Azərbaycan nümayəndə heyəti Çində müzakirələr aparıb
05.03.2019 [09:56]
Çin Xalq Respublikasına səfər çərçivəsində iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, görüşlərdə Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında fəal dialoqun əsasını təşkil etdiyi və ikitərəfli əməkdaşlığın bütün sahələrdə genişləndirilməsində mühüm rolu vurğulanıb. Qeyd edilib ki, dövlət başçılarının siyasi iradəsi ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir.
Çinin nəqliyyat naziri Li Siaopenlə görüşdə Azərbaycanın Çin ilə digər sahələrlə yanaşı, nəqliyyat-tranzit əməkdaşlığına xüsusi əhəmiyyət verdiyi və əlaqələrin inkişafında maraqlı olduğu diqqətə çatdırılıb, nəqliyyat-tranzit əlaqələrimizin qədim tarixi, xalqlarımızın İpək Yolu vasitəsilə sıx ticarət və humanitar əlaqələrə malik olduğu qeyd edilib. Vurğulanıb ki, Azərbaycan “Bir Kəmər, Bir Yol” Təşəbbüsü üzərində yerləşən ölkələrlə əməkdaşlığı genişləndirərək Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı istiqamətində davamlı fəaliyyət həyata keçirir.
Çin tərəfi də öz növbəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu dəstəklədiyini bildirib.
Görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məqsədilə birgə tədbirlərin təşviqi, müvafiq dəmiryolu qurumları arasında əməkdaşlığın genişləndirilməsi, nəqliyyat sahəsində əlaqələrin inkişafı məqsədilə İşçi Qrupun yaradılması və sair məsələlər müzakirə edilib.
Çinin sənaye və informasiya texnologiyaları naziri Miao Veylə aparılan müzakirələrdə Azərbaycanda sənaye və İKT sahəsində birgə layihələrin reallaşdırılması, “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin həyata keçirilməsi üçün birgə səylərin artırılması və sair məsələlər müzakirə edilib. Görüşdə Azərbaycanda yaradılmış sənaye parklarında maşınqayırma, metallurgiya, əczaçılıq sahələrində birgə müəssisələrin yaradılması və qarşılıqlı investisiya fəaliyyətinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyətinin Çin Milli İnkişaf və İslahatlar Komissiyasının sədrinin müavini, Milli Statistika Bürosunun rəhbəri Nin Cice ilə görüşündə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Çində təşviqinin önəmi qeyd edilib, ölkələrimiz arasında nəqliyyat-tranzit, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.
Görüşdə Çin tərəfinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu dəstəklədiyi vurğulanıb, Çində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqinə dair növbəti tədbirin təşkili barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

