Yeni idxal mənbələri axtarılır
19.04.2022 [10:14]
Qazaxıstan taxıl və un ixracını məhdudlaşdırır
1.7 milyard dünya əhalisinin aclıqla üz-üzə qalmasına gətirib çıxara bilər
Nicat
Ən iri taxıl və un ixracatçısı olan Qazaxıstan taxıl və un ixracını məhdudlaşdırır. Bununla bağlı müvafiq əmri nazir Yerbol Karaşukeyev imzalayıb. Sənədə görə, bu il iyunun 15-dək buğda və unun ixracı ciddi şəkildə təsdiq edilmiş kvota həcmləri daxilində həyata keçiriləcək. Göstərilən tarixədək Qazaxıstanda buğda və maya üçün tətbiq olunan məhdudiyyət 1 milyon ton, buğda və ya buğda-çovdar unu üçün isə 300 min ton müəyən edilib.
Bundan əlavə, sənəd qüvvəyə mindiyi günədək gömrük qanunvericiliyinə uyğun olaraq ixrac gömrük proseduru çərçivəsində sənədləşdirilmiş mallar Qazaxıstan Respublikasının ərazisindən maneəsiz ixrac ediləcək.
Azərbaycan da taxılın əhəmiyyətli hissəsini məhz Qazaxıstandan idxal edir. Belə olduğu halda taxıl və buğda ixracatına qoyulan məhdudiyyət ölkəmizə necə təsir edəcək?
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Qazaxıstanın buğda ixracatına məhdudiyyət tətbiq etməsi müəyyən çətinliklər yarada bilər: “Qazaxıstan buğda ixracatına görə dünyada ilk onluğa daxildir. Belə ki, buğda ixracatı həcminə görə Qazaxıstan ən çox buğda ixrac edən 9 ölkədən biridir. Qazaxıstanın buğda ixracatına qadağa, məhdudiyyət tətbiq etməsi regionda taxıla və buğdaya olan tələbin ödənilməsində müəyyən çətinliklər yarada bilər. Azərbaycan öz ehtiyatlarını ötən ilin sonundan etibarən daha çox artırmağa çalışır. Və nəzərə alsaq ki, ilk 10-luğa daxil olan həm Rusiya, həm də Ukrayna buğda ixracatı praktiki olaraq dayandırılıb, o baxımdan BMT-nin də tədqiqatları göstərir ki, bu, 1.7 milyard dünya əhalisinin aclıqla üz-üzə qalmasına gətirib çıxara bilər. Ona görə də bu, nəinki regionda bütövlükdə dünyada buğdaya olan tələbin ödənməsində çətinliklər yaradacaq”.
İqtisadçı vurğulayıb ki, Azərbaycan istehlak bazarında hər hansı bir risk yoxdur: “Təbii ki, Azərbaycan bir tərəfdən digər mənbələrdən buğda idxalını həyata keçirməyə, ehtiyatları genişləndirməyə çalışır, eyni zamanda, Nazirlər Kabineti tərəfindən də bir sıra məhsulların ixracatının tənzimlənməsi ilə bağlı qərarı var. Məqsəd istehlak bazarında stabilliyin qorunması idi. Və ona görə də Azərbaycan istehlak bazarında hər hansı bir risk yoxdur. Ərzaq məhsulları ilə bağlı qıtlıq yoxdur. Amma dünya bazarındakı qeyri-müəyyənlik fonunda yeni idxal mənbələrinin tapılması vacibdir, çünki Rusiya-Ukrayna müharibəsi davam edir. Müharibənin nə qədər davam edəcəyini, başa çatdıqdan sonrakı vəziyyətin necə olacağını proqnozlaşdırmaq çox çətindir”.
“O baxımdan, ehtiyatların formalaşdırılması və xüsusən də Hindistan kimi ölkələrdən buğda idxalının həyata keçirilməsi prioritet istiqamətlərdəndir”, - deyə V.Bayramov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

