2010-cu ilin dövlət büdcəsi bütün makroiqtisadi hədəflərə çatmağa imkan verir
26.12.2009 [09:48]
2010-cu ilin büdcə zərfi Azərbaycanın iqtisadi, sosial və investisiya sektorlarında ən mühüm layihələrin həyata keçirilməsi üçün əhəmiyyətli baza yaradır. Gələn ilin büdcə paketi respublikamızın inkişafı ilə bağlı bütün makroiqtisadi hədəfləri özündə əks etdirən konseptual maliyyə sənədi hesab olunur. Büdcə zərfində inkişaf tendensiyasının davamlılığını, sosial və investisiyayönümlü islahatların həyata keçirilməsini, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsini, enerji və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, sahibkarlığın inkişafını, qeyri-neft sektorunun inkişafının təşviqini, eləcə də, ölkənin müdafiə potensialının gücləndirilməsini nəzərdə tutan mühüm tədbirlər öz əksini tapıb.
Gələn ilin büdcə gəlirləri 10 milyard 15 milyon manat nəzərdə tutulub ki, bu da qlobal maliyyə böhranı şəraitində, eləcə də dünya bazarında neftin qiymətinin və aparıcı valyutaların məzənnələrinin sürətlə dəyişdiyi bir vaxtda inkişaf tendensiyasının təzahürü kimi dəyərləndirilə bilər. Büdcənin formalaşması ilə bağlı mövcud reallıqların və gələcəkdə dünya maliyyə bazarlarında baş verə biləcək gözləntilərin təmkinlə nəzərə alınması hökumətin büdcə siyasətinə praqmatik yanaşması kimi də qeyd oluna bilər. Bütün xarici və daxili faktorlara rəğmən, 2010-cu ilin büdcə paketi respublikamızın milli təhlükəsizliyinə təminat verən mükəmməl ali maliyyə sənədidir. Onu da qeyd edək ki, büdcədə sosial-iqtisadi inkişaf indikatorları ilə bağlı proqnozlardan başqa, vergi dərəcələrinin təkmilləşdirilməsi, kommunal sistemin və infrastruktur təminatının yaxşılaşdırılması, biznes mühitinin və milli sahibkarlığın inkişafının stimullaşdırılması, gömrük sistemində təkmilləşdirmələrin aparılması, ölkəyə xammal və texnologiyaların gətirilməsinə təkan verən mexanizmlərin tətbiqi, rəqabət mühitinin və ixrac siyasətinin genişləndirilməsi, sosial müdafiə və təminatın gücləndirilməsi və digər parametrlər də öz əksini tapıb.
2010-cu ilin büdcəsində xərclər 11 milyard 264 milyon manat nəzərdə tutulub ki, bu da iqtisadiyyatın bütün bölmələrində layihələrin davamlılığı üçün əhəmiyyətli dərəcədə zəmin yaratmış olur.
Respublikamızın ümumi siyasi-iqtisadi inkişafı ilə bağlı bütün təfərrüatların nəzərə alındığı büdcə zərfini geniş maliyyə sənədləri toplusu və mükəmməl iqtisadi-sosial konsepsiya da hesab etmək mümkündür. Büdcə gəlirlərinin formalaşmasında əsas maliyyə mənbəyi kimi vergi daxilolmaları böyük üstünlüyə malikdir. Bundan başqa, gömrük rüsumları və digər maliyyə mənbələrindən əldə olunan vəsaitlərin həcmi də gəlirlərdə mühüm yer tutur. Dövlət Neft Fondundan büdcəyə transferlərin həcmi isə 4 milyard 915 milyon manat təşkil edir.
Gələn ilin büdcə zərfində xərclərin strukturuna diqqət yetirsək burada sosial müdafiə, təhsil və hərbi xərclərin böyük üstünlük təşkil etdiyini görmək olar. Büdcə zərfində xərclərin strukturunda sosial müdafiə və sosial təminat xərclərinin çəkisi 1,4 faiz artaraq 10,6 faiz, təhsil xərclərinin çəkisi 0,3 faiz artaraq 11,3 faiz, səhiyyə xərclərinin payı 0,2 faiz artaraq 4,3 faiz, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərclərinin çəkisi 0,1 faiz artaraq 1,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 3,4 faizə çatdırılıb. 2010-cu ilin büdcə xərclərində sosial müdafiə və müdafiə qüvvələri üçün ümumilikdə 2 milyard 325 milyon manatdan çox vəsait nəzərdə tutulub ki, bu da kifayət qədər böyük məbləğ hesab oluna bilər.
Sosial müdafiə və sosial təminat xərcləri ümumi büdcə vəsaitlərinin təxminən 21 faizini təşkil edir ki, bu da 2 milyard 368 milyon manatdan çox maliyyə vəsaiti deməkdir. Təhsil bölməsinə ayrılan vəsaitlər də büdcənin xərclər smetasında xüsusi çəkiyə malikdir. Təhsilə yönəldilmiş vəsaitlərin həcmi 1 milyard 276 milyon 755 min manat təşkil edir.
Yeni ilin büdcə zərfində səhiyyə sahəsinə ayrılmış vəsaitlərin həcmində də artım hiss olunur. Səhiyyə xərcləri büdcədə 500 milyon manata yaxın nəzərdə tutulub ki, bu da əvvəlki illərlə müqayisədə artım sayıla bilər. Həmin vəsaitlər səhiyyə sahəsində xidmət səviyyəsinin daha yüksək şəkildə təşkil olunmasına, islahatlara, xəstəxana, poliklinika, digər tibb müəssisələrinin tikintisinə və bərpasına, eləcə də bu bölmədə tədqiqatların aparılmasına sərf ediləcək ki, bu da əhalinin tibb xidmətləri ilə əhatə olunmasının səmərəliliyinin artmasına imkan verəcək.
2010-cu ildə kənd təsərrüfatı sektoruna ayrılmış büdcə xərclərinin də həcmində artım nəzərə çarpır. Belə ki, aqrar sahədə tədbirlərin həyata keçirilməsi və digər layihələrin reallaşması üçün büdcədən 382 milyon manatdan artıq vəsait ayrılması nəzərdə tutulub. İqtisadi fəaliyyətlə bağlı bölmələrdə də xərclər artırılıb. Sahibkarlığın inkişafı, iqtisadi fəaliyyətlə məşğul olan şəxslərə dövlət dəstəyi və sair layihələrin maliyyələşdirilməsi üçün gələn il 181 milyon manatdan çox vəsait xərclənəcək. Eyni zamanda, dövlət digər mənbələr və Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına kiçik və orta sahibkarların maliyyə təminatını daha da yaxşılaşdıracaq.
Gələn il KİV orqanlarının inkişafı ilə bağlı xərclərin də əhəmiyyətli dərəcədə artımı nəzərdə tutulub. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 2 milyon 19 min manatdan artıq vəsait ayrılıb ki, bu da KİV orqanlarının inkişafı və mətbuat işçilərinin sosial vəziyyətinin yaxşılaşması üçün mühüm əhəmiyyət kəsb edir.
ümumilikdə, 2010-cu ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, qarşıda duran sosial və iqtisadi hədəflərin tam reallaşmasına imkan verir. Eyni zamanda, qarşıdakı illər üçün iqtisadi inkişafın davamlılığına və yeni perspektivlərə əlverişli zəmin yaratmış olur.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58
