Asiyadan Avropaya...
11.05.2022 [10:04]
Azərbaycan üzərindən
Hazırda nəqliyyat-logistika sahəsində bütün dünyada ciddi rəqabət müşahidə edilir. Coğrafi baxımdan əlverişli məkanlarda yerləşən ölkələr tranzit imkanlarından daha geniş şəkildə bəhrələnməyə, öz ərazilərindən beynəlxalq daşımaların həcmini çoxaltmağa və beləliklə də gəlirlərini artırmağa böyük səy göstərirlər. Əlamətdar haldır ki, bu rəqabətdə Azərbaycan xüsusi cəlbediciliyi ilə seçilir.
Mübariz ABDULLAYEV
Azərbaycanın tranzit imkanlarına artan beynəlxalq maraq
Bir müddət öncə Fars körfəzini Qara dənizlə birləşdirən tranzit marşrutu üzrə İran, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə ilk sınaq daşıması həyata keçirilib. Üç ölkənin nəqliyyat vasitələrindən ibarət avtomobil karvanı İran Biləsuvarından Azərbaycana, sonra Gürcüstan limanlarına, oradan Bolqarıstana, daha sonra quru yolla Şərqi Avropanın digər ölkələrinə doğru hərəkət edib. Bununla da, Cənubi Qafqazda Azərbaycanın iştirakı ilə növbəti regional əməkdaşlıq platformasının təməli qoyulub. Ölkəmizdən keçən yeni marşrut İranın cənubunda Fars körfəzindən başlayıb Avropaya kimi davam edir. Gələcəkdə bu dəhliz üzərindən dəmir yolu yükdaşımalarının da həyata keçirilməsi mümkün olacaq. Layihəyə əsasən, Cənubi Asiya ölkələri dəhliz vasitəsilə Avropaya daha bir yol əldə edəcəklər. Sözügedən nəqliyyat dəhlizi və onun gələcəkdə istifadəsinin genişləndirilməsi region ölkələri üçün mühüm iqtisadi üstünlüklər vəd edir. Dəhliz həm tranzit yükdaşımaları, həm də dünya bazarına çıxış baxımından böyük önəm daşıyır. Bu da regiondakı əksər kommunikasiya layihələrinin əsas təşəbbüskarı və moderatoru olan Azərbaycanın nəqliyyat habı kimi mövqeyinin möhkəmlənməsinə şərait yaradacaq.
Bu günlərdə isə Çindən Almaniyaya gedən yük qatarı üçün yenə də ən əlverişli marşrut kimi Azərbaycan seçilib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) bildirilib ki, Çinin şimal-qərbindəki Şaansi əyalətinin paytaxtı Sian şəhərindən Almaniyanın Mannhaym şəhərinə gedən ilk yük qatarı Qazaxıstanın Aktau limanına çatıb. Yük qatarı buradan ASCO Dəniz Nəqliyyatı Donanmasına məxsus “Maestro Niyazi” quru yük gəmisi ilə Azərbaycanın Hövsan limanına yola salınıb. Hövsan limanında aşırılan yüklər Qara dəniz vasitəsilə Avropaya çatdırılacaq.
Təqdim olunan faktlar beynəlxalq səviyyədə Azərbaycanın tranzit imkanlarına marağın artmasından xəbər verir. Getdikcə daha çox sayda şirkətlər və ölkələr Azərbaycan üzərindən daşımalara üstünlük verirlər. Təsadüfi deyildir ki, respublikamızın bu sahədən gəlirləri artır. Təkcə cari ilin yanvar-mart aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 49,3 milyon ton yük daşınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 5,7 faiz artıb. Yüklərin 55,9 faizi avtomobil, 7,7 faizi dəmir yolu, 2,9 faizi dəniz, 0,3 faizi hava nəqliyyatı ilə daşınıb. O cümlədən bu ilin ilk üç ayında dəniz limanlarında 2 milyon 518,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Limanlarda aşırılan yüklərin 2 milyon 371,8 min tonunu və ya 94,2 faizini tranzit yüklər təşkil edib.
Müasir infrastrukturun yaratdığı üstünlüklər
Sual yaranır: İndiki kəskin rəqabət şəraitində şirkətlərin və ölkələrin tranzit məkan kimi Azərbaycanı seçmələrini şərtləndirən amillər hansılardır? Sualın cavabı olaraq bir sıra amillər sadalamaq mümkündür. Burada, əlbəttə ki, ölkədəki uzunmüddətli daxili sabitliyin, Azərbaycanın işğalçı Ermənistan istisna olmaqla, bütün qonşularla yaxşı münasibətlər qurmasının, daşımalar üzrə qanunvericilik bazasının mütəmadi qaydada təkmilləşdirilməsinin, tariflərin optimallaşdırılmasının və bu kimi digər amillərin böyük rolu var. O cümlədən artan geosiyasi gərginliklər fonunda daşıyıcı şirkətlər təhlükəsiz məkan kimi fərqlənən Azərbaycana üstünlük verirlər.
Sadalanan amillər öz yerində. Dünyada Azərbaycanın tranzit cəlbediciliyinin artmasını şərtləndirən əsas cəhət isə, heç şübhəsiz ki, ölkəmizdə son 18 ildə qurulan müasir yol-nəqliyyat infrastrukturu ilə bağlıdır. Respublikamızın ərazisindən iki mühüm marşrut - Şərq-Qərb və Şimal-Cənub dəhlizləri keçir. Şərq-Qərb dəhlizi Avropa və Asiyanı birləşdirən ən qısa nəqliyyat marşrutudur. Şimal-Cənub dəhlizi yüklərin Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya daha qısa müddətə çatdırmağa imkan verir. Əgər sözügedən marşrut üzrə indiyədək yüklərin daşınması 6-7 həftəyə başa gəlirdisə, Şimal-Cənub dəhlizi bu müddəti yarıyadək azaltmağa imkan verir.
Əlamətdar haldır ki, Azərbaycan hər iki dəhlizdə çox mühüm həlqəni təşkil edir. Məlumat üçün bildirək ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri 10-dan çox ölkəni birləşdirir. Ancaq Azərbaycan yeganə ölkədir ki, hər iki dəhlizin fəal iştirakçısıdır. Digər tərəfdən, Azərbaycan böyük həcmlərdə investisiyalar yönəltməklə hər iki dəhliz üzrə müasir infrastruktur qurmağa nail olub. Bu sırada Azərbaycanın Xəzərdə ən böyük liman inşa etməsini, Bak-Tbilisi-Qars dəmir yolu layihəsini gerçəkləşdirməsini xüsusi qeyd edə bilərik. Ələt qəsəbəsində yaradılan azad iqtisadi zona ölkəmizin tranit imkanlarının artmasına yaradacaq. “Azərbaycan ərazisində bütün nəqliyyat-kommunikasiya layihələri praktiki olaraq başa çatdırılıb. Nəqliyyat-logistika infrastrukturunun yaradılması tamamlanıb. Bu gün biz daşımanı çoxaltmaq və Azərbaycanın tranzit imkanlarını artırmaq üçün tərəfdaşlarımızla, qonşularımızla işləyirik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
02 Fevral 14:26
Dünya
02 Fevral 14:17
YAP xəbərləri
02 Fevral 14:08
YAP xəbərləri
02 Fevral 14:07
YAP xəbərləri
02 Fevral 14:03
YAP xəbərləri
02 Fevral 13:57
YAP xəbərləri
02 Fevral 13:49
YAP xəbərləri
02 Fevral 13:25
YAP xəbərləri
02 Fevral 12:44
YAP xəbərləri
02 Fevral 12:41
İqtisadiyyat
02 Fevral 12:23
İqtisadiyyat
02 Fevral 12:22
Hadisə
02 Fevral 12:22
Dünya
02 Fevral 12:21
Sosial
02 Fevral 12:21
YAP xəbərləri
02 Fevral 12:08
YAP xəbərləri
02 Fevral 12:07
YAP xəbərləri
02 Fevral 11:59
YAP xəbərləri
02 Fevral 11:48
Dünya
02 Fevral 11:45
Gündəm
02 Fevral 11:41
Dünya
02 Fevral 11:19
Siyasət
02 Fevral 11:11
YAP xəbərləri
02 Fevral 11:07
Gündəm
02 Fevral 10:57
Dünya
02 Fevral 10:56
Dünya
02 Fevral 10:23
YAP xəbərləri
02 Fevral 10:01
YAP xəbərləri
02 Fevral 09:59
Dünya
02 Fevral 09:41
Gündəm
02 Fevral 09:40
Gündəm
02 Fevral 09:29
YAP xəbərləri
02 Fevral 09:26
Dünya
02 Fevral 09:15
Dünya
02 Fevral 08:52
Hadisə
02 Fevral 08:27
Hadisə
02 Fevral 08:10
Gündəm
02 Fevral 08:00
Dünya
02 Fevral 07:52
Hadisə
01 Fevral 23:18
Hadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41
Dünya
01 Fevral 21:40
Sosial
01 Fevral 20:37
Dünya
01 Fevral 19:13
İdman
01 Fevral 18:25
Sosial
01 Fevral 18:16
Maraqlı
01 Fevral 17:19
İqtisadiyyat
01 Fevral 17:14
Dünya
01 Fevral 16:43
Dünya
01 Fevral 15:30
Dünya
01 Fevral 14:22
Dünya
01 Fevral 13:15
Hadisə
01 Fevral 12:28
Dünya
01 Fevral 11:19
Hadisə
01 Fevral 10:34
Hadisə
01 Fevral 09:41
İdman
01 Fevral 08:20
Mədəniyyət
31 Yanvar 23:30
Dünya
31 Yanvar 22:29
Siyasət
31 Yanvar 21:59
Gündəm
31 Yanvar 21:56
Elm
31 Yanvar 21:17
Dünya
31 Yanvar 20:49
Dünya
31 Yanvar 19:14
Sosial
31 Yanvar 18:20
Dünya
31 Yanvar 17:22
Dünya
31 Yanvar 16:35
Dünya
31 Yanvar 15:17
YAP xəbərləri
31 Yanvar 15:01

