Sahibkarlara yeni dəstək
06.04.2022 [09:54]
Antiinflyasiya tədbirləri çərçivəsində atılan növbəti addım
Azərbaycanda sahibkarlıq mühitinin daha da optimallaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Ölkəmizdə liberal iqtisadiyyatın inkişafı müxtəlif vasitələrlə təşviq olunur, sahibkarlar siyasi və maddi cəhətdən dəstəklənirlər. Aparılan islahatların məntiqi nəticəsidir ki, son illərdə ölkə miqyasında özəl bölmə təmsilçilərinin maliyyə mənbələrinə, ayrı-ayrı kommunal xidmətlərə, daxili və beynəlxalq bazarlara çıxış imkanları artıb. Ölkəmizdə sahibkarların dəstəklənməsi istiqamətində daha bir mühüm addım atılıb. Belə ki, Nazirlər Kabinetinin 4 aprel 2022-ci il tarixli qərarı ilə özəl sektor təmsilçilərinə yeni dəstək mexanizminin yaradılması nəzərdə tutulub.
Mübariz ABDULLAYEV
Qlobal miqyasda müşahidə edilən bir sıra mənfi proseslərin, geosiyasi təsirlərin, eləcə də iqlim dəyişikliklərinin nəticəsi olaraq getdikcə artan inflyasiya ölkələr üçün yeni çağırışlar meydana çıxardıb. Bu kontekstdə sahibkarlıq subyektlərinin getdikcə daha da sürətlənən və geridönməz prosesə çevrilən inflyasiyanın mənfi təsirlərindən qorunması da aktual məsələlər sırasında yer alır. Nazirlər Kabinetinin bəhs olunan qərarı da məhz bu məqsədə xidmət edir. Sözügedən qərarla Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi Qaydasına dəyişiklik edib. Qüvvədə olan Qaydaya əsasən, faiz subsidiyası sahibkarlıq subyektinə verilmiş kreditlər üzrə 2020-ci ilin mart ayından başlayaraq 12 (on iki) aydan (ərzaqlıq buğda təchizatçılarına münasibətdə 24 (iyirmi dörd) aydan çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə verilir. Əlavə edilən yeni - 3.4-1-ci bəndə əsasən, minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara 2022-ci il ərzində verilmiş kreditlər üzrə 12 aydan çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə faiz subsidiyası veriləcək. Bu halda faiz subsidiyası minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarların 2022-ci ildə aldıqları 3 (üç) milyon manat və ondan az olan kreditlərə ödəniləcək. Nazirlər Kabinetinin mətbuat xidmətindən “Yeni Azərbaycan”a verilən məlumata görə, qərar anti-inflyasiya tədbirləri çərçivəsində atılan növbəti addımdır. Bu Qərarla minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün güzəştli maliyyələşdirmə alətlərinə və məhsullarına dair mexanizmlərin yaradılması nəzərdə tutulur.
Mexanizmlər üzrə aşağıdakılar təklif olunur:
1. Güzəştli kredit mexanizmi üzrə
Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci il ərzində minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara əlavə olaraq xammal tədarükü üçün güzəştli maliyyələşmə;
2. Kredit faizlərinin subsidiyalaşdırılması üzrə
Maliyyə xərclərinin azalması və nəticə etibarı ilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının maya dəyərinin aşağı salınması məqsədilə həmin sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 2022-ci ildə verilən kreditlər üzrə kredit faizlərinin subsidiyalaşdırılması mexanizminin tətbiqi.
Xəbər lenti
Hamısına baxDünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59

