Taxılın artan qiyməti Azərbaycana təsir edəcəkmi?
05.03.2022 [10:11]
Taleh AĞAVERDİYEV
Ukrayna ətrafında vəziyyət qlobal iqtisadiyyata öz mənfi təsirini göstərməkdə davam edir: neft, qaz və digər yanacaq növlərinin qiymətləri qalxır, qlobal maliyyə bazarları qeyri-stabildir. Bu vəziyyət buğdanın qiymətinə də təsir edib.
Belə ki, hazırda buğdanın qiyməti son 14 ilin ən yüksək səviyyəsinə çatıb. Çərşənbə günü buğda fyuçersləri bir buşel üçün 10,59 dollar səviyyəsində qərarlaşıb. Dünyada taxılın qiymətinin bir ton üçün 400 dollara çatacağı və ərzaq inflyasiyasını rekord həddə çatdıracağı proqnozlaşdırılır.
Bu qiymət artımı Rusiya və Ukraynanın əsas taxıl ixracatçıları olması ilə əlaqədardır. Beynəlxalq buğda ticarətinin təxminən 30 faizi bu iki ölkənin payına düşür və onların arasında müharibə qlobal taxıl tədarükü ilə bağlı narahatlıqlar yaradır.
Davam edən hərbi əməliyyatlar şəraitində ukraynalı fermerlər yaz əkinini və məhsul yığımını həyata keçirə bilməyəcəklər. Rusiyaya qarşı artıq sərt sanksiyalar tətbiq edilib. Müharibə uzanarsa və Rusiya qarşıdakı həftələrdə öz məqsədlərinə çatarsa belə, dünya Rusiya taxılının satılmasına imkan verməyəcək. Bundan əlavə, beynəlxalq vəziyyəti nəzərə alsaq, Rusiya daha çox daxili bazara diqqət ayıracaq və Rusiya taxılının ixracı çox güman ki, ya bahalaşacaq, ya da məhdudlaşdırılacaq.
Bütün bunlar çörək, makaron, yarma, bişinti və buğdadan asılı olan digər məhsulların qiymətlərinə təsir göstərə bilər.
Bu tendensiya azərbaycanlı istehlakçıları narahat etməyə bilməz, çünki biz buğdanı əsasən Rusiyadan idxal edirik. Ötən il dünya bazarında buğdanın qiymətinin artması artıq öz təsirini göstərib: nəticədə bu ilin əvvəlində ölkəmizdə unun qiyməti qalxdı, bu da çörək və digər un məmulatlarının bahalaşmasına səbəb olub.
Azərbaycanın buğdaya illik tələbatı təqribən 3,3-3,4 milyon ton olduğu halda, hazırda ölkədə 2 milyon tona yaxın məhsul istehsal olunur. Azərbaycan taxıl əkmək üçün Ukraynada torpaq icarəyə götürüb, lakin bu il məlum səbəblərdən bu layihə hələ həyata keçirilməyəcək. Bununla belə, hazırda ölkənin ixracdan asılılığını azaltmaq üçün tədbirlər görülür. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, buğda əkini sahələri 2025-ci ilə qədər 660 min hektara, 2030-cu ilə qədər isə təxminən 690 min hektara çatdırılacaq. Bundan əlavə, məhsuldarlığın artırılmasını və buğda səpinində iştirak edən fermerlərə subsidiyaların ayrılmasını nəzərdə tutur.
Azərbaycanda yaxın doqquz ay üçün taxıl ehtiyatı var. Mövsümi faktoru nəzərə alsaq, yeni məhsulla əlaqədar may-iyun aylarında qiymətlər sabitləşməyə başlayacaq. Cüzi qiymət artımı olsa belə, lakin ümumilikdə vəziyyət nəzarətdə qalacaq.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

