/ / Auditorlar Palatası Avrasiya regionunun audit və mühasibatlıq qurumlarının işçi qrupunun iclasında təmsil olunub
Auditorlar Palatası Avrasiya regionunun audit və mühasibatlıq qurumlarının işçi qrupunun iclasında təmsil olunub
29.07.2020 [09:31]
İyulun 28-də Rusiyanın “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyası tərəfindən videokonfrans formatında təşkil edilmiş “Avrasiya regionunun cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulmasına və kölgə iqtisadiyyatına qarşı mübarizədə müstəqil auditin rolunun artırılmasının əsas istiqamətlərinin işlənib hazırlanmasına dair peşəkar audit qurumlarının birgə səylərinin əlaqələndirilməsi üzrə İşçi qrupunun iclası” keçirilib.
Auditorlar Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, işçi qrupunun iclasında palatanın sədri, professor Vahid Novruzov iştirak edib. İclasda Azərbaycanla yanaşı, Rusiya, Belarus, Moldova, Latviya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrin peşəkar audit və mühasibatlıq qurumlarının, Beynəlxalq Mühasiblər Federasiyasının nümayəndələri iştirak ediblər. İclasın keçirilməsində məqsəd auditə ictimai etimadın yüksəldilməsi, kölgə iqtisadiyyatına və çirkli pulların yuyulmasına qarşı mübarizədə müstəqil auditin rolunun artırılması, auditorların işinin səmərəliliyinin artırılması, audit xidmətlərinin keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə Avrasiya regionu üzrə peşəkar audit və mühasibatlıq təşkilatlarının nümayəndələrindən ibarət yaradılmış işçi qruplarının səmərəli fəaliyyətinin təşkil edilməsi olub.
İclası giriş sözü ilə açan Latviya Mühasiblər Assosiasiyasının prezidenti Andrey Ponomaryov “Latviya Respublikasında çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi və yayılması risklərinin idarə edilməsi çərçivəsində daxili nəzarət sisteminin yaradılması və müştəri tədqiqatlarının aparılması” mövzusunda çıxış edib.
Auditorlar Palatasının sədri V.Novruzovun “Cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulmasına qarşı mübarizə üzrə normativ-metodoloji bazanın yaradılması üzrə Azərbaycan təcrübəsi” mövzusunda çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. O, cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılmasına və kölgə iqtisadiyyatına qarşı mübarizədə son dövrlərdə ölkəmizdə əldə olunan nəticələrdən, bu sahədə auditorların vəzifələrindən və məsuliyyətindən, bu mübarizədə iştirak edən auditorların və mütəxəssislərin hazırlanması və yenidən hazırlanması, palata tərəfindən hazırlanmış “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditorlar tərəfindən tətbiqinə dair metodik materiallar Toplusu”ndan bəhs edib. V.Novruzov, həmçinin ötən ilin sonunda palata tərəfindən “Kölgə iqtisadiyyatının azaldılmasına dair Strateji Yol Xəritəsi”nin hazırlandığını və ölkə rəhbərliyinə təqdim edildiyini vurğulayıb.
Daha sonra Rusiyanın Özünütənzimləyən auditorlar təşkilatı olan “Sodrujestvo” Assosiasiyasının Keyfiyyətə nəzarət üzrə direktoru Nadejda Kobozeva “Rusiya audit icmasının çirkli pulların yuyulmasına qarşı milli sistemə inteqrasiyası” mövzusunda çıxış edib. “Sodrujestvo” Assosiasiyasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Kuxar Daria və videokonfransın moderatoru, Latviya Mühasiblər Assosiasiyasının prezidenti Andrey Ponomarev təqdim edilmiş mövzular ətrafında çıxışlar ediblər.
Onlayn formada belə müzakirələrin daha tez-tez aparılması zərurəti, mövcud problemlərin həlli üçün təkliflər hazırlamaq məqsədilə yaradılmış müvafiq regional qrupların birgə fəaliyyətinin əhəmiyyəti konfrans iştirakçıları tərəfindən dəstəklənib.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

