Bakcell Bakıda yeni konsept mağazasını təqdim etdi
02.02.2021 [09:37]
Bakcell Bakı şəhərində, Nəriman Nərimanov metro stansiyasının yaxınlığında yeni konsept mağazasını istifadəyə verib. Müştərilərin rahatlığını təmin etmək məqsədilə yeni dükan özündə nömrə və aksessuar satışı ilə yanaşı müştəri xidməti funksiyasını birləşdirərək ən innovativ “hər şey bir arada” konsepsiyası əsasında qurulub.
Təbriz küçəsi 108 ünvanında yerləşən yeni Bakcell mağazasının açılmasında əsas məqsəd abunəçiyə daha yaxın olmaqdır. Yeni mağaza müştəri-yönümlü yanaşmadan istifadə edərək “Bakcell”in yenilənmiş brend qaydalarına uyğun olaraq dizayn edilib, bu isə ziyarətçilər üçün isti bir atmosferin yaradılması üçün imkan yaradıb.
Müştəri və satış məsləhətçisinin bir arada olması və interyerin sadə zona bölgüsü sayəsində müştərilər üçün bütün lazımi məlumatlar daha əlçatan olub, müştəri xidməti təmsilçiləri və dükan əməkdaşları ilə ünsiyyət isə daha da asanlaşıb. Yeni dükanda “Bakcell”in bütün məhsul və xidmətləri ilə yanaşı geniş çeşiddə telefon aksessuarları da təqdim edilir. Bundan əlavə, müştərilər burada Bakcell müştəri xidmətlərindən rahatlıqla istifadə edə bilərlər.
“Biz daim çalışırıq ki, “Bakcell”in məhsul və xidmətlərini həm Bakı ərazisində, həm də Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərimiz üçün daha əlçatan edək. Bu fəaliyyətin davamı olaraq bu gün biz böyük məmnuniyyətlə Bakı şəhərinin mərkəzində yeni konsept mağazasını təqdim edirik. Burada bütün xidmət prosesi “hər şeyin mərkəzində müştəri dayanır” yanaşması üzərində qurulub. “Müştəri yönümlülük” adlanan bu standartı Azərbaycanda tətbiq etmiş ilk şirkətlərdən biri “Bakcell”dir. Planımız biznesimizi sistematik qaydada rəqəmsallaşmaya doğru aparmaqla müştərilərə daha çox rahatlıq verməkdir. Müştərilərlə ünsiyyət prosesinin daha rahat və effektiv olması üçün maksimal dərəcədə rəqəmsallaşmalıdır. Biz bunu öz “Mənim Bakcellim” mobil tətbiqini istifadəyə verməklə əyani şəkildə nümayiş etdirmişik”, - deyə Bakcell şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.
Qeyd edək ki, dükanın açılışı günündən bir həftə ərzində keçiriləcək xüsusi kampaniya çərçivəsində yeni Bakcell mağazasında əldə olunan bütün aksessuarlara 20% endirim təqdim edilir.
Yeni Bakcell mağazasının müştərilərini mobil rabitə xidmətlərinə aid bütün məsələlərlə kömək etməyə hazır olan xüsusi hazirlanmış əməkdaşlar qarşılayacaq.
Bakcell şirkəti özünün üstün müştəri təcrübəsi və ölkədə ən yüksək sürətli mobil şəbəkəni Azərbaycanın bütün bölgələrində yaşayan müştərilərinə daha yaxın etmək məqsədilə həm mobil rabitə şəbəkəsini, həm də müştəri xidməti və satış şəbəkələrini genişləndirməyə davam edəcək. Şirkət bu ilin sonunadək bir neçə yeni mağazanın açılışını planlaşdırıb.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

