Pərviz Şahbazov: 2020-ci il Cənub Qaz Dəhlizinin tam istismara veriləcəyi tarixdir
29.02.2020 [10:31]
2020-ci il Cənub Qaz Dəhlizinin tam istismara veriləcəyi tarixdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Energetika naziri Pərviz Şahbazov fevralın 28-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası toplantısının yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Nazir qeyd edib: “Bu gün biz Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasını keçirdik və çox səmərəli müzakirələrimiz oldu. Məşvərət Şurası layihə üzrə fəaliyyətin koordinasiyası, qarşılaşılan çətinliklərin birgə müzakirəsi və həlli məqsədilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılıb. Bu format Cənub Qaz Dəhlizinin reallaşmasına töhfələr verib”.
O qeyd edib ki, Cənub Qaz Dəhlizinin üç seqmenti artıq uğurla tamamlanıb. Ötən il TANAP-ın Avropa ilə birləşən hissəsinin açılışı olub. Sonuncu hissə TAP üzrə işlərin icra göstəricisi isə 92 faizdir: “Məşvərət Şurasının budəfəki iclası bir növ nailiyyətlərin hesabatı idi. İclasda 13 ölkə, çoxsaylı enerji şirkətləri və maliyyə qurumları iştirak edirdi. Bizim üçün indi əsas hədəf Avropa bazarıdır. Bugünkü müzakirələrdən Avropa Komissiyası, ABŞ, Böyük Britaniya və layihəyə üzv ölkələri səsləndirdikləri mesajlardan bir daha əmin olduq ki, Azərbaycan etibarlı, təhlükəsiz və sabit enerji təchizatçısı kimi qəbul olunur və Avropa səbirsizliklə Azərbaycan qazının qitəyə daxil olmasını gözləyir. İnanırıq ki, layihə üzrə qalan işlər də keyfiyyətlə və vaxtında icra ediləcək. Biz tərəfdaşlarımızla birgə dünya enerji bazarına mənbə və marşrutların şaxələndirilmiş bir nümunəsini töhfə verəcəyik”.
“TAP, həmçinin Cənub Qaz Dəhlizini Cənub-Şərqi Avropa və Balkanlarda planlaşdırılan Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB), İon-Adriatik Qaz Kəməri (IAP), eləcə də Rumıniya-Bolqarıstan, BRUA (Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya) ilə əlaqələndirərək, Bolqarıstan, Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina və Avropanın bir sıra digər ölkələri üçün geniş perspektivlər aça və bölgəyə yeni təchizat mənbələrindən yararlanmaq imkanı gətirə bilər. Biz bu gün həmin məsələləri də müzakirə etdik”, - deyə nazir qeyd edib.
Avropa Komissiyasının Enerji Direktorluğunun baş direktorunun müavini Klaus-Dieter Borxardt bildirib ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və davamlı inkişaf layihəsidir. Bu layihə artıq reallıqdır və öz ilkin faydalarını verməkdədir: “Cənub Qaz Dəhlizi enerji təchizatı, enerji təhlükəsizliyi, mənbə və marşrutların şaxələndirilməsi layihəsidir. Cənub Qaz Dəhlizi konkret ötürücülük gücünə malik kəmər deyil. O, ötürücülük gücü artırıla bilən 3 boru kəmərindən ibarət dəhlizdir. Düşünürük ki, Cənub Qaz Dəhlizinin gələcəkdə miqyası daha da böyüyəcək və o səmərəli bir dəhliz kimi fəaliyyət göstərəcək”.
İtaliyanın İqtisadi İnkişaf Nazirliyində Dövlət Katibi xanım Alessandra Todde deyib ki, İtaliyanın cənubunda TAP-ın mikrotunelinin inşası tamamlanıb, Adriatik dənizində boruların düzülməsi işləri görülür. İtaliyada boru kəmərinin tikintisində də irəliləyişlər var. İtaliya hökumətinin TAP layihəsinə yüksək dəstəyi var. İtaliyanın mövqeyini ondan ibarətdir ki, Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi baxımından həm təchizatçılar, həm də istehlakçılar üçün bir şaxələndirmə mənbəyidir.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19

