Füzuli aeroportu böyük tranzit mərkəzə çevriləcək
28.10.2021 [10:33]
Saleh Məmmədov: Çindən, Koreyadan gələcək yüklər məhz Füzuli Hava Limanı vasitəsi ilə dünyanın bir çox yerlərinə daşınacaq
“Müasir dünyamızda istər sərnişindaşımada, istər yükdaşımada, istərsə də hərbi əməliyyatlar zamanı hava məkanından istifadəyə daha çox üstünlük verilir. Bəzən Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə çoxsaylı yeni aeroportlar tikməsi ilə bağlı yanlış fikirlər səsləndirilir. Bu, səhv mövqedir. Bu yanlış fikirləri səsləndirənlər anlamalıdırlar ki, artıq köhnə dövr arxada qalıb. Bu gün hava yolları istər rentabelliyinə görə, istərsə əlverişliyinə görə həm dəmir yolunu, həm də quru yolunu üstələyir”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə iqtisadçı-ekspert, professor Saleh Məmmədov Füzuli Hava Limanının rəsmi açılışı ilə bağlı münasibət bildirərkən deyib. İqtisadçı-ekspertin sözlərinə görə, bu gün dünya pilotsuz təyyarələr vasitəsilə yükdaşımalar həyata keçirmək istiqamətində addımlar atır. Onun fikrincə, yaxın zamanda Çindən, Koreyadan gələcək yüklər məhz Füzuli Hava Limanı vasitəsi ilə dünyanın bir çox yerlərinə daşınacaq. “Füzuli aeroportu yaxın zamanda böyük tranzit mərkəzə çevriləcək. Artıq “Zəngəzur dəhlizi” layihəsi reallaşır. Bu yol Şərqlə Qərb arasında böyük tranzit yolu olacaq. Bu baxımdan, Azərbaycan dövləti regiondakı digər aeroportların tikintisini də sürətləndirməlidir. Bu yol Çindən başlanan Böyük İpək Yolunun bir qanadı, bir hissəsidir. Bu gün Şərq ölkələri, əsasən də Çin bu məsələdə çox maraqlıdır. Qeyd edim ki, digər tranzit yollar artıq öz effektini itirir. Rusiyanın Avropa ilə, Qərblə münasibətləri bəllidir, müəyyən embarqolara məruz qalıb. İran isə sanksiya altındadır. Bu baxımdan, ən işlək yol məhz Zəngəzur dəhlizi olacaq. Çindən qalxacaq təyyarələr məhz Füzuliyə enəcək. Bu, böyük bir sistemdir”, - deyən iqtisadçı-ekspert onu da əlavə edib ki, Laçın və Zəngilan rayonlarında tikilən aeroportların da tam gücü ilə işləyəcəyinə şübhə yoxdur. Hətta gələcəkdə bəlkə də bu aeroportlar bəs etməyəcək: “Azərbaycan vaxtilə öz süni peykini istifadəyə verəndə bəziləri deyirdi ki, indiki vaxtda bu, bizə gərəkli deyil. Mən o zaman da bildirmişdim ki, bu, çox ağıllı bir fikirdir. Elmdən, yeni texnikadan istifadə hər zaman üstünlük qazandırır. Bu tikilən aeroportlar da bizə gələcək üçün vacibdir. Çünki Zəngəzur dəhlizi qısa zamanda ən mühüm tranzit yolu olacaq. Bunda Avropa da, ABŞ da, Çin də, Yaponiya da, Koreya da maraqlıdır. Bu, Şərqlə Qərbin arasında iqtisadi yoldur və bu yol hər iki tərəfdən okeanlara qədər davam edir”.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

