Azercell - gələcək texnologiyalar dünyasında sizin bələdçiniz
04.12.2019 [09:31]
Ən son yenilikləri və qabaqcıl texnoloji həlləri bir araya gətirən “Azercell Telekom” MMC, 2019-cu ilin dekabr ayının 3-dən 6-a kimi Bakı Ekspo Mərkəzində keçiriləcək “Bakutel”- Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin 25-ci Yubileyində baş sponsor və innovativ xidmətlərin təqdimatçısı qismində iştirak edir.
Hələ iyun ayında ictimaiyyətə yeni brend kimliyini və rəqəmsallaşmaya doğru dəyişən strategiyasını açıqlayan Azercell şirkəti hazırda 5G, Süni İntellekt (Aİ) və Əşyaların İnterneti (İoT) sahəsindəki ən son texnoloji nailiyyətləri yerli bazara gətirməklə, şirkətin məhsullar portfelini zənginləşdirmək üzərində çalışır. “Gələcəyin cəmiyyətini və iqtisadiyyatını formalaşdıran texnoloji tendensiyalarla ayaqlaşmağı öndə tutan bir şirkət kimi, yüksək sürətli mobil internet və daimi bağlantını təmin etməyi hədəfləyirik. Azercell növbəti dəfə yerli bazarda lider mövqeyini qoruyaraq, ölkədə ilk 5G yeni nəsil simsiz şəbəkəsini təqdim etdi. İnanırıq ki, 5G texnologiyası müasir genişzolaqlı mobil rabitə xidmətlərində çevrilişə səbəb olmaqla bərabər, sənaye sahələri və müxtəlif müəssisələrdə yüksək məhsuldarlıq və effektivlik əldə etmək, habelə müştəri təcrübəsini mükəmməlləşdirmək üçün yeni imkanlar yaradacaq”, - deyə Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev dekabr ayının 3-də Azercell-in Bakutel sərgisindəki stendində baş tutmuş mətbuat konfransında çıxışı zamanı bildirib.
Qeyd etmək lazımdır ki, mətbuat konfrasından dərhal sonra Azercell-in prezidenti Vahid Mürsəliyev və Ericsson şirkətinin Şərqi Avropa və Orta Asiya üzrə prezidenti Sebastyan Tolstoy Azərbaycanda 5G şəbəkəsinin qurulmasını və 5G texnologiyasının inkişafınının sürətləndirilməsini həyata keçirən iki strateji tərəfdaş kimi jurnalistlər və Bakutel ziyarətçiləri qarşısında Anlaşma Memorandumu imzalayıblar.
Beləliklə, bu ilin noyabr ayında Bakının Fontanlar meydanında baş tutan ilk pilot 5G şəbəkəsinin təqdimatından sonra, Azercell Telekom öz daimi tərəfdaşı Ericsson şirkətilə birlikdə ölkənin ən mühüm texnoloji tədbiri Bakutel sərgisində 5G texnologiyasına əsaslanan demo nümunələrini, həmçinin şirkətin biznes və pərakəndə müştəriləri üçün nəzərdə tutulan geniş çeşidli rəqəmsal məhsul, həllərini nümayiş etdirir!
Həmçinin sərgi çərçivəsində “SmartCell” həllinin tətbiqi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov və Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev memorandum imzalayıb. Məlumat üçün bildirək ki, “SmartCell” - üz tanıma texnologiyası (Face ID) ilə mobil nömrələrin satışını həyata keçirən rəqəmsal nömrə satışı sistemidir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08

