İnnovativ “Mobil Ödəmə” xidməti artıq Azərbaycanda!
09.01.2020 [09:30]
Əlverişli xidmət Azercell Telekom tərəfindən PAŞA Bank və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birgə əməkdaşlıqda təqdim edilib.
Yeni ilin başlanğıcı lider mobil operator Azercell Telekom-un yeni rəqəmsal xidmətinin istifadəyə verilməsi ilə əlamətdar oldu. Bu da cəmiyyətin rəqəmsallaşması və maliyyə sahəsinin rəqəmsallığa ahəngdar keçidi istiqamətində əhəmiyyətli bir dönüş oldu. Belə ki, 8 yanvar 2020-ci il tarixindən etibarən Azercell-in PAŞA Bank və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birgə həyata keçirdiyi “Mobil Ödəmə” xidməti bütün fakturasız xətt (SimSim) abunəçiləri üçün mümkün olacaq.
Azərbaycan Respublikası Prezidentinin ölkədə “Rəqəmsal Ödənişlərin Genişləndirilməsini üzrə Dövlət Proqramı” ilə bağlı Sərəncamına uyğun olaraq hazırlanmış yeni xidmət abunəçilərə nağd puldan istifadə etmədən mobil telefon vasitəsilə ödəmə əməliyyatlarını həyata keçirmək imkanı yaradacaq. İstənilən GSM smartfonunda rahat və intuitiv istifadə fürsəti yaradan “Mobil Ödəmə” xidmətindən yaralanmaq mümkündür.
Xidmətin ilk mərhələsində Azercell-in faturasız xətt abunəçilərinin su, elektrik enerjisi, istilik kimi kommunal xidmətlər, eləcə də, E-İmza, AzDataCom, Catel və Azeronline kimi rabitə xidmətləri üçün ödəniş etmək imkanı olacaq.
Fakturasız xətt (SimSim) abunəçiləri bu xidmətdən Azercell-in “KABİNETİM” mobil əlavəsi vasitəsilə yararlana bilərlər. Bu xidməti aktivləşdirmək üçün abunəçi “KABİNETİM” əlavəsində qeydiyyatdan keçərkən müvafiq şərtləri qəbul etmək üçün elektron müqavilə imzalamalıdır.
Əlavə etmək lazımdır ki, xidmətdən nömrənin balansında 3 AZN-dən artıq məbləğ olduğu halda istifadə etmək mümkündür. Birdəfəlik maksimal ödəniş isə 50 AZN məbləğində müəyyən edilib. Minimal ödəniş həddi xidmət təchizatçısı tərəfindən müəyyən edilir. Eyni zamanda bir ay ərzində ödənişlərin ümumi həcmi 500 AZN-dən artıq olmamalıdır.
Qeyd edək ki, “Mobil Ödəmə” Xidmətinin həyata keçirilməsi üçün mobil operator və bank arasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən təşkil edilən platfroma yaxın gələcəkdə “Mobil Ödəmə” layihəsi çərçivəsində xidmətlərin sayının genişləndirərək xidmət spektrinin artırılması və digər servislərdən istifadə üçün şərait yaradacaq.
“Mobil Ödəmə” xidmətinin əhəmiyyətindən bəhs edərkən Azercell Telekom-un prezidenti Vahid Mürsəliyev qeyd edib: “Rəqəmsal həlləri daha da əlçatan etməyi hədəfləyərək biz bütün abunəçilərimizin gündəlik həyat prosesləri və biznes əməliyyatlarını asanlaşdırmaq, onları daha rahat və sürətli etmək məqsədilə innovativ məhsul çeşidlərini genişləndiririk. “Mobil Ödəmə” xidməti gələcəyin rəqəmsal cəmiyyətinin qurulması istiqamətində atılan ən vacib addımlardan biridir”.
“Rəqəmsal” bank konsepsiyasını inkişaf etdirən PAŞA Bank son bir neçə ildə müştərilərin biznes tələbatlarını qarşılamaq üçün onlarla birgə hazırlanmış yeni onlayn məhsul və xidmətləri fəal şəkildə bazarda tətbiq etməyə başlayıb. Ölkədə nağdsız ödənişlərin həcminin artmasına əhəmiyyətli töhfə verəcək bu xidmət, müştərilər arasında yüksək tələbatlı maliyyə alətinə çevriləcək. Aparıcı banklardan biri olan PAŞA Bank müştərilərin mobil maliyyə xidmətlərinə tələbatını tam şəkildə qarşılayaraq, Azərbaycanda bu xidmətlərin inkişafına öz töhfəsini verəcək”, - deyə PAŞA Bankın İdarə Heyəti Sədrinin müavini, Baş Kommersiya direktoru Cavid Quliyev bildirib.
“Mobil Ödəmə” Xidməti bank və mobil şəbəkələrin birləşməsindən istifadə edərək maliyyə xidmətləri təklif edən rəqəmsal yanaşmadır. Bu, istifadəçilərə ənənəvi prosedurlardan keçmədən bank əməliyyatlarını asanlıqla həyata keçirməyə və yaxın gələcəkdə nəqliyyat xidmətləri, satınalmalar, balansın artırılması və digər xidmətlər üçün ödəniş etməyə imkan yaradacaq.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

