Vergilər Nazirliyinin yenilənmiş internet saytı istifadəyə verilib
26.09.2019 [09:40]
Sentyabrın 25-də vergi sahəsində dəyişikliklər, habelə mövcud qanunvericilik, vergi inzibatçılığı və xidmətlər barədə əsas məlumat və kommunikasiya alətlərindən biri olan Vergilər Nazirliyinin rəsmi internet saytının yenilənmiş versiyası istifadəyə verilib.
Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, saytın yenilənməsində məqsəd istifadəçilərin rahatlığını təmin etmək və müasir tələblərə uyğunlaşdırmaqdır. Yenilənmiş sayt həm dizayn, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilərək yeni informasiyalarla zənginləşdirilib. İstifadəçi rahatlığını təmin etmək üçün daha müasir proqram təminatlarından istifadə olunub.
Yenilənmiş saytda vergi orqanları ilə vergiödəyiciləri və biznes strukturları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, əhalinin və sahibkarların maraqlarının daha asan və çevik təmin olunması xətti öz əksini tapıb. Bu məqsədlə interfeysdə fiziki və hüquqi şəxslər üçün lazımlı məlumatlar toplanan iki əsas yeni bölmə yaradılıb. Həmçinin istifadəçilərin daha çox müraciət etdikləri “Axtarış bazası”, “Vergi təqvimi” və “Elektron xidmətlər” yeni tərtibatda daha əlçatan şəkildə təqdim edilib.
Saytda naviqasiya rahatlığı təmin edilərək ən çox istifadə olunan bölmələr ümumi paneldə cəmləşdirilib. Vergiödəyiciləri üçün bütün zəruri məlumatları özündə cəmləşdirən yeni “Vergiödəyicilərinə” bölməsi yaradılıb. Bu bölmədə vergiödəyicilərini maraqlandıran “Vergi bələdçisi”, “Vergiləri necə ödəyək”, “Biznesə necə başlamalı”, “Mühasibat uçotu”, “ASAN imza”, “Əmək müqaviləsi”, “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında məlumatın öyrənilməsi kimi alt bölmələr yer alıb. Vergi Məcəlləsini əhatə edən testlər toplusu da təkmilləşdirilərək “Vergi testi” bölməsinə əlavə olunub.
Vergilər Nazirliyinin www.taxes.gov.az rəsmi internet səhifəsi 2001-ci ildən fəaliyyət göstərir. Ötən dövrlər ərzində sayt bir neçə dəfə təkmilləşdirilib. Bugünədək Vergilər Nazirliyinin rəsmi internet səhifəsi “Humay” (“İlin ən uğurlu internet layihəsi” nominasiyası), iki dəfə “Netty” (“İlin ən yaxşı dövlət saytı” nominasiyası), “Milli NET” (“Ən yaxşı dövlət və bələdiyyə saytları” nominasiyası), “İntellekt” ilin layihəsi Mükafatına (“Maliyyə” nominasiyası üzrə), Media İnstitutunun Mükafatına (Mərkəzi dövlət qurumlarının Onlayn Şəffaflığı monitorinqinin nəticələrinə görə), Avrasiya Hüquqşünaslar Assosiasiyasının fəxri diplomuna (Hüquqi maarifləndirmə sahəsindəki fəaliyyətinə görə) və Beynəlxalq “World Summit Award” (“E-Hökumət” nominasiyası) mükafatlarına layiq görülüb. Bununla yanaşı, Vergilər Nazirliyinin rəsmi internet səhifəsi “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən keçirilən dövlət qurumlarının informasiya açıqlığı üzrə monitorinqinin nəticələrinə görə 8 dəfə 1-ci yerə layiq görülüb.
2018-ci il ərzində səhifəyə daxilolmaların sayı 4 milyon 389 min 867 olub. Hazırda saytın rus və ingilis dili versiyalarının da yenilənməsi üzərində iş aparılır. İstifadəçilər üçün saytın əvvəlki versiyasına giriş məhdudlaşdırılmayıb və bunun üçün saytın aşağı sol hissəsində keçid yerləşdirilib.
Vergilər Nazirliyi öz fəaliyyətində açıq informasiya siyasətini prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Bu baxımdan vergiödəyicilərinin məlumatlandırılması və ictimaiyyətlə əlaqələr sahəsində əsas kommunikasiya vasitələrinin təkmilləşdirilməsi daim diqqət mərkəzindədir.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52

