Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlığı müzakirə edilib
12.10.2019 [10:31]
Bakıda Əfqan məhsulları ticarət sərgisi açılıb
Oktyabrın 11-də İqtisadiyyat naziri Şahin Mustafayev Əfqanıstanın Sənaye və Ticarət naziri Acmal Əhmədi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Əfqanıstanla ikitərəfli əməkdaşlığa önəm verdiyini diqqətə çatdıran Ş.Mustafayev dövlət başçılarının siyasi iradəsi, ölkə rəhbərləri arasında keçirilən görüşlərin, aparılan danışıqların əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını və ikitərəfli əlaqələrin inkişafında əsas hərəkətverici qüvvə olduğunu vurğulayıb.
Azərbaycan-Əfqanıstan ticarət əlaqələri barədə danışan nazir bildirib ki, 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 37 faiz, bu ilin 8 ayında isə 23 faizədək artıb və ticarətin genişləndirilməsi və strukturunun şaxələndirilməsi üçün imkanlar genişdir. Təşkil edilən tədbirlər, işgüzar görüşlər, sərgilər iş adamları arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Bu gün Bakı Biznes Mərkəzində açılan Əfqanıstan məhsullarının sərgisi qarşılıqlı ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əməkdaşlığın genişləndirilməsi, yeni əlaqələrin qurulması baxımından önəmlidir.
Ş.Mustafayev qeyd edib ki, bu ilin iyulunda Bakıda ilk iclası keçirilən Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupu ikitərəfli əlaqələrin inkişafında səmərəli mexanizmdir.
İki ölkə arasında tranzit əməkdaşlığından danışan İqtisadiyyat naziri ikitərəfli tranzit yük daşımalarının həcminin artırılması istiqamətində görülmüş işlərin, bu sahədə Lapis-Lazuli marşrutunun əhəmiyyətini vurğulayıb.
Əfqanıstanın Sənaye və Ticarət naziri A.Əhmədi ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduğunu, əlaqələrin genişlənməsində iş adamları arasında görüşlərin əhəmiyyətini vurğulayıb. O, Bakıda Əfqanıstan məhsullarının sərgisinin təşkilinə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edərək sərginin əfqan iş adamları üçün yeni imkanlar yaratdığını diqqətə çatdırıb.
Görüşdə Azərbaycan-Əfqanıstan İnvestisiya Forumunun təşkili, ölkələrimiz arasında iqtisadi-ticarət, investisiya, nəqliyyat-tranzit və sair sahələrdə əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.
Sonra Azərbaycanın İqtisadiyyat naziri Ş.Mustafayev və Əfqanıstanın Sənaye və Ticarət naziri A.Əhmədi Əfqanıstan məhsullarının sərgisi ilə tanış olublar.
Qeyd edək ki, sərgidə qida, tekstil, inşaat və tikinti materialları, kənd təsərrüfatı və sair sahələrdə fəaliyyət göstərən Əfqanıstan şirkətlərinin məhsulları nümayiş olunur.
Sərgi oktyabrın 14-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45

