Aqrar Sığorta Fondu ilə TARSİM arasında aqrar əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi imzalanıb
28.02.2020 [09:45]
Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında görüş keçirilib
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə nazirinin müavini Fatih Metinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir İ.Kərimov qonaqlara Azərbaycanda aqrar sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir 2019-cu ildə Milli Məclis tərəfindən “Aqrar sığorta haqqında” Qanunun qəbul olunduğunu, Nazirlər Kabinetinin Aqrar Sığorta Fondunun Nizamnaməsini və “Aqrar sığorta predmetinin tərkibini” təsdiqlədiyini qeyd edib.
“Bununla da ölkəmizdə ilk dəfə aqrar sığortanın genişmiqyaslı tətbiqi üçün hüquqi baza formalaşıb. Azərbaycanda aqrar sığorta mexanizmi Türkiyənin TARSİM modelinin təcrübəsi əsasında qurulur. Dövlət-özəl sektor əməkdaşlığına əsaslanan bu model işlək və uğurlu bir modeldir. Məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini azaldacaq, fermerlərə dövlət dəstəyini gücləndirəcək, məşğulluğa müsbət təsir edəcək, ərzaq təhlükəsizliyinə töhfə vermiş olacaq və sığorta bazarını gücləndirəcək”, - deyə o qeyd edib.
Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin, o cümlədən aqrar sektorun inkişaf etdiyini deyən Türkiyənin Kənd Təsərrüfatı və Meşə nazirinin müavini F.Metin vurğulayıb ki, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var: “Azərbaycanın kənd təsərrüfatının inkişafı istiqamətində atdığı addımları yüksək dəyərləndiririk. Türkiyə Azərbaycanda aqrar sığortanın tətbiqi və inkişafı üçün təcrübə mübadiləsi və texniki dəstək göstərməyə davam edəcək. Hesab edirəm ki, Azərbaycanda tətbiq olunan aqrar sığorta modeli region ölkələri üçün nümunə olacaq”.
Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, aqrar sığorta sahəsində gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Sonda Azərbaycan Respublikasının Aqrar Sığorta Fondu və Türkiyə Respublikasının Kənd Təsərrüfatı Sığorta Birliyi (TARSİM) arasında kənd təsərrüfatı sığortası sahəsində Niyyət Bəyannaməsinin imzalanma mərasimi keçirilib. Sənədi Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov və TARSİM-in baş direktoru Serpil Günal imzalayıb.
Niyyət Bəyannaməsi iki ölkə arasında aqrar sığorta sahəsində qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

