Regionun yeni nəqliyyat xəritəsi
20.05.2022 [09:55]
Azərbaycanda formalaşır
Mübariz ABDULLAYEV
Son vaxtlar regional və qlobal miqyasda artan geosiyasi gərginliklər fonunda Azərbaycanın önəmi daha da artıb. Bunu şərtləndirən çoxsaylı amillər sırasında respublikamızın nəqliyyat-logistika imkanlarını xüsusi qeyd edə bilərik. Bu gün Azərbaycan Avropa ilə Asiya arasında, Xəzər-Qara dəniz hövzələri coğrafiyasında ölkələri birləşdirən ən etibarlı nəqliyyat habı qismində çıxış edir. Uzunmüddətli sabitlik, qonşularla yaxşı münasibətlər və koordinasiya edilmiş əməkdaşlıq, möhkəm qanunvericilik bazası tranzit daşımaları üçün respublikamızın cəlbediciliyini getdikcə daha da artırır.
Şaxələndirilmiş müasir infrastrukturun qurulması
Tranzit daşımaları üçün kifayət qədər əlverişli olan coğrafi mövqeyindən maksimum dərəcədə yararlanmağı hədəfləyən respublikamızda son 18 ildə müasir yol-nəqliyyat infrastrukturunun yaradılması daim diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyev belə bir fikri dəfələrlə vurğulayıb ki, yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə qoyulan investisiyalar ölkənin gələcəyinə yönəldilən sərmayələrdir. Bəhs olunan dövrdə ölkə üzrə həm respublika, həm də beynəlxalq əhəmiyyətli yollarda çoxsaylı yenidənqurma layihələri reallaşdırılıb. Bütövlükdə, respublikamızda hər il min kilometrdən artıq yol yenidən qurularaq müasir standartlar səviyyəsinə çatdırılır. Ölkəmizin ərazisindən Şimal-Cənub və Şərq-Qərb kimi mühüm beynəlxalq dəhlizlər keçir. Azərbaycan yeganə ölkədir ki, hər iki dəhlizin yaradılmasında fəal iştirak edib və onların funksionallığının artmasına bu gün də öz töhfələrini verir. Respublikamız qədim İpək Yolunun bərpası təşəbbüsünü, Çinin “Bir kəmər - bir yol” layihəsini dəstəkləyir.
Bəhs olunan dövrdə respublikamızda nəqliyyat infrastrukturunun yenilənməsi yalnız yolların müasir standartlar səviyyəsində yenidən qurulması ilə məhdudlaşmayıb. Ölkə ərazisində bir neçə beynəlxalq səviyyəli hava limanı yaradılıb, Ələtdə Xəzər sahilində ən böyük liman inşa olunub, eyni zamanda, gəmiçilik donanmasının texnika parkı yenilənib. Azərbaycanın moderatorluğu ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizdən keçən beynəlxalq dəhlizlərin cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Bu nəqliyyat bağlantısı Avropa ilə Asiya arasında ən qısa və rahat marşrutdur.
Beləliklə, Azərbaycanın yaratdığı müasir infrastruktur regionun yeni nəqliyyat xəritəsini formalaşdırır. Prezident İlham Əliyev mayın 18-də keçirilən Azərbaycan-Litva biznes forumundakı çıxışında bunu xüsusi olaraq diqqətə çatdırıb. Respublikamızda nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zəncirinin yaradıldığını deyən dövlət başçısı vurğulayıb: “Mən bunu regionun yeni nəqliyyat xəritəsi adlandırardım, Qafqazlarda, həmçinin Xəzər dənizi boyu və Asiyada”.
Daşımalarda artan həcmlər
Yaradılan müasir infrastruktur və yuxarıda sadalanan digər amillər Azərbaycan üzərindən tranzit daşımaların həyata keçirilməsinə marağı artırır. “Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, biz Azərbaycanı önəmli nəqliyyat mərkəzinə çevirdik. Azərbaycanın rolu mütləq şəkildə artacaq. Çünki bu yaxınlarda nəqliyyat infrastrukturumuzun necə istifadə edilməsi ilə bağlı qonşularımızdan çox sayda yeni təkliflər almışıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan üzərindən tranzit daşımaların artması cari ilin əvvəlindən daha da intensivləşib. Ölkələr və şirkətlər indiki geosiyasi gərginliklər fonunda öz yüklərinin təhlükəsiz məkan olan Azərbaycan üzərindən daşınmasına üstünlük verirlər. Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,7% və 36,5% artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 67,3 mln. ton yük daşınıb. Yüklərin 8%-i dəmir yolu, 0,3%-i hava, 56,4%-i avtomobil nəqliyyatı, 32,2%-i isə boru kəməri ilə daşınıb. Dəniz nəqliyyatı ilə daşınan yüklərin də həcmi artıb. Bəhs olunan dövrdə Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2 068,3 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7% artıb. Dəniz limanları tərəfindən 3 516,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 3 315,4 min tonunu və ya 94,3%-i tranzit yüklər təşkil edib. 2022-ci ilin yanvar-aprel aylarında nəqliyyatçılar 485,5 mln. sərnişinə xidmət göstəriblər.
Azərbaycan, eyni zamanda, Avropa-Qafqaz-Asiya marşrutunun (TRACECA) da mühüm halqalarından birini təşkil edir. Cari ilin birinci rübündə bu marşrut üzrə daşımalarda da artım müşahidə edilib. Belə ki, cari ilin yanvar-mart aylarında trans- Xəzər dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 10858,3 min ton, yük dövriyyəsi isə 2 557,7 mln. ton-km olub. Bu göstəricilər əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,7% və 6,3% çoxdur.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
30 İyun 23:13

Xəbər lenti
30 İyun 19:59

Xəbər lenti
30 İyun 18:38

Xəbər lenti
30 İyun 18:37

Xəbər lenti
30 İyun 17:47

Xəbər lenti
30 İyun 17:38

Gündəm
30 İyun 16:57

Xəbər lenti
30 İyun 16:46

Xəbər lenti
30 İyun 16:15

Xəbər lenti
30 İyun 16:12

Xəbər lenti
30 İyun 15:50

Dünya
30 İyun 15:26

Xəbər lenti
30 İyun 14:53

Xəbər lenti
30 İyun 14:28

Xəbər lenti
30 İyun 13:51

Xəbər lenti
30 İyun 13:15

Xəbər lenti
30 İyun 12:58

Xəbər lenti
30 İyun 12:57

Xəbər lenti
30 İyun 12:50

Xəbər lenti
30 İyun 12:43

Siyasət
30 İyun 12:41

Xəbər lenti
30 İyun 12:19

Dünya
30 İyun 12:03

Xəbər lenti
30 İyun 11:57

Xəbər lenti
30 İyun 11:49

Xəbər lenti
30 İyun 10:47

Xəbər lenti
30 İyun 10:33

Xəbər lenti
30 İyun 10:25

Sosial
30 İyun 10:24

Siyasət
30 İyun 10:22

Prezident bu gün
30 İyun 10:22

İqtisadiyyat
30 İyun 10:21

Xəbər lenti
30 İyun 10:19

Xarici siyasət
30 İyun 10:17

MEDİA
30 İyun 10:13

İqtisadiyyat
30 İyun 10:11

Xəbər lenti
30 İyun 10:09

Siyasət
30 İyun 10:07

Gündəm
30 İyun 09:57

Gündəm
30 İyun 08:50

Xəbər lenti
29 İyun 22:12

Xəbər lenti
29 İyun 21:30

Xəbər lenti
29 İyun 20:58

Gündəm
29 İyun 18:49

Xəbər lenti
29 İyun 18:06

Xəbər lenti
29 İyun 16:58

Dünya
29 İyun 16:54

İdman
29 İyun 15:57

Xəbər lenti
29 İyun 15:34

Xəbər lenti
29 İyun 15:02

Xəbər lenti
29 İyun 14:30

Siyasət
29 İyun 14:21

Siyasət
29 İyun 14:13

Xəbər lenti
29 İyun 14:12

Siyasət
29 İyun 14:10

Xəbər lenti
29 İyun 14:07

Dünya
29 İyun 13:53

Xəbər lenti
29 İyun 13:23

Xəbər lenti
29 İyun 13:17

Xəbər lenti
29 İyun 13:00

Xəbər lenti
29 İyun 12:30

Xəbər lenti
29 İyun 12:18

Xəbər lenti
29 İyun 11:49

Xəbər lenti
29 İyun 11:39

Xəbər lenti
29 İyun 11:36

Xəbər lenti
29 İyun 11:25

Dünya
29 İyun 11:13

Xəbər lenti
29 İyun 11:09

Xəbər lenti
29 İyun 11:05

Xəbər lenti
29 İyun 11:03
