Rəqəmsal sahibkarlıq stimullaşdırılacaq
30.04.2022 [10:46]
Kiçik və orta sahibkarlıq subyektlərinin bəhrələnə biləcəyi qanunvericilik hazırlanır
Nicat
İnformasiya texnologiyaları (İT) sahəsində kiçik və orta sahibkarlığa dövlət dəstəyi prioritet istiqamətlərdəndir. Texnologiyanın sürətlə inkişaf etməsi bu sahəyə diqqətin artırılmasını, İT sahəsində olan boşluqların aradan qaldırılmasını, işin sistemləşdirilməsi məsələlərini ön plana çəkir. Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq sözügedən sahədə əhəmiyyətli addımlar atılır.
Yeri gəlmişkən, Azərbaycanda xüsusilə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin bəhrələnə biləcəkləri müvafiq qanunvericilik hazırlanır. Bunu “Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar” mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, hazırda sənəd Nazirlər Kabineti və müvafiq nazirlər səviyyəsində müzakirədədir. “Hesab edirik ki, həmin sənədin qəbul edilməsi - mövcud qanunvericiliyə düzəlişlər formasında və ya ayrı bir qanun formasında bu sənədlərin müzakirə edilməsi, ölkədə kiçik və orta sahibkarlığın, xüsusilə də İT sahəsində sahibkarlığın inkişafı üçün böyük bir təkanverici qüvvə olacaq”, - deyə Rəşad Nəbiyev qeyd edib.
Haqqında danışılan qanunvericilik özündə nələri ehtiva edə bilər? İT sahəsində sahibkarlıqla bağlı qanunvericiliyin hazırlanmasını zəruri edən səbəblər hansılardır?
Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov “Yeni Azərbaycan”a bildirib ki, bütövlükdə İT sahəsində fəaliyyət göstərən sahibkarların və xüsusən də startapların dəstəklənməsi prioritetdir. Xarici təcrübədən danışan deputat qeyd edib ki, bu sahədə yeni və daha çox gəlir əldə edilməsi mümkündür: “Və bu gün, əslində aparıcı ölkərdə iqtisadi inkişaf daha çox startaplar və innovativ sahədə fəaliyyət göstərən sahibkarların hesabına formalaşır. O baxımdan, təbii ki, Azərbaycanda da oxşar olaraq rəqəmsal iqtisadiyyatda və informasiya texnologiyasında, yəni innovativ sahələrdə fəaliyyət göstərən sahibkarların dəstəklənməsi və eyni zamanda bu istiqamətdə qanunvericilik bazalarının daha da gücləndirilməsi prioritet məsələlər sırasındadır və bu istiqamətdə işlər gedir”.
İqtisadçı növbəti mərhələdə iqtisadi inkişafın daha çox innovasiya sahəsində həyata keçirilən sərmayələr və həmin sahələrdə fəaliyyət göstərən sahibkarlardan asılı olacağından ibarət olduğunu diqqətə çatdırıb: “Proqnozlar da ondan ibarətdir ki, növbəti mərhələdə iqtisadi inkişaf daha çox innovasiya sahəsində həyata keçirilən sərmayələr və burada fəaliyyət göstərən sahibkarlardan asılı olacaq. Çünki artıq ənənəvi sektorlarda əldə edilən gəlir innovativ sektorlarla müqayisədə daha azdır. Xüsusən nəzərə alsaq ki, sosial şəbəkələr, onlayn portallar və digər onlayn xidmətlər innovativ olaraq çox qısa zamanda böyük gəlirlər əldə edə bildi”.
“Azərbaycanda da innovasiyanın dəstəklənməsi hədəfdir və bu, ölkəmiz üçün qeyri-neft sektoru iqtisadiyyatının diversifikasiyası baxımından yeni imkanlar vəd edir. Birmənalı şəkildə bu, Azərbaycan iqtisadiyyatının inkişafına xüsusi töhfə verəcək”, - deyə V.Bayramov əlavə edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

