Bu il Azərbaycan Avropaya 10 milyard kub metr qaz nəql etmək niyyətindədir
05.02.2022 [14:11]
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir
Məlum olduğu kimi, dünən Bakıda "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sözügedən toplantıda iştirak edib.
Mühüm iqtisadi məqamlara diqqət çəkən ölkə başçısı xüsusilə Azərbaycanın neft strategiyasının uğurları barədə danışıb. Dünya bazarında Azərbaycan qazına ehtiyac olduğunu vurğulayan cənab Prezident Azərbaycanın həmişə beynəlxalq bazarlarda enerji resurslarının etibarlı təchizatçısı olduğunu qeyd edib:
“Biz neft ixracatına 2006-cı ildən başlamışıq, artıq uzun illərdir. Təchizatda heç bir fasilə olmamışdır, müqavilə şərtləri pozulmamışdır, enerji siyasəti arxasında heç bir siyasi gündəm yox idi. Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. İndi isə mən qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara baxanda görürəm ki, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Çünki biz hasilatı artırmağı planlaşdırırıq”.
Ölkə başçısı Azərbaycanın isbat edilmiş qaz ehtiyatının 2,6 trilyon kubmetr olduğunu bildirib:
“Əlbəttə ki, ən böyük yataq “Şahdəniz”dir - bir trilyon kubmetr. Əminəm ki, daha çox olacaq. Çünki neft və qaz yataqlarının işlənilməsi ilə bağlı təcrübəmizə baxsanız, görərsiniz ki, biz həmişə yolumuzun əvvəlində gözlənildiyindən daha böyük həcmdə ehtiyatları görürük. Bunlar yeni yataqların kəşfi və yeni texnologiyalar sayəsində mümkün olmuşdur. Çünki bu gün bu sahədə texnologiya sürətlə inkişaf edir. Buna görə də mən əminəm ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq. Dediyim kimi, “Şahdəniz” Azərbaycanda əsas qaz yatağıdır və bu vaxtadək Cənub Qaz Dəhlizinə töhfə verən yeganə yataqdır. Lakin digər layihələr üzərində də iş gedir”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov “yeniazerbaycan.com”a açıqlamasında qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin formalaşmasında fəal iştirak edən ölkələrdəndir. Onun sözlərinə görə, ölkəmiz artıq 2020-ci ilin sonundan etibarən Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə mavi qazını nəql edir:
“Eyni zamanda 2021-ci ildə 7 milyard kub metrdən artıq mavi qaz Avropa bazarına çıxarılıb. 2022-ci ildə də Azərbaycan Avropaya 10 milyard kub metrə yaxın mavi qaz nəql etmək niyyətindədir. Bütövlükdə Cənub Qaz Dəhlizi vasitəsilə birinci mərhələdə Avropaya 10, ikinci mərhələdə isə 20 milyard kub metr mavi qazın nəql edilməsi nəzərdə tutulur. Nəzərə alsaq ki, Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyəti 31.5 milyard kub metrə qədər yüksələcək. Əlbəttə, bu da imkan verəcək ki, Azərbaycan regionun və bütövlükdə Avropanın enerji təhlükəsizliyinə töhfə versin. İndiki halda Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun artması, ölkəmizin regiondakı geosiyasi mövqeyinin daha da güclənməsi baxımından vacib hesab olunur”.
Avropada enerji böhranının olduğunu söyləyən millət vəkili bildirib ki, xüsusən də Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi fonunda Avropanın mavi qaza tələbinin ödənilməsi müzakirə edilən məslələrdəndir:
“Təbii ki, Azərbaycan Avropa bazarında hər hansı bir şirkətə və ya ölkəyə rəqib deyil, məqsəd Avropanın enerji təhlükəsizliyinin formalaşmasında daha yaxından iştirak etməkdir. Azərbaycan mavi qazı Avropanın enerjiyə daha çox tələbin olduğu ölkərinə ixrac olunur. Hətta Cənubi Avropa ilə yanaşı Mərkəzi Şərqi Avropadan olan ölkələr də Azərbaycan mavi qazından faydalanacaqlar. Artıq Bolqarıstanın daxili şəbəkə vasitəsilə illik 12 milyard kub metrə yaxın mavi qaz idxal etməsi razılaşdırılıb. Eyni zamanda Ruminya, Macarıstan kimi ölkələr də Azərbaycan mavi qazını almaqda maraqlıdırlar. Avropa Komissiyası bütövlükdə digər Mərkəzi Şərqi Avropa ölkələrinin Cənub Qaz Dəhlizindən faydalanmasında maraqlıdır. Nəzərə alsaq ki, həmin ölkələrin Azərbaycandan aldıqları mavi qaz gələcəkdə Mərkəzi Şərqi Avropada yerləşən ölkələrin mavi qaza olan tələbinin yarıdan çoxunu formalaşdıra biləcək. Ona görə də bu durum praktiki olaraq Azərbaycan mavi qazını alan ölkələrin enerji təhlükəsizliyi üçün xüsusi bir töhfə olacaq. Bu baxımdan Avropada enerji böhranının davam etdiyini nəzərə alsaq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu 2022-ci il daxil olmaqla növbəti illərdə daha da güclənəcək Eyni zamanda Cənub Qaz Dəhlizi ölkəmiz üçün də mühüm iqtisadi bir layihədir. Çünki Cənub Qaz Dəhlizi Azərbaycanın valyuta gəlirlərinin artmasına imkan verəcək”.
Yeganə Bayramova
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

