlxüsus da qaz təchizatına yaranan təhdidlər fonunda Avropa Azərbaycana üz tutaraq ölkəmizdən “mavi yanacaq” ixracını artırmağı istəyir. Respublikamızın Avropanın bu istəyini qarşılamağa geniş imkanları var. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumundakı çıxışında bildirib. “Azərbaycanın Avropaya qaz tədarükünü artırmaq üçün əlavə enerji resursları var”, - deyə nazir vurğulayıb.
“Qoca qitə”nin “mavi yanacaq” təchizatında çətinliklər
Rusiya-Ukrayna müharibəsi fonunda “qoca qitə”nin “mavi yanacaq” təchizatında ciddi çətinliklər müşahidə edilir. Məsələ burasındadır ki, müharibədə Ukraynanı dəstəkləyən Avropa Rusiyanı zəiflətmək üçün bu ölkəyə çox fəal şəkildə müxtəlif məzmunlu sanksiyalar tətbiq edir. Rusiyadan enerji məhsullarının, o cümlədən də qazın ixracının məhdudlaşdırılması da “qoca qitə”nin hədəfləri sırasında yer alır. Öz növbəsində sanksiyalarla üzləşən şimal qonşumuz Avropanı cəzalandırmaq üçün müxtəlif vasitələrə əl atır. Aprelin 1-dən Rusiyadan “dost olmayan ölkələr”ə ixrac olunan qazın dəyərinin rublla ödənilməsini özündə ehtiva edən qərar qüvvəyə minib. Bu isə Aİ ölkələri üçün çox ciddi çətinliklər deməkdir. Artıq Rusiya yeni qaydalarla ödəniş aparmayan ayrı-ayrı ölkələrə qaz ixracını dayandırıb.
Qeyd edək ki, Avropanın “mavi yanacaq” təchizatında Rusiyanın böyük payı var. “Qoca qitə”nin illik qaz tələbatı 552 milyard kubmetrə bərabərdir. İndiyədək bu həcmin təxminən 40 faizi Rusiyadan idxal hesabına ödənilib. Eyni zamanda, Avropanın Rusiya qazından imtina etməsi şimal qonşumuzun böyük gəlir mənbəyindən məhrum qalması deməkdir. 2021-ci ildə qaz Rusiyaya gündəlik 200 milyon dollar valyuta gətirib ki, bu da illik 70 milyard dollara yaxın valyuta deməkdir. Verilən məlumatlara görə, Rusiya-Ukrayna müharibəsinin ilk 2 ayında Rusiyanın qlobal yanacaq məhsulları satışından əldə etdiyi 66.3 milyard dollar həcmində gəlirinin 70 faizi Avropa İttifaqının payına düşüb.
Azərbaycanın imkanları
Hazırda Avropa qaz təchizatında yaranan çətinlikləri aradan qaldırmaq üçün alternativ mənbələr axtarışındadır. Belə mənbələrdən biri Azərbaycandır. Respublikamızın cəlbediciliyi ilk növbədə ehtiyatların zənginliyi ilə bağlıdır. Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” dünyanın ən zəngin qaz yataqlarından biridir. 1999-cu ildə kəşf olunan bu yatağın ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat həcmində dəyərləndirilir. Hazırda dünyada “mavi yanacaq”a artan tələbat nəzərə alınmaqla “Şahdəniz” yatağının istismarı genişləndirilir. Paralel şəkildə, “Ümid”, “Babək”, “Abşeron” yataqlarının da istismara hazırlanması intensiv şəkildə davam etdirilir. Cari ilin 4 ayı ərzində ölkəmizdə 15,7 milyard kubmetr təbii qaz hasil edilib. Bu, ötən ilin müvafiq dövrü üzrə göstəricidən 14,4 faiz, yəni təxminən 2 milyard kubmetr çoxdur. Energetika Nazirliyinin məlumatına əsasən, bu həcmin 4,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 8,5 milyard kubmetri “Şahdəniz”dən, 2,6 milyard kubmetri isə SOCAR üzrə hasil olunub.
Azərbaycanın müasir ixrac infrastrukturuna malik olması ölkəmizin digər üstünlüyüdür. Bu, Avropanın “mavi yanacaq” mənbələrini şaxələndirməyə çalışan ölkələri üçün çox vacib amildir. Dünyada qaz hasil edən çoxsaylı ölkələr var. Ancaq həmin ölkələrdən yanacağın Avropadakı istehlakçılara çatdırılması problemini aradan qaldırmaq və zəruri infrastruktur qurmaq üçün uzun illər, eləcə də böyük həcmlərdə maliyyə vəsaiti lazımdır. Azərbaycan isə zamanında Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində belə bir ixrac infrastrukturu qurmağa nail olub. Respublikamızın moderatorluğu ilə tikilən ixrac kəməri - Cənub Qaz Dəhlizi Xəzərdən Avropanın müxtəlif ölkələrinədək uzanır. Ötən il Avropa bu marşrutla Azərbaycandan 8 milyard kubmetrdən çox “mavi yanacaq” aldı. Cari ildə bu həcmin 10 milyard kubmetrədək artırılması nəzərdə tutulsa da, bəri başdan demək mümkündür ki, əvvəlcədən verilən proqnoz yenilənəcək. Cari ilin yanvar-aprel aylarında respublikamızdan ixraca 7,6 milyard kubmetr “mavi yanacaq” yönəldilib. Respublikamızın şaxələndirilmiş ixrac coğrafiyasına malik olduğunu diqqətə çatdıran Mikayıl Cabbarov bildirib ki, Azərbaycan Avropa ilə yanaşı, Gürcüstan və Türkiyə üçün də əsas təchizatçılardan biridir. “Sonra Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya gəlir”, - deyə İqtisadiyyat Nazirliyinin rəsmisi vurğulayıb.
Cənub Qaz Dəhlizinin genişləndirilməsi
Hazırda Avropada “mavi yanacaq” istehlakına artan tələbat nəzərə alınmaqla Cənub Qaz Dəhlizinin genişləndirilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Artıq xeyli müddətdir ki, bu məsələ Avropa çevrələrində müzakirə olunmaqdadır. Dəhlizin ayrı-ayrı seqmentlər üzrə genişləndirilməsi və texniki imkanlarının möhkəmləndirilməsi yolu ilə onun ötürücülük gücünün iki dəfə artırılaraq ildə 20 milyard kubmetrə çatdırılması imkanları tam realdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31

