Azərbaycan regionda güclü hərbi sənaye kompleksi yaradır
16.03.2010 [10:49]
Azərbaycanın artan iqtisadi imkanları müdafiə sənayesi sektorunda davamlı layihələrin həyata keçirilməsinə əhəmiyyətli baza yaradıb. Respublikamızın maliyyə imkanlarının artması müdafiə sənayesi bölməsinə böyük həcmdə maliyyə vəsaitlərinin yönəldilməsinə imkan verib. Bu isə son illərdə hərbi-sənaye sektorunda genişmiqyaslı kompleks islahatların həyata keçirilməsi və bu sahənin dinamik inkişafı üçün əlverişli zəmin yaradıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdafiə sənayesinin inkişafı ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarının yerinə yetirilməsi ölkəmizdə güclü hərbi sənaye kompleksinin bazasının daha da möhkəmlənməsinə səbəb olub.
Hərbi sənaye bölməsi respublikamızda yeni sahə hesab olunsa da, qısa müddət ərzində mühüm işlərin görülməsi nəticəsində yüksək effekt verən nəticələr əldə olunub. Müdafiə Sənayesi Nazirliyinin tabeçiliyində olan strateji müəssisələrin yenidən qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi, ən qabaqcıl texnologiyalarla təchiz edilməsi çeşidli hərbi məhsulların hazırlanması ilə yanaşı, yeni nəsil silah, sursat və digər avadanlıqların istehsalına səbəb olub. Son iki ildə bu müəssisələrdə silsilə yenidənqurma tədbirləri həyata keçirilib, dünyanın ən inkişaf etmiş ölkələrində istehsal olunmuş dəzgah və avadanlıq quraşdırılıb. Bütün hərbi müəssisələrdə Avropanın ən inkişaf etmiş ölkələrinin avadanlığı əsasında məhsullar yaradılmaqdadır. “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri və “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk” zavodları bu gün hərbi müdafiə sənayesinin əsas sütunları kimi dəyərləndirilə bilər. Bu müəssisələrdə aviasiya, naviqasiya, neft sənayesi, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə həm təkmilləşdirilir, həm də ən yeni nəsil modern texnologiyalar istehsal olunur.
Onu da qeyd edək ki, ötən il qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycan hökumətinin bütün sahələrə dəstəyi nəticəsində müdafiə sənayesi sektoru da inkişaf meyilləri ilə diqqəti cəlb edib. 2009-cu il ölkəmizin müdafiə sənayesi sektorunda yaddaqalan il kimi səciyyələndirilə bilər. ötən il yeni istehsal sahələrinin yaradılması və ən müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatların və maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələrinin hazırlanması bu sahənin davamlı inkişafından xəbər verir. 2009-cu ildə 2008-ci illə müqayisədə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi 3 dəfə, mülki məhsulların həcmi isə 20 faiz artıb. Müdafiə təyinatlı məhsulların istehsal həcmi 2005-ci illə müqayisədə isə 17,9 dəfə yüksəlib. ümumilikdə, son 2 ildə 586 adda hərbi təyinatlı məhsullar istehsal edilib ki, bunun da 350-si müdafiə təyinatlı məmulatlardır.
Respublikamızda hərbi-sənaye təyinatlı məhsulların istehsalı üçün strateji müəssisələrin texniki imkanlarının daha da gücləndirilməsi və modernləşdirilməsi ilə bağlı davamlı tədbirlər görülməkdədir. Məsələn, ötən həftə Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimləri keçirilən “İqlim” və “Dalğa” elm-istehsalat müəssisələrinin fəaliyyətə başlaması müdafiə sənayesi sektorunda dinamizmin daha da yüksəlməsinə imkan verəcək. Bu strateji obyektlər quraşdırılan modern avadanlıq və tətbiq edilən yeni texnologiyalar hesabına ən müasir standartlara cavab verən müdafiə təyinatlı məhsulların istehsalına görə mühüm əhəmiyyətə malikdir. Məsələn, “İqlim” müəssisəsində istehsal olunan “Zəfər”, “Zəfər-K”, “İnam” tapançaları, PKT, PKM, “İstiqlal-1” pulemyotları və digər məhsullar hərbi-texniki və keyfiyyət göstəricilərinə görə, dünya müdafiə sənayesi sektorunda ən qabaqcıl silahlardan hesab olunur. Eləcə də, “İqlim”də istehsal olunan “Boran” artilleriya qurğusu, iriçaplı yarımavtomat “İstiqlal” snayper tüfəngi, piyadalar əleyhinə minalar və digər məhsullar ən çətin coğrafi-fiziki şəraitlərdə döyüş tapşırığının yerinə yetirilməsinə və qarşıya qoyulan tələblərə yüksək səviyyədə nail olmağa imkan verir. Xüsusilə də, “İnam”, “Qürur” tapançaları və “İstiqlal” snayper tüfəngi hava temperaturunun ən aşağı olduğu şəraitlərdə belə atəş dəqiqliyinə görə, böyük üstünlüyə malikdir. 3 km məsafədə hədəfi dəqiqliklə vurmağa imkan verən bu unikal silah bəzi dövlətlərin anoloji silahını geridə qoyur. 20 kq çəkisi olan “İstiqlal” snayperi, hətta -50 və + 50 dərəcə temperaturlarda belə rahat istifadə oluna bilir və yağmur, palçıq, qar, toz təsirinə qarşı davamlılığı ilə fərqlənir. Artıq bir sıra dövlətlər “İstiqlal” snayperinin öz hərbi kontingentlərində istifadə olunması üçün Azərbaycana sifariş vermək niyyətlərini bəyan ediblər.
Azərbaycanın istehsal etdiyi silahlar hərbi-texniki göstəricilərinə görə, keçmiş sovet istehsalı olan TT, “Makarov” və digər modellərdən də üstün hesab olunur. ölkəmizin istehsal etdiyi motodor və morodor tipli zirehli texnikanın ilk nümunələri də hərbi parametrlərinə görə xüsusi üstünlüyə malikdir. Eləcə də, digər müxtəlif növ döyüş sursatları, artilleriya minaları və optik cihazlar xarici ölkələrin istehsal məhsulları ilə rəqabət aparmaq imkanlarına malikdir.
Dünyanın bir sıra dövlətlərinin müvafiq qurumları ilə sıx əməkdaşlıq edən Müdafiə Sənayesi Nazirliyi müdafiə təyinatlı məhsullarla yanaşı, yeni növ mülki avadanlığın istehsalına da başlayıb. Azərbaycanın hərbi təyinatlı məhsullarının Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (İDEF-2009) nümayiş etdirməsi bir çox dövlətlər tərəfindən böyük maraqla qarşılanıb. Həmin sərgidə respublikamızın 27 adda müdafiə təyinatlı məmulatları nümayiş etdirilib. Azərbaycanın təqdim etdiyi “İstiqlal” snayper tüfəngi, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, artilleriya minaları və optik cihazları xarici şirkətlərdə dərin maraq yaradıb.
Hazırda respublikamız aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş dövlətlərinin firma və şirkətləri ilə sıx əməkdaşlıq təmaslarına malikdir. Pakistan, çexiya, Türkiyə, Cənubi Koreya, Belarus, Ukrayna, İordaniya, Polşa və digər dövlətlərlə müdafiə sənayesi sahəsində qarşılıqlı əməkdaşlığa dair razılaşmalar əldə edilib və həmin ölkələrin bir neçəsi ilə artıq birgə layihələrin icrasına başlanılıb. Məsələn, Azərbaycan Belarusla birgə optik cihazlar və naviqasiya sistemləri istehsal edir. ölkəmiz Türkiyə ilə birgə vertolyot istehsalına başlamağı nəzərdə tutur. Ukrayna isə, Azərbaycanla birgə zirehli tank və aviasiya texnikası, artilleriya sistemləri, radiolokasiya stansiyaları və zenit-raket komplekslərinin yaradılmasını həyata keçirmək niyyətindədir. Bu ölkə ilə kiçik döyüş gəmilərinin istehsalı da planlaşdırılır. Eləcə də, Azərbaycan və Pakistan müxtəlif çeşiddə müdafiə sənayesi məhsulları istehsal etməyi nəzərdən keçirirlər.
Respublikamızda qarşıdakı illərdə Dövlət Müdafiə Sifarişi Proqramına əsasən, müxtəlif növ müdafiə təyinatlı məmulatların istehsalı planlaşdırılır. Proqram çərçivəsində 2016-cı ilə qədər müdafiə sənayesinin inkişafı ilə bağlı ən modern müdafiə təyinatlı məhsulların istehsalı nəzərdə tutulur. Sənəddə paytaxtla bərabər, bölgələrdə də hərbi sənaye müəssisələrinin yaradılması ilə bağlı layihələr nəzərdə tutulub və yaxın illərdə Gəncə, Xaçmaz və digər rayonlarda müxtəlif təyinatlı hərbi məhsulların istehsalı planlaşdırılıb. Bu faktorlar hərbi sənaye potensialını möhkəmləndirən Azərbaycanın bir neçə ildən sonra regionda və xarici bazarlarda hərbi təyinatlı məhsullar ixracatçısı kimi tanınmasına səbəb olacaq. Respublikamızın hərbi-müdafiə qabiliyyətinin artması və Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmlənməsi isə Ermənistanın işğal etdiyi torpaqların hərbi yolla azad olunmasına imkan verir.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58
