Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda Azərbaycanda aparılan islahatlar müzakirə edilib
04.03.2020 [09:39]
Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanda həyata keçirilən islahatlarla bağlı müzakirələr aparılıb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Samir Şərifov ABŞ-ın paytaxtı Vaşinqtona səfəri çərçivəsində Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Kristalina Georgiyeva ilə görüşüb.
S.Şərifov BVF-nin sərəncamçı direktoruna Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar haqqında müfəssəl məlumat verib.
K.Georgiyeva Prezident İlham Əliyev ilə 2019-cu ilin yanvarında Davos İqtisadi Forumunda keçirdiyi görüşü xatırladaraq, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarla bağlı ətraflı məlumat aldığını və BVF-nin bu istiqamətdə ölkəmizə lazım olan bütün zəruri dəstəyi göstərməyə hazır olduğunu deyib.
Görüşdə ölkəmizin regional və qlobal miqyasda oynadığı mühüm rolun əhəmiyyəti vurğulanıb, həmçinin beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığın müasir vəziyyəti və keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi ətrafında səmərəli müzakirələr aparılıb.
Maliyyə naziri S.Şərifovun Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya departamentinin rəhbəri Cihad Azur və fondun Azərbaycan üzrə missiya rəhbəri Nataliya Tamirisa ilə keçirdiyi görüşdə Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi və BVF-nin 4-cü Maddəsi çərçivəsində bu qurumun missiyasının cari ilin iyul ayında ölkəmizə nəzərdə tutulan səfəri ilə bağlı hazırlıqlar müzakirə edilib.
S.Şərifov, həmçinin Dünya Bankının vitse-prezidenti Siril Müller ilə görüşüb. Görüşdə ötən ay Prezident İlham Əliyev və DB-nin icraçı direktoru Aksel Van Trontsenburq arasında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş görüşündən irəli gələn məsələlərin icrası və gələcək əməkdaşlıq planları barədə müzakirələr aparılıb.
Səfər çərçivəsində Azərbaycanın maliyyə naziri ABŞ-ın dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini və Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının ABŞ tərəfindən həmsədri Peter Xaas ilə də görüşüb. Görüşdə Hökumətlərarası Komissiyanın növbəti iclasının 2020-ci ilin payızda Vaşinqtonda keçirilməsi və iqtisadi əməkdaşlıq çərçivəsində qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

