İqtisadiyyat Nazirliyində Dünya Bankı ilə müzakirələr aparılıb
23.02.2019 [10:30]
İqtisadiyyat Nazirliyində Dünya Bankı ilə müzakirələr aparılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat naziri Şahin Mustafayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə qeyd olunub ki, Azərbaycan Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verir və bankın iqtisadiyyatın şaxələndirilməsinə, kiçik və orta sahibkarlığın inkişafına göstərdiyi texniki yardım, maliyyə dəstəyi yüksək qiymətləndirilir. Ümumilikdə, Dünya Bankı ilə birgə 50-dək layihə icra olunub, 7 layihə üzrə işlər davam etdirilir. Dünya Bankının 2016-2020-ci illər üzrə Azərbaycana dair Ölkə Tərəfdaşlıq Çərçivə sənədi ölkəmizdəki sosial-iqtisadi inkişafa töhfə verir. Azərbaycan və Dünya Bankı arasında əlaqələr çoxşaxəlidir, bankla nəqliyyat, kənd təsərrüfatı, sosial, su təchizatı, tibb, ədliyyə və sair sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir. Dünya Bankı ilə bir sıra layihələr, o cümlədən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi uğurla icra olunub.
Ş.Mustafayev Azərbaycanda iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, iqtisadiyyatın diversifikasiyası, özəl sektorun gücləndirilməsi, ixracın genişləndirilməsi, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb və “Doing Business 2019” hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini vurğulayıb.
Azərbaycanın əlverişli geostrateji mövqedə, nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini, ölkəmizin böyük tranzit potensialını vurğulayan Ş.Mustafayev Dünya Bankı və Çin tərəfindən birgə maliyyyələşdirilən “Trans-Qafqaz Nəqliyyat Dəhlizində yük daşımaları və logistika fəaliyyətinin təkmilləşdirilməsi” texniki yardım layihəsinin uğurla icra olunduğunu qeyd edib.
Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru M.Tembon Azərbaycanda aparılan iqtisadi islahatların Dünya Bankı tərəfindən dəstəkləndiyini, ölkə rəhbərliyinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində əldə olunan nailiyyətlərin yüksək qiymətləndirildiyini və Azərbaycanın digər ölkələr üçün örnək olduğunu qeyd edib.
Görüşdə Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

